Azərbaycanda olan hadisələr
1994 – Bakı Dəmir Yolu Vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında terror aktı törədilib. Terror aktı nəticəsində 3 nəfər həlak olub, 20 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Dünyada olan hadisələr
1186 – Malta ordeni (İoannitlər ordeni, Hospitalyerlər ordeni) Suriyada Marqat qalasını ələ keçiriblər. Qüdsün süqutundan sonra qala ordenin mərkəzinə çevrilib.
1553 – Osmanlı İmperiyası ilə Fransa Krallığı arasında İstanbul Müqaviləsi imzalanıb.
1587 – İngiltərə kraliçası I Elizabet tərəfindən Şotlandiya kraliçası Meri Stüartın ölüm əmri imzalanıb.
1662 – Çin generalı Çjen Çenqun, doqquz aylıq mühasirədən sonra “Zellandiya” Fortunu ələ keçirərib və bununla da Hollandiya müstəmləkəçiləri Formosadan (Tayvan) qovulub.
1699 – I Pyotr Rusiyada petisiya və müqavilələrin möhürlənmiş kağıza yazılmasını tətbiq edib.
1709 – Sakit Okeandakı Xuan Fernandes arxipelaqının kimsəsiz adasında Robinzon Kruzonun prototipinə çevrilmiş dənizçi Aleksandr Selkirk tapılıb.
1713 – Osmanlı Sultanı Rusiya və Avropa dövlətlərinin təzyiqi altında XII Karlı Benderdən qovmağı əmr edib. Bu zaman İsveçlilərlə yeniçərilər arasında silahlı toqquşma olub. "Kalabalık" adlandırılan qarşıdurmada Karl yaralanıb.
1720 – İsveç və Prussiya sülh müqaviləsi imzalayıblar.
1732 – Rusiya və İran arasında Osmanlıya qarşı birgə hərbi əməliyyatlar keçirmək barədə Rəşt müqaviləsi imzalanıb.
1742 – Sardiniya və Avstriya ittifaq müqaviləsi imzalanıb.
1790 – Nyu-Yorkda Ali Məhkəmənin ilk iclası keçirilib.
1793 – Fransa İngiltərə və Hollandiyaya müharibə elan edib.
1796 – Yuxarı Kanadanın paytaxtı Nyuarkdan Yorka köçürülüb.
1809 – Rusiya imperatoru I Aleksandr Finlandiyanın Landtaqını (parlamentini) təsis edib.
1810 – Sevilya (İspaniya) fransızlara təslim olub.
1814 – Lord Bayronun “Korsar” əsəri nəşr edildiyi gün 10000 nüsxə satılıb.
1814 – Luzon adasındakı Mayon vulkanının püskürməsi nəticəsindədə lava axını Saqzava şəhərini tamamilə məhv edib (1200-dən çox insan ölüb).
1816 – Dekabristlərin ilk gizli siyasi təşkilatı Qurtuluş İttifaqı yaradılıb.
1819 – Böyük Orda qırğızları Rusiyanın tabeliyinə keçib.
1835 – Mavrikidə köləlik ləğv edilib.
1861 – Amerika Vətəndaş Müharibəsi: Texas ştatı ABŞ-dan ayrılıb.
1864 – Şlezviq uğrunda Danimarka-Prussiya müharibəsi başlayıb.
1865 – ABŞ-da köləlik ləğv edilib.
1884 – Oksford İngilis dili lüğətinin ilk nəşri çap olunub.
1887 – ABŞ-da daşınmaz əmlak agenti olan Harvey Henderson Wilcox və həyat yoldaşı Hollivud adlı fermalarını torpaq reyestrində qeydiyyatdan keçiriblər. Los-Angelesin qərbindəki bu əraziyə telefon, işıq, qaz, su çəkdiriblər. Amerika kino sənayesi burada yaranıb.
1893 – Tomas Edison dünyanın ilk "Qara Məryəm" film studiyasını açıb.
1895 – Lümyer qardaşları kino çəkiliş aparatını icad ediblər.
1908 – Portuqal regisidi – kralın siyasətindən və ölkədəki ümumi vəziyyətdən narazı olan respublikaçı terrorçular Lissabon meydanında Portuqaliya kral ailəsini atəşə tutublar. Hadisədə kral I Karluş (1863-1908) və onun böyük oğlu Hersoq Luis Filippe (1887-1908) həyatlarını itiriblər. Xilas edilən II Manuel yeni kral elan edilib.
1915 – “20th Century Fox” film şirkəti qurulub.
1917 – Almaniya tərəfindən qeyri-məhdud sualtı müharibənin aparılmasının elan edilməsi ABŞ-ın Birinci Dünya Müharibəsinə daxil olması üçün rəsmi səbəb olub.
1918 – Rusiya Qriqorian təqviminə keçib.
1919 – İstanbulda aylıq “İnci” adlı qadın jurnalı nəşr olunmağa başlayıb. Onun sahibi Sedat Simavi idi.
1922 – Vilnada, Poqulyankadakı Teatrın binasında Mərkəzi Litva Seyminin ilk iclası keçirilib.
1923 – Almaniyada inflyasiya: 1 sterlinq 220 min marka dəyərə çatıb.
1923 – SSRİ-də ilk əmanət bankı Petroqradda açılıb.
1923 – İtaliyada Faşist Könüllü Milli Təhlükəsizlik Milisi təşkil olunub.
1924 – Böyük Britaniya SSRİ-ni rəsmən tanıyıb.
1926 – Qırğızıstan MSSR yaradılıb.
1930 – SSRİ Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin "Tam kollektivləşmə bölgələrində kənd təsərrüfatının sosialist yenidən qurulmasını gücləndirmək və kulaklarla mübarizə tədbirləri haqqında" Fərmanı imzalanıb. Kütləvi kollektivləşmə başlayıb.
1930 – “The Times” qəzeti dünyada ilk krossvordu dərc edib.
1931 – “Soyuzkino Mərkəzi Fabriki” (indiki “Mosfilm”) açılıb.
1935 – Londonda alman ordusunun yenidən silahlanması məsələsi ilə bağlı Britaniya-Almaniya danışıqları başlayıb.
1935 – Ayasofya muzey olaraq ictimaiyyətə açılıb.
1937 – Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb.
1940 – Finlandiyaya qarşı müharibədə SSRİ Kareliya burnunda və Kumo gölü ərazisində hücuma başlayıb.
1942 – Alman qoşunları müharibənin əvvəlindən ingilislərə məlum olan “Enigma” gizli dəniz kodunu yenisi ilə – “Triton”la əvəz edib.
1943 – Zamoyskoe üsyanı: Polşa kəndlilərindən təşkil edilmiş Xlopski batalyonlarının dəstələri Lüdova qvardiya dəstəsi ilə birlikdə Zaboreçno döyüşündə alman hissələrini məğlub edib.
1944 – Sakit Okeanda Amerika qoşunları şiddətli döyüşə girib (fevralın 7-nə qədər) və Kvadjaleyni (Marşal adaları) yaponlardan geri alıb.
1944 – Varşavada Polşa gizli hərbi təşkilatının “Peqasus” – “Agat” dəstəsi Kutchera əməliyyatını həyata keçirib, nəticədə Varşava SS və polis rəisi, SS Briqadeführer Frans Kutçera məhv edilib.
1945 – İkinci Dünya Müharibəsi: Ekvador Almaniyaya müharibə elan edib.
1946 – Trygve Lie Birləşmiş Millətlər Təşkilatının ilk Baş katibi seçilib.
1946 – Macarıstan respublika elan edilib.
1949 – Böyük Britaniya geyim normasını ləğv edib.
1949 – Moskvanın yenidən qurulması üçün yeni baş planın hazırlanmağa başlanılıb.
1949 – İsrail rəsmi olaraq Qərbi Qüdsü ilhaq edib.
1958 – Misir və Suriya Birləşmiş Ərəb Respublikasını yaradıblar.
1959 – İsveçrədə keçirilən referendumda vətəndaşlar qadınlara federal parlament seçkilərində səsvermə hüququnun verilməsinin əleyhinə səs veriblər.
1962 – Kuba Amerika Dövlətləri Təşkilatından çıxarılıb.
1963 – Ankara səmasında Livan və Türkiyə təyyarələri toqquşaraq şəhərə düşüb, 104 nəfər (onlardan 87-si yerdə) həlak olub.
1968 – Vyetnam Müharibəsi: Cənubi Vyetnamlı briqada generalı, Cənubi Vyetnamın polis rəisi Nguyen Nqoc Loan Vyetnam zabiti Nquyen Van Lemi güllələyib. Eddi Adamsın Nguyen Nqoc Loanın partizanı edam edərkən çəkdiyi fotoşəkil Vyetnam müharibəsinin ən məşhur fotoşəkillərindən birinə və vətəndaş müharibəsinin vəhşiliyinin simvoluna çevrilib. Cənubi Vyetnam polis rəisi tərəfindən də məhkəməsiz və istintaqsız bir hərbi əsir edam edilməsi faktı intellektual dairələrdə hiddət dalğasına səbəb olur və fotoşəkil müharibə əleyhinə hərəkat tərəfindən geniş istifadə edilirdi.
1969 – Yuqoslaviya və Rumıniya rəhbərləri birgə bəyanatda Brejnevin beynəlxalq kommunist hərəkatının maraqlarının ayrı-ayrı dövlətlərin maraqlarından üstün olması haqqında doktrinasını rədd ediblər.
1969 – SSRİ ilə Peru Respublikası arasında diplomatik əlaqələr qurulub.
1971 – ABŞ-da federal araşdırma nəticəsində məlum olub ki, hər üç tələbədən biri marixuana çəkir.
1974 – Sao-Pauloda (Braziliya) 25 mərtəbəli iş yerində yanğın baş verib, 189 nəfər həlak olub, 293 nəfər yaralanıb.
1979 – Ayətullah Xomeyni 15 illik xaricə sürgündən sonra İrana qayıdıb.
1980 – SSRİ ilə Lesoto Krallığı arasında diplomatik əlaqələr qurulub.
1982 – Qərbi Afrika ölkələri Seneqal və Qambiyanın daxil olduğu Seneqambiya Konfederasiyası yaradılıb.
1982 – Intel ilk 16 bitlik ikinci nəsil x86 prosessoru olan Intel 80286-nı buraxıb.
1985 – Minsk yaxınlığında Belarus UGA-nın Tu-134AK təyyarəsi qəzaya uğrayıb, 58 nəfər həlak olub.
1990 – Yuqoslaviya ordusu Kosovoya girib.
1991 – Los-Anceles hava limanında 2 təyyarənin toqquşması nəticəsində 34 nəfər ölüb.
1992 – Türkiyədə Şırnakın Görç kəndində Jandarma Diviziya Komandanlığına qar uçqunu düşüb: 76-sı hərbçi olmaqla 81 nəfər həlak olub. Siirtin Eruh rayonundakı Tünekpınar kənd Jandarma Bölməsində qar uçqunu nəticəsində 32 əsgər həlak olub.
1992 – Soyuq Müharibənin sonu haqqında Rusiya-Amerika Bəyannaməsi imzalanıb.
1992 – El-Salvadorda 16 illik vətəndaş müharibəsinə son qoyulan atəşkəs qüvvəyə minib.
1994 – Aİ ölkələri tərəfindən imzalanmış və Avropa İttifaqına üzv dövlətlər arasında vətəndaşların tam sərbəst hərəkətini təmin edən Şengen sazişləri qüvvəyə minib.
1996 – Eritreya Respublikası Qriqorian təqviminə keçib.
2000 – Rumıniya qızıl mədən fabrikində baş verən qəza nəticəsində çoxlu miqdarda zəhərli sianid maddəsi Dunay çayına tökülüb və bu, bir çox ölkədə ekoloji fəlakətə səbəb olub.
2000 – ABŞ-da İllinoys ştatının qubernatoru Corc Rayan edamları dayandırıb. 20 ildə 13 ölüm cəzası məhbusunun günahsız olduğunu anlayan Qubernator bu qərarı verib.
2002 – Oğurlanmış amerikalı jurnalist, “The Wall Street Journal”ın Cənubi Asiya bürosunun rəhbəri Daniel Pearl Kəraçidə öldürülüb.
2003 – ABŞ-ın “Columbia” kosmik gəmisi Florida ştatının Kanaveral burnuna enərkən partlayıb və nəticədə ilk israilli astronavt İlan Ramon da daxil olmaqla yeddi ekipaj üzvü həlak olub.
2004 – Birgə Nüvə Tədqiqatları İnstitutu (Dubna, Rusiya) və Livermor Milli Laboratoriyası (ABŞ) tərəfindən birgə sintez edilmiş ununtrium və ununpentium kimyəvi elementlərinin sintezi haqqında hesabat dərc edillib.
2004 – Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yaranan izdihamda 289 zəvvar ölüb.
2005 – Kanada eynicinsli nikahları qanuniləşdirən 4-cü ölkə olub.
2006 – Danimarkanın "Jylls-Posten" qəzetində İslam dünyasını narahat edən karikaturaların dərcindən 5 ay sonra Avropanın bir çox qəzetləri eyni karikaturaları dərc etdilər. Bununla da Danimarkaya qarşı etirazlar daha da alovlandı. (Fevralın 4-də Danimarka və Norveçin Dəməşqdəki səfirlikləri yandırıldı. Fevralın 7-də Əfqanıstandakı Norveç qoşunlarına hücum edildi, fevralın 10-da Danimarka bir sıra müsəlman ölkələrindəki səfirliklərini bağladı).
2009 – Yohanna Siqurdardottir İslandiyanın ilk qadın baş naziri olub. O, eyni zamanda dünya tarixində rəsmi eynicinsli nikah bağlayan ilk hökumət başçısıdır.
2012 – Port Səid (Misir) stadionunda faciə. Matç zamanı kütləvi davada ən azı 73 nəfər həlak olub, minlərlə insan yaralanıb.
2013 – ABŞ-ın Ankaradakı səfirliyində partlayış nəticəsində iki nəfər həlak olub.
2019 – Qətər milli futbol komandası AFK Asiya Kubokunu qazanıb.
2021 – Myanmada Min Aung Hlaing tərəfindən həyata keçirilən hərbi çevriliş baş verib.
Bayramlar və xüsusi günlər
- Mavrikidə Köləliyin Ləğv Edilməsi Günü.
- Ruandada Qəhrəmanlar Günü.
Doğumlar
1462 – İohan Tritemi, alman alimi, abbat, kriptoqrafiyanın banilərindən biri (ö. 1516).
1801 – Emile Littre, fransız filosofu, tarixçisi, filoloqu, leksikoqrafı, Fransız dili lüğətinin tərtibçisi (ö. 1881).
1828 – Nikolay Teleşov, ixtiraçı, Rusiyada ilk təyyarə layihəsinin müəllifi və dünyada ilk reaktiv təyyarə layihələrindən alim (ö. 1895).
1887 – Antanas Merkis, Litva dövlət xadimi, müharibədən əvvəlki Litva Respublikasının sonuncu baş naziri (1939-1940) (ö. 1955).
1914 – Jalə İnan, Türkiyənin ilk qadın arxeoloqudur. Uzun illər davam edən proqramlı qazıntılarla Perge və Side antik şəhərlərinin gün işığına çıxarılmasına əmək vermiş, çıxarılan əsərlərin sərgilənməsi üçün Antaliya və Side muzeylərinin qurulmasına nail olmuşdur. Türkiyənin ilk arxeoloqlarından olan Əziz Oğanın qızı, zamanın öndə gələn elm adamlarından olan Mustafa İnanın həyat yoldaşıdır (ö. 2001).
1922 – Renata Tebaldi, italyan opera müğənnisi (lirik soprano) (ö. 2004).
1930 – Ağasəlim Çildağ, Azərbaycan meyxana ustası, Şöhrət ordeni laureatı (ö. 2008).
1931 – Boris Yeltsin, Rusiya Federasiyasının ilk prezidenti (1991-1999) (ö. 2007).
1941 – Anatoli Firsov (ö. 2000), sovet xokkeyçisi, üçqat Olimpiya çempionu, dəfələrlə dünya və Avropa çempionu.
1952 – Engin Ardıç, türk jurnalist.
1965 – Brendon Li, Çin əsilli ABŞ aktyoru, aktyor Brüs Li'nin oğlu (ö. 1993).
1965 – Yunis Hüseynov, Azərbaycan futbolçusu və baş məşqçisi.
1967 – Azər Bülbül, Azərbaycanlı mənşəli Türkiyə müğənnisi (ö. 2012).
1969 – Qabriel Batistuta, argentinalı futbolçu.
1969 – Nino Salukvadze, sovet və gürcü tapança atıcısı, 1988-ci ildə Olimpiya çempionu, 9 Olimpiya Oyunlarının iştirakçısı.
1983 — DJ Fateh, Azərbaycan radio aparıcısı
1986 – Kifayət Qasımova, Azərbaycan cüdoçusu. 2008-ci ildə Azərbaycanı XXIX Yay Olimpiya Oyunlarında, 2012-ci ildə XXX Yay Olimpiya Oyunlarında, 2015-ci ildə I Avropa Oyunlarında təmsil edib, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarında 2 gümüş medal qazanıb.