11 dekabr

11 dekabr

Azərbaycanda olan hadisələr

1922 – Dağlıq Qarabağ vilayət partiya komitəsinin tərkibi təsdiq edilib.

1938 – Azərbaycanda Şota Rustavelinin 750 illiyi qeyd edilib.

1988 – Ermənistandakı zəlzələ (7 dekabr) zonasına Azərbaycanlı xilasedicilərin ikinci dəstəsini aparan İl-76 təyyarəsi Leninakan yaxınlığında müəmmalı şəkildə qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olanlar hamısı (78 nəfər) həlak olub.

1991 – Azərbaycan Respublikasının müstəqilliyi Rumıniya tərəfindən tanınmışdır.

2003 – Azərbaycan prezidenti ilk dəfə Ermənistan prezidenti Robert Köçəryanla Cenevrədə görüşüb. Görüşdə dövlət başçıları ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqları davam etdirməyi qərara alıblar.


Dünyada olan hadisələr

1098 – Tarentski Boemund və Raymon Sen-Jil başçılıq etdiyi səlibçi qoşunları Suriyanın Məərrət ən-Nöman qalasını tutub.

1519 – Torunda Val Seymi Tevton Ordeni ilə müharibəyə başlayıb və qoşunların saxlanılması üçün vergi tətbiq edib.

1618 – Polşa-Litva Birliyi və Rus Çarlığı arasında Rusiya-Polşa müharibəsini bitirən Delin sülh müqaviləsi imzalanıb.

1699 – I Pyotr Rusiya donanmasının rəsmi bayrağı kimi Müqəddəs Endryu bayrağını təsis edib.

1816 İndiana ABŞ-in 19-ci ştatı olub

1901 – Birləşmiş Krallıqda tarixdə ilk dəfə olaraq stolüstü tennis turniri keçirilib.

1941 – ABŞ Almaniya və İtaliyaya qarşı müharibə elan edib.

1946 – UNİSEF təşkil edilib.

1949 – BMT Fələstin mühacirlərinin doğma torpaqlarına qayıtmaq hüququnu tanıdı.

1967 – İlk səsdən iti mülki layner "Concorde"un təqdimatı keçirilib.

1981 – El Salvadorda vətəndaş müharibəsi zamanı hökumət qoşunları El-Mozote kəndində qətliam törədib. 700-dən çox insan öldürülüb.

1981 – Boksçu Məhəmməd Əlinin karyerasında son döyüşü olub.

1994 – Rus qoşunu Çeçenistana soxulub. Birinci Çeçenistan Müharibəsi başlayıb.

1998 – Surattxanidə (Tailand) Airbus A310 təyyarəsinin qəzaya uğraması nəticəsində 101 nəfər həlak olub.

1997 – Atmosferə buraxılan qazların miqdarının azaldılmasına dair Kyoto protokolu imzalanıb.

2001 – Çin rəsmən Ümumdünya Ticarət Təşkilatına üzv olub.


Bayramlar və xüsusi günlər

  • Uşaqların Beynəlxalq televiziya və radio verlişləri günü.
  • Beynəlxalq "Dağlar Günü".

Doğumlar

1913 – Jan Mare, aktyor.

1918 – Bayram Bayramov, azərbaycanlı yazıçı, Azərbaycanın xalq yazıçısı (ö. 1994).

1918 – Aleksandr Soljenitsın, Sovet yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (ö. 2008).

1970 – Viktoriya Faller, aktrisa və model.