Zəngəzur qədim Azərbaycan torpağıdır
Siyasət

Zəngəzur qədim Azərbaycan torpağıdır

Paşinyanın yuxusuna haram qatan, onu xoflandıran da budur

Azərbaycan Zəngəzur dəhlizindən dəmiryolu avtomobil yolunun çəkilməsini istəyir. Bu yol həm Azərbaycanı Naxçıvanla əlaqələndirəcək, həm Naxçıvan üzərindən Azərbaycan Türkiyə ilə birbaşa dəmiryolu avtomobil yolu ilə əlaqə quracaq. Onu da qeyd edək ki, Qarabağ münaqişəsindən əvvəl bu dəhliz istifadə olunub, amma münaqişədən sonra Naxçıvanla quru əlaqəsi ancaq İran ərazisindən keçməklə mümkün olub. Məhz elə bu səbəbdən İrəvan bu dəhlizin açılmasını istəmir. Ancaq Prezident İlham Əliyev dəfələrlə vurğulayıb: "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə , istəməsə . İstəsə, daha asan həll edəcəyik, istəməsə zorla həll edəcəyik".

Ölkə başçısı "Zəngəzur dəhlizi" söhbətinə toxunaraq kommunikasiyaların açılması təkliflərinin artıq masa üzərində olduğunu, Azərbaycan, Ermənistan Rusiya təmsilçilərinin məsələ ilə bağlı müzakirələr apardıqlarını demiş, Zəngəzur dəhlizi məsələsinin 10 noyabr tarixli Azərbaycan, Rusiya Ermənistan liderlərinin imzaladıqları üçtərəfli Bəyanata salınmasını "tarixi nailiyyət" adlandırmışdı. Ermənistan Baş naziri Nikol Paşinyan isə Sünik vilayəti (Zəngəzurda) administrasiyasında müşavirə zamanı deyib ki, Azərbaycan rəhbərliyi bir tərəfdən Ermənistana ərazi iddiası olmadığını bəyan edir, digər tərəfdən isə Zəngəzur dəhlizini "zorla açmaqdan" danışır.

 Beləliklə, Zəngəzur dəhlizi məsələsinin həllinə mane olan amillər texniki cəhət deyil, siyasi baxışlardır. Yəni hələlik həllini tapmayan bir məsələ var, Azərbaycan Zəngəzur dəhlizinin olacağını, Ermənistan olmayacağını deyir. Ancaq üçtərəfli Bəyanatda da göstərilir ki, Naxçıvanla Azərbaycanı birləşdirəcək kommunikasiya xətləri bərpa olunmalıdır. Bu, əsas şərtlərdən biri idi Rusiya burada zəmanət verən tərəf kimi çıxış edib. Amma hələ ki, tərəflər bir-birini ittiham edir məsələ həll olunmamış qalır.

 Təbii ki, Ermənistanda xaricdə bu işin baş tutmasına "maneçilik törədən qüvvələr" var. O qüvvələrin bəzilərinin çəkisi ağır, bəzilərinin çəkisi yüngüldür. Ancaq hər bir halda Azərbaycan Prezidentinin "Zəngəzur dəhlizi açılacaqdır" mesajları Zəngəzur dəhlizinə mane olan bütün qüvvələrə aiddir.

 Zəngəzur dəhlizinin açılması təkcə 10 noyabr üçtərəfli Bəyanatında deyil, 2021-ci il yanvarın 11- imzalanmış üçtərəfli Bəyanatda da öz əksini tapıb. Bu bəyanat Prezident İlham Əliyevin qətiyyətli, prinsipial siyasəti, əzm iradə nümayiş etdirməsi, düşünülmüş addımlar atması sayəsində nail olduğumuz böyük Qələbəmizin rəsmi şəkildə təsdiqi deməkdir Zəngəzur dəhlizinin açılması Ermənistanın istəyi ilə yox, labüd vacib məsələ kimi təsdiq edilib. Zəngəzur dəhlizi ilə bağlı məsələdə Azərbaycanın, Rusiyanın Avropa İttifaqının mövqeləri üst-üstə düşür. Əslində, Zəngəzur dəhlizinin açılması Ermənistan üçün hamıdan vacibdir. Çünki bu illər ərzində Ermənistanın yürütdüyü işğalçılıq siyasəti bu ölkəni dalana çevirib. Bu blokadanın yaradılması təbii ki, Azərbaycanın düşünülmüş siyasətinin nəticəsidir. Azərbaycan Türkiyə sərhədlərini Ermənistanın üzünə bağlayıb. O cümlədən iştirak etdiyimiz bütün beynəlxalq layihələri Ermənistandan yan keçirmişik.

 Bu gün Azərbaycan Avropa İttifaqına inteqrasiya olunub. Ölkəmiz BTQ dəmir yolu vasitəsilə Avropa ilə bağlantı yarada bilib. Azərbaycanın ərazisindən keçən Şimal-Cənub Qərb-Şərq nəqliyyat dəhlizləri ilə yükdaşımaların həcmi getdikcə artır. Cənub Qaz Dəhlizinin başa çatması Azərbaycanı Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatının yeganə alternativ mənbəyinə çevirib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı da kommunikasiyaların açılması məsələsi müzakirə olunub, Şarl Mişel Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya, demarkasiya olunması uzunmüddətli sülhün bağlanması üçün Avropa İttifaqının təşəbbüsünün qəbul edilməsini təklif etmişdir. Eyni fikir Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında da müzakirə olunub. Gəlinən nəticə odur ki, Zəngəzur dəhlizinin açılması sülh sazişinin imzalanması üçün işlərin görülməsi zərurətdir bunun alternativi yoxdur.

 2021-ci il martın 31- Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Dövlətləri Təşkilatı) videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin geosiyasi geostrateji baxımdan əhəmiyyəti barədə deyib: "Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda, xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda böyük siyasi qələbəmizdir... Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq".

 Ermənistanın bəzi hakim dairələrinin fikrincə, Zəngəzur dəhlizi yaradılarsa, bu, dəhlizin ərazisinin Azərbaycana məxsus olması deməkdir. Elə Paşinyanın Zəngəzur xofunun yaranmasının səbəbi budur. Xain xoflu olar...

Zümrüd QURBANQIZI,

"Respublika".