14 yanvar

Azərbaycanda olan hadisələr

1992 – Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələr qurulub.

1992 – Bolqarıstan Azərbaycanın müstəqilliyini tanıyıb.


Dünyada olan hadisələr

1506 – “Laocoon və oğulları” heykəli tapılıb.

1539 – Kuba İspaniyanın koloniyasına çevrilib.

1700 – I Pyotr rus zadəganlarına köhnə uzun paltarlar əvəzinə qısa Avropa kostyumları geyinməyi əmr edib.

1761 – Hindistanın Panipat şəhəri yaxınlığındakı döyüşdə 90.000 nəfərlik Əfqan ordusu (Əhməd şah Durraninin komandanlığı altında) Hindistan müsəlman dəstələri ilə ittifaqda Maratha şahzadələrinin ordusunu tamamilə məhv edib.

1814 – Kieldə 1807-1814-cü illərdə İngiltərə-Danimarka müharibəsinə son qoyan sülh müqaviləsi imzalanıb.

1900 – Cakomo Puççininin Toska operası Romada səhnəyə qoyulub.

1903 – Makedoniyada Osmanlı hökmranlığına qarşı zorakılıqlar səbəbilə Baş Vəzir Mehmed Səid Paşa vəzifəsindən azad edilib və Avlonyalı Mehmet Ferid Paşa Rumeli İslahat Komissiyasının sədri təyin edilib.

1907 – Yamaykada zəlzələ nəticəsində 1000-dən çox insan ölüb.

1915 – Svakopmund Cənubi Afrika qoşunları tərəfindən işğal edilib.

1924 – Türkiyədə hərbi xidmət müddəti 18 aya endirilib.

1929 – Moskva vilayəti yaradılıb.

1932 – ABŞ-da işsizlərin sayının 8,2 milyon nəfərə çatdığı açıqlanıb.

1938 – Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin yaradılması haqqında qanun qəbul edilib.

1938 – Türkiyə-İraq-İran-Əfqanıstan arasında imzalanan Sədabat paktı Türkiyə Böyük Millət Məclisində təsdiq olunub.

1938 – Norveç Antarktidanın Kraliça Maud Torpaqları adlanan ərazisinə iddia edib.

1942 – Türkiyədə ilk rasionlu çörək tətbiqi İstanbulda tətbiq edilib. Pəhriz böyüklər üçün yarım çörək, ağır işçilər üçün isə tam çörək idi. Zamanla bu qayda İzmir və Ankara üçün də tətbiq edilib.

1943 – Sakit okeanda müharibə: Yapon qoşunlarının Quadalkanal adasından təxliyəsi başlanıb.

1943 – Ser Uinston Çörçill, Franklin Ruzvelt və Şarl de Qoll Kasablanka Konfransında görüşüblər.

1945 – Türkiyədə Çörək rasionu adambaşına 450 qrama qədər artırılıb.

1950 – Sovet İttifaqında MiQ-17 reaktiv qırıcısının ilk prototipi uçuş sınaqlarını uğurla başa çatdırıb.

1952 – SSRİ-də boru kəməri qoşunları yaradılıb.

1953 – İosip Broz Tito Yuqoslaviyanın ilk prezidenti seçilib.

1963 – Fransa prezidenti Şarl de Qoll Böyük Britaniyanın Avropa İqtisadi Birliyinə (AİB) daxil olmasına qarşı çıxıb.

1981 – Parisdə Türkiyə səfirliyinin maliyyə məsələləri üzrə müşaviri, Əhməd Erbəylinin maşınında partlayış baş verib. Diplomat heç bir zərər çəkməsə də, ətrafdakı binalara və maşınlara ziyan dəyib. ASALA nın özünü "Aleks Yeqişemonyan qrupu" adlandıran terrorçu dəstəsi partlayışa görə məsuliyyəti öz boynuna götürüb.

1990 – Yuqoslaviya Kommunistlər Birliyinin fövqəladə iclasında qəbul edilən "Yuqoslaviya üçün Demokratik Sosializm Bəyannaməsi" şiddətli müzakirələrə səbəb olub.

1994 – Bill Klinton və Boris Yeltsin istənilən ölkəyə raketlərin tuşlanmasına son qoymağa və Ukraynanın nüvə silahı ehtiyatını məhv etməklə bağlı razılığa gəliblər.

1994 – Türkiyədə PKK-nın (Kürdüstan Fəhlə Partiyası) hərbi qanadı ARGK (Kürdüstan Xalq Azadlıq Ordusu) dörd şəhərlərarası sərnişin avtobusunda yerləşdirilən bombaları partladıblar.

1995 – İstanbulda keçirilən mərasimdə ilk Beynəlxalq Nazım Hikmət Poeziya Mükafatı Livanlı şair Adonisə verilib.

1998 – Əfqanıstan yük təyyarəsi Pakistanın cənub-qərbində dağa çırpılıb: 50 nəfər həlak olub.

1998 – Ali Rada Rusiya Federasiyası ilə Ukrayna arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqaviləni ratifikasiya edib.

2000 – Keçmiş Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı 1993-cü ildə Ahmiçi kəndində ən azı 103 müsəlmanın qətlinə görə beş bosniyalı xorvatı 25 il həbs cəzasına məhkum edib.

2005 – Huygens kosmik gəmisi Titan üzərinə eniş edib.

2010 – Qiyamət saatı bir dəqiqə geri çəkilib.

2011 – Tunisdə bir şəxsin özünü yandırması ilə başlayan nümayişlərdən sonra prezident Zeynel Abidin Ben Əli ölkədən qaçıb, keçid hökuməti qurulub.

2020 – Vikipediya Türkiyədə yenidən açılıb.

2020 – Windows 7 üçün texniki dəstək dayandırılıb.


Bayramlar və xüsusi günlər

  • Köhnə Yeni il – Julian təqviminə görə Yeni il. Ənənəvi olaraq kilsələri Milad bayramını Julian təqviminə (7 yanvar) görə qeyd edən ölkələrdə qeyd olunur.
  • Özbəkistanda Vətən Müdafiəçiləri Günü.
  • Tunisdə İnqilab və Gənclər Günü (2011-ci ildən).

Doğumlar

1801 – Adolf Teodor Bronqniard, fransız botanik, paleobotanikanın banilərindən biri (ö. 1876).

1851 – Lüdviq Kleysen, alman üzvi kimyaçısı (ö. 1930).

1861 – VI Mehmed Vahidəddin, 36-cı və son Osmanlı sultanı və 115-ci İslam xəlifəsi (ö. 1926).

1874 – Qara bəy Qarabəyov, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyasının və İttihad fraksiyasının sədri, ictimai xadim, həkim (ö. 1953).

1883 – Nina Ricci (Marie-Adelaide Neuilly), fransız modelyer, Nina Ricci yüksək moda evinin yaradıcısı (ö. 1970).

1895 – Şeyxzadə Babiç, başqırd şairi və siyasətçisi (1919-cu ildə öldürülüb).

1919 – Giulio Andreotti, italyan siyasətçisi, üç dəfə İtaliyanın baş naziri (ö. 2013).

1923 – Tofiq Kazımov, Azərbaycanın xalq artisti, istedadlı kinorejissor, dahi tatr ustası (ö. 1980).

1930 – Xoşbəxt Yusifzadə, Azərbaycan mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1987), professor, AMEA-nın həqiqi üzvü (aprel, 2007), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti.

1936 – Nadejda İsmayılova, Azərbaycan ssenaristi, ssenari müəllifi və kino redaktoru.

1936 – Rainer Klimke, Qərbi Almaniya atleti, atçılıq üzrə 6 qat Olimpiya çempionu (ö. 1999).

1936 – Lyudmila Pinaeva, sovet idmançısı (kayak), üç qat Olimpiya çempionu, 7 qat dünya çempionu.

1948 – Valeri Xarlamov, sovet xokkeyçisi, ikiqat Olimpiya çempionu, 8 qat dünya çempionu (ö. 1981).

1960 – Vasif Talıbov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, Azərbaycan dövlət xadimi.

1963 – Stiven Soderberq amerikalı kinorejissor, ssenarist, prodüser, Oskar, Emmi və digər mükafatların laureatı.

1965 – Şamil Basayev, çeçen separatçısı, səhra komandiri (2006-cı ildə öldürülüb).

1970 – Fazıl Say, türk pianoçu və bəstəkar.

1993 – Mariya Lasitskene (Kuçina), Rusiya hündürlüyünə tullanma üzrə idmançı, Olimpiya çempionu (2020), dəfələrlə dünya və Avropa çempionu.