Azərbaycanda olan hadisələr
1922 – Birinci Zaqafqaziya Sovetlər qurultayı başlayıb.
1933 – Mir Cəfər Bağırov Azərbaycan Kommunist (bolşevik) Partiyasının birinci katibi seçilib.
2003 – İran azərbaycanlısı Şirini Əbadi insan hüquqları sahəsində Nobel mükafatı alıb. O, tarixə bu mükafatı alan ilk müsəlman qadın kimi düşüb.
Dünyada olan hadisələr
1848 – III Napoleon Fransa taxt-tacına sahib olub.
1901 – İlk dəfə Nobel mükafatları təqdim edilib. Nobelin vəsiyyətinə görə, bu mükafat elm adamlarından yalnız riyaziyyatçılara verilmir.
1903 – Antuan Anri Bekkerel, Pyer və Mariya Kürilər fizika sahəsində Nobel mükafatı alıblar
1904 – Rus fizioloqu Pavlov Nobel mükafatı alıb.
1929 – Moskvada keçirilən zərbəçi briqadaların I qurultayı başa çatıb.
1944 – SSRİ və Fransa arasında qarşılıqlı yardım və əməkdaşlıq haqqında saziş imzalanıb.
1948 – BMT Baş Assambleyası "İnsan hüquqları Bəyannaməsi"ni qəbul edib.
1958 – Moskvada Məhəmməd Füzulinin 400 illiyi keçirilib.
1975 – Sovet İttifaqı dissidenti akademik Andrey Saxarov Nobel mükafatı alıb.
1991 – 12 Avropa dövləti arasında Maastrixt sazişi imzalanıb. 1 yanvar 1992-də qüvvəyə minən saziş Avropa İttifaqının qanuni əsasını qoyub.
1996 – Cənubi Afrika Respublikasında yeni konstitusiya qəbul edilib və bununla da aparteid rejimi başa çatıb.
Bayramlar və xüsusi günlər
- Ümumdünya İnsan Hüquqları Günü.
- Ümumdünya Futbol Günü.
Doğumlar
1918 – Gülxar Həsənova, Azərbaycanın görkəmli opera müğənnisi (soprano), Azərbaycan SSR xalq artisti
1924 – Nəbi Xəzri, Azərbaycanın Xalq şairi, nasir, dramaturq, publisist, tərcüməçi (ö. 2007).
1942 – Maykl Klark Dunkan, aktyor.
1971 – Şahid Hüseynov, Ağdam uğrunda Azərbaycan şəhidi.
1973 – Qabriela Spanik, aktrisa.