Sosial həyat

"Zəfər" ordenli şəhid kapitan

2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində şanlı ordumuz qəhrəmanlıq igidlik göstərərək Vətən uğrunda şərəflə döyüşüb, öz adlarını Azərbaycanın tarixinə yazdılar. Düşmənə layiq olduğu cavab məğlubedilməz ordumuzun yüksək döyüş əzmi ilə savaş meydanında - Qarabağın ürəyi Şuşada verildi. İgid, qəhrəman oğullarımız son damla qanları, nəfəslərinədək savaşaraq düşməni diz çökdürdülər, şücaəti, mərdliyi ilə dillərə dastan oldular.

44 günlük müharibənin ilk günündən Şuşaya qədər döyüş yolu keçib qəhrəmanımız. Kapitan rütbəli şəhidimiz Babayev Şamil Baloğlan oğlu Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldın kəndində doğulub. İlk təhsilini Camaldın kənd tam orta məktəbində aldıqdan sonra, 2005-ci ildə hərbi xidmətə başlayıb. Xidməti müddətində Şamil Babayevin vətənə, torpağa olan sevgisi daha da artıb həyatını hərb sahəsinə həsr etməyi qərara alıb. Şamilin ilk xidmət yeri 2010-cu ildə Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsi olub. Hərbi sirləri dərindən öyrənmək zabit olmaq üçün 2012-ci ildə Daxili Qoşunların Ali Hərbi məktəbinə qəbul olub. 2014- ildə buranı bitirdikdən sonra xüsusi təyinatlı dəstənin "Atəş Təminat Qrupu"nun komandiri vəzifəsinə təyin edilib. Bununla da o, zabit kimi vətəninə şərəflə, ləyaqətlə xidmət etməyə başlayıb. 2018-ci ildən Türkiyədə xüsusi təlimlərə cəlb edilib. 2020-ci ildə kapitan hərbi rütbəsi alıb. Türkiyədə Azərbaycanda müxtəlif Fəxri fərmanlar "Qüsursuz Xidmətə görə" medalı ilə təltif edilib.

Qəhrəman zabit Füzuli, Hadrut Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Füzuli istiqamətində döyüşərkən atəş təminat qrupu onun komandiri Şamil Babayev puskuya düşüblər. Zabitin döyüş yoldaşları qeyd edir ki, ətraf düşmənlə əhatələndiyindən pusqudan çıxmaq çox çətin olub. Lakin peşəkar komandir öz heyəti ilə birlikdə döyüşərək düşməni məhv edib, pusqunu dağıdıb. Komandir heyəti 5 gün keçilməz yolları qət edərək gizli meşə yolları ilə Şuşaya çatıb.

Noyabrın 5-i Şuşa uğrunda döyüşlər başlayanda Azərbaycan ordusunun bölmələri müxtəlif qruplara bölünərək şəhərə fərqli istiqamətlərdən hücuma keçiblər. Noyabrın 7- döyüş zamanı minamyotdan açılan atəş nəticəsində Şamil bir neçə yerdən yaralanıb. Yoldaşları onu döyüşdən çıxarmaq istəsələr , komandir heyətini tək qoymaq istəməyib, yaralı halda döyüşə davam edib. Lakin aldığı yaralar ona Şuşanın azad edilməyini görməyə imkan verməyib, Şamil şəhidlik zirvəsinə ucalıb. Noyabr ayının 13- qəhrəmanın nəşini Naxçıvan böyük izdihamla qarşılayıb. Şəhid Şamil Babayev doğulub boya-başa çatdığı Camaldın kəndində dəfn edilib. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə "Zəfər" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şamil Babayevin döyüş yoldaşlarından istədiyi yeganə arzusu olub: "Şəhid olsam, qəlbimin üstündə daşıdığım bayrağı məzarımda başımın altına qoyarsınız". Şəhidimizin bu arzusu yerinə yetirilib. Onun sevdalısı olduğu, uğrunda can verdiyi, üstündə daşıdığı bayrağı bu gün onun məzarı üzərindədir.

Doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olunub hər zaman minnətdarlıqla anılacaqdır.

M.MİRZƏ,

"Respublika".