Zəngəzur dəhlizi əməkdaşlığa və inkişafa böyük töhfə verəcək
Digər xəbərlər

Zəngəzur dəhlizi əməkdaşlığa və inkişafa böyük töhfə verəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının fövqəladə iclasının məqsədi təşkilatın üzv müşahidəçi dövlətlərin Türkiyədə baş vermiş dəhşətli zəlzələdə qardaş ölkəyə dəstək nümayiş etdirmək idi.

Təəssüf ki, dünyada bəzi qüvvələr baş vermiş bu zəlzələni sevinclə qarşıladılar, düşündülər ki, bu zəlzələ Türkiyə dövlətini zəiflədəcək. Türkdilli dövlətlər Türkiyəyə dost ölkələr bu ağır gündə Türkiyənin yanında oldular, ona böyük maddi-mənəvi dəstək verdilər. Bu, bütün dünyaya Türkiyənin tək olmaması, bütün türkdilli dövlətlərin Türkiyənin zəifləməsinə yol verməyəcəkləri barədə bir mesaj idi. Türkiyənin güclü dövlət olması digər türkdilli dövlətlərin güclü olması deməkdir. Eyni soykökə, tarixə, ortaq mədəniyyətə malik dövlətlərin səfərbər olunması gözlənilən addım idi. Azərbaycan zəlzələnin ilk saatlarından qardaş Türkiyənin yanında olduğunu bəyan etdi. Dünyada birinci olaraq Prezident İlham Əliyevin göstərişinə əsasən, qardaş ölkəyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilk humanitar yardımlar yola salındı. Səhərisi gün bütün Azərbaycan xalqı səfərbər olaraq zəlzələ zamanı çətin vəziyyətə düşən bacı qardaşlarına hər növ yardımlar toplamağa başladılar. Azərbaycan dövləti xalqı sona qədər bu yardımı dayandırmadı.

Zirvə görüşündə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan dəstəyə yardıma görə Türk Dövlətləri Təşkilatına üzv müşahidəçi ölkələrin dövlət hökumət başçılarına öz minnətdarlığını bildirdi Prezident İlham Əliyevə zəlzələnin ilk saatlarından sona qədər Türkiyənin yanında olduğuna görə Türkiyə dövləti xalqı adından təşəkkür etdi.

Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Türkiyədə baş verən dəhşətli zəlzələnin nəticəsində 10 minlərlə insanın həyatını itirməsi xəsarət almasını, Azərbaycan xalqının dərindən kədərləndiyini bildirdi, eləcə Azərbaycanın qardaş Türkiyəyə göndərdiyi humanitar yardımlar barədə ətraflı məlumat verdi.

Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində türk xalqının ağrı-acısını Azərbaycan xalqı öz kədəri kimi qəbul etdi. Azərbaycandan Türkiyəyə gedən xilasedicilər, həkimlər burada əsl qardaşlıq nümunəsi göstərdilər, onlar qonşu ölkəyə deyil, öz bacı-qardaşlarına yardıma getmişdilər.

Ölkə başçımız çıxışında 44 günlük Vətən müharibəsinin ilk saatlarından Türkiyə dövləti Türkiyə xalqının Azərbaycanın yanında olduğunu, bu siyasi mənəvi dəstəkdən güc aldıqlarını görüş iştirakçılarının nəzərinə çatdırdı. Bu doğma qardaşın qardaşa olan sevgisindən irəli gəlirdi. 2021-ci ilin iyun ayında Azərbaycan Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması bu qardaşlığı rəsmi müttəfiqlik səviyyəsinə qaldırdı. Türkiyə Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə son 20 ildə daha güclü qüdrətli bir dövlətə dünyada söz sahibinə, güc mərkəzinə çevrilib.

Zirvə görüşündə çıxışı zamanı ölkə başçımız işğal dövründə Ermənistanın törətdiyi vəhşiliklər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında sülh müqaviləsinin bağlanması istiqamətində ölkəmizin atdığı addımlar barədə məlumat verdi. Dövlət başçısı İlham Əliyev çıxışında türkdilli dövlətlərin coğrafi cəhətdən birləşməsi üçün ölkəmizin göstərdiyi səyləri xüsusi vurğuladı. Zəngəzur dəhlizinin açılması bütün türk dünyasının birləşməsinə böyük töhfə verəcək. Sovet İttifaqının Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməsi türkdilli dövlətlərin bir-birindən ayrılmasına xidmət etmişdir. Ölkə başçımız İlham Əliyev TDT-nin yaradılmasında türk dünyasının birləşməsində müstəsna xidmətlər göstərir. TDT-nin fövqəladə Zirvə görüşünün məhz cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilməsi bir daha ölkə başçımızın təşkilatda lider bir şəxsiyyət olduğunun nümunəsidir.                   

          Kamilə ƏLİYEVA,

Milli Məclisin deputatı,

BDU-nun kafedra müdiri, professor.