Zəfərimiz uşaqların gözü ilə
Region

Zəfərimiz uşaqların gözü ilə

Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zəfər günü uşaqların gözü ilə” rəsm müsabiqəsi keçirilmişdir. 14 yaşa qədər iştirakçılar arasında R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbinin, X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin həvəskar rəssamları birinci və ikinci yerlərə layiq görülmüşlər. 15-17 yaş qrupunda isə 9, 10, 7 nömrəli tam orta məktəbin şagirdləri yüksək nəticə göstərimişlər. Həvəskar rəssamlar öz tablolarında şanlı Ordumuzun döyüş məharətini, Cəbrayıl şəhərinin müharibədən əvvəlki guşələrini, “Xarıbülbül”ü əks etdirmişlər.

Qaliblər Fəxri fərmanlarla təltif olunublar.

Tofiq HÜSEYN,

  “Respublika”.