ZAMANIN FÖVQÜNDƏ DAYANAN QÜDRƏTLİ ŞƏXSİYYƏT
Siyasət

ZAMANIN FÖVQÜNDƏ DAYANAN QÜDRƏTLİ ŞƏXSİYYƏT

Roma imperiyası dövründə yaşamış tanınmış yunan tarixçisi filosofu Plutarxın məşhur bir kəlamı var: "Xalq üstəgəl şəxsiyyət bərabərdir azadlığa. Şəxsiyyətsiz azadlıq xəyaldır". Tarixi isə şəxsiyyətlər yaradır. Zaman keçdikcə böyük, qüdrətli şəxsiyyətlər zamanın fövqünə yüksəlir, mənsub olduğu xalqın, millətin adını özündə ehtiva edirlər.

Azərbaycan xalqının yetirdiyi ən böyük siyasi dövlət xadimi Heydər Əliyev dünyaşöhrətli dahi şəxsiyyətdir. Misilsiz inkişaf, yüksəliş, tərəqqi ili olan 2023- il çağdaş tariximizə həm "Heydər Əliyev İli" kimi daxil olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə bu il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. Sərəncamda ümummilli liderin dövlət xalq qarşısında tarixi xidmətlərinə nəzər salınmış, böyük strateqin 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planı müəyyənləşdirilmişdir. Proqram xarakterli tarixi Sərəncamda deyilir: "Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir".

Xalqımızın ümummilli liderinin Azərbaycanın zəngin dövlətçilik tarixində müstəsna xidmətləri vardır. Müdrik rəhbərin yorulmaz səyləri sayəsində ölkəmiz sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq mücadiləsi mərhələlərindən keçərək müstəqilliyini, dövlətçiliyini, suverenliyini, milli birliyini təmin etmişdir.

Ulu öndərin respublikamıza rəhbərlik etdiyi 34 il xalqımızın ümummilli liderinin parlaq iradəsi zəngin fəaliyyəti ilə tariximizə "Heydər Əliyev erası" kimi həkk olunmuşdur. Həm sovet hakimiyyəti illərində, həm Azərbaycanın müstəqilliyi dövründə Heydər Əliyevin idarəetmə quruculuq fəaliyyəti həmişə vahid sistem təşkil etmişdir. Dahi liderin idarəetmə sahəsində zəngin təcrübəsi deməyə əsas verir ki, Heydər Əliyevdən ötrü dövləti idarə etmək ilk növbədə ətaləti, köhnəliyi, yaxud köhnəlməkdə olan hər şeyi ardıcıl, məqsədyönlü, ağıllı elmi əsaslandırılmış şəkildə aradan qaldırmaq yenini perspektiv, mütərəqqi olanı təsdiq etmək zərurətidir.

1969-cu ilin iyulunda Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə Azərbaycan yeni, işıqlı, perspektivli bir yola qədəm qoydu. Aydın nitqi, xalqla səmimi ünsiyyəti, tükənməz enerjisi, çıxış qərarlarındakı qətiyyət Heydər Əliyevi tezliklə insanların gözündə əsl rəhbərə çevirdi. Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, sosial həyatına yeni nəfəs, coşqun ruh gətirdi.

Heydər Əliyevin qeyri-adi idarəçilik bacarığı, möhkəm iradəsi yüksək vətənpərvərliyi sayəsində keçmiş ittifaq respublikaları arasında geridə qalmış Azərbaycan çox qısa müddətdə sosial-iqtisadi, elmi-texniki, mədəni digər sahələrdə yüksək inkişafa nail oldu. Bütün göstəricilər üzrə geridə qalan, tənəzzül edən respublikamız sürətlə inkişaf edən bir məmləkətə çevrildi.

1969-1982-ci illərdə ölkədə ümumi daxili məhsulun həcmi dəfələrlə artdı. Heydər Əliyevin respublika sənayesinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər inqilabi dəyişikliklərə səbəb oldu. Ümumilikdə, 125 yeni sənaye müəssisəsi tikilib istifadəyə verildi. Neftayırma sənayesi yenidən qurularaq modernləşdirildi. Azərbaycan aqrar ölkədən inkişaf etmiş müasir sənaye respublikasına çevrildi. Ölkə iqtisadiyyatının dinamik inkişafı nəticəsində əhalinin rifah halı yüksəldi. Xalqımızın milli mənlik şüuru oyandı, ürəklərdə azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Azərbaycanda yeni tarixi bir dövrün təməli qoyuldu.

XX əsrin sonlarında istiqlaliyyətimizin, milli dövlətçiliyimizin bərpasına gedən yol heç asan olmadı. Ermənistanın təcavüzü, xarici təzyiqlər daxili çəkişmələr üzündən bütün sahələri ağır böhran bürüdü, ölkə dərin tənəzzülə uğradı. Naşı, qətiyyətsiz, təcrübəsiz şəxslərin rəhbərliyi sayəsində Azərbaycan müstəqilliyini, dövlətçiliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdi.

Cəmiyyət xalqın inamını, məhəbbətini qazanmış ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan siyasi qüvvəyə ehtiyac duyurdu. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı "Səs" qəzeti vasitəsilə Heydər Əliyevdən böyük siyasətə qayıtmasını xahiş etdi. 1992-ci il noyabrın 21- Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında Heydər Əliyev partiyanın sədri seçildi. Konfransda Azərbaycanın əksər rayonlarından cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edirdi. Azərbaycanın ictimai-siyasi səhnəsində cəmiyyətdəki qüvvələr nisbətini ölkədə baş verəcək hadisələrin axarını köklü konstruktiv surətdə dəyişən partiya meydana çıxdı.

Ölkənin ən ağır, çətin durumunda xalq Heydər Əliyevi köməyə çağırdı. 1993- ilin iyununda ümummilli liderin tarixi qayıdışı respublikanın müqəddəratını həll etdi. Böyük öndər ilk bəyanatında ölkənin gələcəyi ilə bağlı fikirlərini açıqladı: "Heç kəsin şübhəsi olmasın ki, mən ömrümün qalan hissəsini Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə sərf edəcəyəm".

Ulu öndər misilsiz fədakarlıq, qətiyyət nümayiş etdirərək xalqı bəlalardan, ölkəmizi anarxiyanın, hərc-mərcliyin məngənəsindən, məhvolma təhlükəsindən xilas etdi. Qısa vaxtda bütün sahələri bürümüş tənəzzülün qarşısı alındı, dövlətçiliyimiz hər cür daxili xarici qəsdlərdən qorundu, müstəqilliyimiz dönməz, əbədi xarakter aldı.

Heydər Əliyevin təşəbbüsü rəhbərliyi ilə MDB məkanında ilk olaraq Azərbaycanda aqrar iqtisadi islahatlar aparıldı, bazar iqtisadiyyatı prinsipləri, özəlləşdirmə proqramı, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası həyata keçirildi.

Dövlətçiliyin möhkəmləndirilməsi demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi ümummilli liderin adı ilə bağlıdır. Tarixin amansız sərt sınaqları dövründə dünyanın dörd tərəfinə səpələnmiş azərbaycanlıların birlik həmrəyliyinin əldə edilməsində, vahid ideya ətrafında sıx birləşməsində Heydər Əliyevin müstəsna xidmətləri vardır.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olmuşdur. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olmuşdur. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması dövlət quruculuğu prosesi böyük vüsət almışdır ki, bunun da əsasını müəllifi Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyası təşkil edirdi. Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının qorunmasını hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi müəyyən etmişdir.

1993-2003- illərdə müdrik rəhbərin çoxşaxəli yorulmaz fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq aləmdə mövqeyi möhkəmləndi. Müstəqil Azərbaycan Avropa Şurasına bərabərhüquqlu üzv qəbul edildi.

Bu gün müstəqil Azərbaycan Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, həyat amalı xalqa xidmət olan möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə sürətlə inkişaf edir. Ulu öndərin möhkəm təməl idarəçilik prinsipləri əsasında tərəqqi edən Azərbaycan Cənubi Qafqazda lider dövlətə, dünyada söz sahibinə çevrilmişdir.

44 günlük Vətən müharibəsində bütün dünya Azərbaycanın gücünü, qüdrətini gördü. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27- başlayan Vətən müharibəsi şanlı qələbəmizlə başa çatdı. İşğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi, xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə şəhərində, Bərdə digər rayonlarda həlak olan günahsız insanların qisası döyüş meydanlarında alındı. Qəhrəman ordumuz ölkəmizin hərb tarixinə parlaq səhifə yazdı. Bu zəfər xalqımızın şərəf qəhrəmanlıq salnaməsinə çevrildi, tarixə milli qürurumuzun təntənəsi kimi həkk olundu.

Qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu ordumuzun qüdrətini, xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi. Cənab Prezident yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsini dünyaya çatdıraraq xalqın mübarizlik rəmzinə çevrildi.

Bu gün möhtərəm Prezidentimizin gərgin yorulmaz səyləri ilə Azərbaycan dövlətçiliyi, xalq-iqtidar birliyi daha da möhkəmləndirilir, ölkədə tam ictimai-siyasi sabitlik hökm sürür, yeni yerləri yaradılır, əhalinin rifah halı gündən-günə yaxşılaşır. Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında erməni vandalları tərəfindən viran qoyulmuş şəhər kəndlər əsaslı şəkildə bərpa olunur, ata-baba yurdlarımıza Böyük Qayıdış başlanır.

Dövlətimizin başçısı tərəfindən bütün regionlarda dinamik inkişafa, işıqlı gələcəyə aparan siyasət yürüdülür. Respublikamızın şəhərləri, rayon mərkəzləri, qəsəbə kəndləri abadlaşdırılır, hər yanda dinamik inkişaf, tərəqqi təmin olunur. Xalqımız sevimli liderinin siyasətini dəstəkləyir, onun rəhbərliyi ilə yeni uğurlara, möhtəşəm nailiyyətlərə imza atacağına ürəkdən inanır.

Anadan olmasının 100 illiyi xalqımız tərəfindən böyük sevinc fərəh hissi ilə qeyd olunan, bəşər tarixinin ən qüdrətli dövlət siyasət adamları, dahi müdrik şəxsiyyətləri sırasında özünəməxsus layiqli yer tutan ümummilli lider Heydər Əliyev onun ideyaları gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur, iftixar mənbəyidir.

Rövşən BAĞIROV,

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı.