Zəngəzur dəhlizi layihəsi üzrə ANAMA-nın minatəmizləmə işlərinin işıqlandırılmasına dair mediatur keçirilib
Digər xəbərlər

Zəngəzur dəhlizi layihəsi üzrə ANAMA-nın minatəmizləmə işlərinin işıqlandırılmasına dair mediatur keçirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Zəngəzur dəhlizi layihəsinin bir hissəsi olan Horadiz-Ağbənd avtomobil yolunun Cəbrayıl rayon ərazisindən keçən hissəsində partlayıcı qurğuların təmizlənməsi işlərini davam edir.

ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a avtomobil yolu üzrə minatəmizləmə əməliyyatları Agentlik, eləcə də Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. ANAMA tərəfindən icra edilən əməliyyatlar keçmiş təmas xətti boyunca yüksək çirklənmə müşahidə olunan ərazidə aparılır.

Horadiz-Ağbənd avtomobil yolunun mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatlarına Agentlik cari il avqustun 31-də başlayıb.

Sifarişə əsasən, avtomobil yolunun 22-ci kilometrliyindən 36-cı kilometrliyinədək olan hissəsinin, yəni 14 kilometrədək ərazinin təmizlənməsi nəzərdə tutulur. Onun 6 kilometri və ya 190 hektar ərazi mina və PHS-lərdən tam təmizlənib.

Ərazi üzrə ANAMA tərəfindən ümumilikdə 752 ədəd mina və PHS aşkarlanaraq zərərsizləşdirilib. Onlardan 396-sı piyada əleyhinə, 25-i tank əleyhinə mina və 331-i isə PHS-dir.

Layihə üzrə Müdafiə Nazirliyi tərəfindən minatəmizləmə əməliyyatlarına bu il iyunun 1-də başlanılıb və 558 hektar ərazi təmizlənib.

AZƏRTAC