2 fevral

Azərbaycanda olan hadisələr

1996 – Azərbaycan gənclərinin 1-ci forumu keçirilib.

1999 – Azərbaycan gənclərinin 2-ci forumu keçirilib.


Dünyada olan hadisələr

629 – İmperator Comei Yaponiyanın 34-cü İmperatoru olub.

962 – I Otton ilk Müqəddəs Roma İmperatoru olub.

1033 – II Konrad şimal Burqundiya zadəganları tərəfindən Burqundiya kralı seçilib.

1141 – İngilis Vətəndaş Müharibəsi: Kral Stefan və Şotlandiya Kraliçası Matilda tərəfdarları arasında Linkoln döyüşü olub. Stefanın ordusu məğlub olub və kralın özü də əsir düşüb, bu da Matildaya İngiltərədə hakimiyyəti ələ keçirməyə imkan verib.

1207 – Müasir Latviya və Estoniya ərazisində Müqəddəs Roma İmperiyasının knyazlığı olan Terra Mariana formalaşıb.

1238 – Batu xan Moskvanı xarabalığa çevirib.

1386 – Lüblindəki ağaların ümumi qurultayında Litva knyazı Yaqello II Vladislav adı ilə Polşa kralı seçilib.

1421 – İmperator Çju Dinin rəhbərliyi altında Pekində Qadağan olunmuş Şəhərin tikintisi təntənəli şəkildə tamamlanıb.

1440 – Habsburqlu III Fridrix Almaniya kralı olur.

1461 – Qırmızı və Ağ Qızılgüllərin Müharibəsi: Mortimer Xaçı Döyüşündə Yorklular qələbə çalıb.

1536 – İspan konkistadoru Pedro de Mendoza, sonradan Argentinanın paytaxtı olan La-Platanın qərb sahilində Buenos-Ayres şəhərinin əsasını qoyub.

1542 – Adal-Efiopiya müharibəsi: Portuqaliya qoşunları Basent döyüşündə Adal Sultanlığının qüvvələrini məğlub edib.

1558 – İmperator I Ferdinand öz nizamnaməsi ilə Yena universitetin yaradılmasını təsdiqləyib.

1653 – Yeni Amsterdam (indiki Nyu-York) şəhər statusu alıb.

1703 – Yaponiyada zəlzələ nəticəsində 200.000 nəfər həyatını itirib.

1706 – İsveçlilər Fraustadt döyüşündə Sakson ordusunu məğlub ediblər.

1709 – Robinzon Kruzonun prototipi olan Aleksandr Selkirk Mas-a-Tierra adasından çıxarılıb. O, 4 ildən çox adada yaşayıb.

1797 – Birinci Koalisiyanın müharibəsi: uzun mühasirədən sonra Mantua qalası təslim olub. Avstriya ordusunun 18 min əsgəri əsir götürülüb.

1801 – Lünevildə Avstriya və Fransa arasında sülh müqaviləsi imzalanıb.

1831 – XVI Qriqori adını götürən Bartolomeo Alberto Kapellari 254-cü Papa seçilib.

1838 – Los-Altos Respublikası Qvatemaladan müstəqilliyini elan edib.

1848 – Çinli mühacirləri daşıyan ilk gəmi San-Fransisko Limanına çatıb.

1848 – Meksika-Amerika müharibəsinə (1846-1848) son qoyan Guadalupe Hidalgo müqaviləsi imzalanıb.

1864 – Danimarkalılar Missundda prussiyalılarla döyüşdə qalib gəliblər.

1880 – Gecələr küçə və küçələrin işıqlandırılması təcrübəsi ilk dəfə Vabaşda (Hindistan) tətbiq edilib.

1914 – Çarli Çaplinin ilk filmi "Dolanmaq" ekranlara çıxıb.

1918 – RSFSR Xalq Komissarları Soveti "Kilsənin dövlətdən və məktəbdən ayrılması haqqında" dekret qəbul edib.

1920 – Qızıl Ordunun qoşunları yerli kommunistlərin dəstəyi ilə Xivə xanlığını (1515-1920-ci illər arası Mərkəzi Asiyada tarixi Xarəzm bölgəsində mövcud olmuş türkmən dövləti) ləğv edib.

1920 – RSFSR və Estoniya arasında Tartu müqaviləsi imzalanıb.

1920 – Memel bölgəsi, Versal Sülh Müqaviləsinə əsasən, Antanta ölkələrinin kollektiv nəzarəti altına keçib.

1922 – Ceyms Coysun Ulisses əsəri nəşr olunub.

1924 – Şamoni Qış Olimpiya Oyunları zamanı Beynəlxalq Xizək Federasiyası yaradılıb.

1925 – Nom xilasetmə qaçışı: 5 gün yarım ərzində it xizəkləri ilə difteriya epidemiyasından iflic vəziyyətə düşən Nom (Alyaska) şəhərinə antitoksinlər çatdırılıb. Bu hadisəni anmaq üçün illik İditarod yarışı keçirilir.

1932 – 63 dövlətin iştirakı ilə silahsızlanma üzrə 1932-1935-ci illər Cenevrə Konfransı öz işinə başlayıb.

1933 – Adolf Hitler Almaniya parlamentini buraxıb.

1935 – Leonarde Keeler tərəfindən ilk yalan detektoru sınaqdan keçirilib.

1939 – İkinci Dünya Müharibəsinin ən məşhur Polşa sualtı qayığı ORP Orzeł Hollandiyanın Vlissingen şəhərindəki gəmiqayırma zavodunda suya buraxılıb.

1943 – Almanların Stalinqradda təslim olub, Stalinqrad döyüşü başa çatıb.

1943 – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə “Vətən müharibəsi partizanı” medalı təsis edilib.

1944 – Qırmızı Ordu Lutsk və Rivne şəhərlərini tutub.

1944 – İlk Messerschmitt (Messerschmitt Me.163 Komet) havaya qalxıb.

1945 – İkinci Dünya Müharibəsi: ABŞ prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın baş naziri Uinston Çörçill Yalta konfransında Sovet lideri İosif Stalinlə görüşmək üçün yola düşüblər.

1946 – Cənubi Saxalin və Kuril adalarının SSRİ-nin tərkibinə daxil olması haqqında fərman imzalanıb.

1959 – Şimali Uralda Dyatlov turist qrupu qeyri-müəyyən şəraitdə həlak olub.

1966 – Pakistan 1965-ci il Hind-Pakistan Müharibəsindən sonra Kəşmirlə altı bəndlik gündəm təklif edib.

1967 – Uruqvay milli futbol komandası Amerika Kubokunu qazanıb.

1970 – Münhendə ilk sinir transplantasiyası əməliyyatı keçirilib.

1974 – F-16 Fighting Falcon sınaq proqramı çərçivəsində ilk uçuşunu həyata keçirib.

1982 – Mi-26 helikopteri 10 ton faydalı yükü 6,4 km hündürlüyə qaldırıb.

1982 – Suriya silahlı qüvvələri “Müsəlman Qardaşlar”ın rəhbərlik etdiyi islamçı üsyanı yatırmaq üçün Həma şəhərini bombalayıb, sonra isə ona hücum edib. Əməliyyat zamanı 40000-ə yaxın insan həyatını itirib ki, onlardan da sadəcə 1000-ə yaxını hərbçi idi.

1986 – Lixtenşteyndə qadınlar ilk dəfə səs veriblər.

1987 – Filippin Konstitusiyası referendumla qəbul edilib.

1990 – Aparteid: Fredrik Uilyem De Klerk Afrika Milli Konqresinin qadağan olunmadığını elan edib və Nelson Mandelanı azad edəcəyinə söz verib.

1993 – Vatslav Havel Çexoslovakiyanın dağılmasından sonra Çexiyanın ilk prezidenti olub.

1993 – Andorra Konstitusiyası qəbul edildi.

1998 – Cebu Pacific Flight 387 reysi ilə uçan Douglas DC-9 Filippində dağa çırpılıb. 104 nəfər həlak olub.

1999 – Uqo Çaves Venesuelanın prezidenti olub.

2002 – ABŞ milli futbol komandası KONKAKAF Qızıl Kubokunu qazanıb.

2003 – Qırğızıstanda respublika Konstitusiyasının yeni redaksiyasını qəbul edən referendum keçirilib (Fevralın 18-də Qırğızıstan Prezidenti tərəfindən imzalanıb).

2005 – Armando Emilio Guebuza Mozambikin prezidenti olub.

2008 – Nikola Sarkozi və Karla Bruninin nikah mərasimi Parisdəki Yelisey sarayında baş tutub. Fransa Respublikasının başçısı ilk dəfə prezident vəzifəsində olarkən evlənib.

2008 – Çadda ikinci vətəndaş müharibəsi: N'Djamena uğrunda döyüş başlayıb.

2009 – Zimbabvedə 1.000.000.000.000:1 nisbətində denominasiya olub.

2009 – İranın tədqiqat və telekommunikasiya peyki Omid (tərcümədə – "Ümid") “Safir-2” raket daşıyıcısı ilə Yer orbitinə çıxarılıb. Bu, İranın müstəqil olaraq buraxdığı ilk peykdir.

2009 – Türkiyədə Ergenekon işi çərçivəsində 41-i həbs edilmiş olan 86 şübhəlinin mühakimə olunduğu məhkəmənin 46-cı iclasında ifadə verən Sami Hoştan, "Susurluk qəzasında itirilmiş çanta məndə"dir deyib.

2012 – MV Rabaul Queen bərəsi Finschhafen rayonu yaxınlığında, Papua Yeni Qvineyanın sahillərində batıb və təxminən 146-165 nəfər həlak olub.

2020 – İordaniyada ilk dəfə COVID-19 qeydə alınıb.


Bayramlar və xüsusi günlər

  • Azərbaycanda Gənclər Günü.
  • Dünya Bataqlıqlar Günü.

Doğumlar

1208 – I Xayme, Araqon kralı (1213-1276) (ö. 1276).

1522 – Lodoviko Ferrari, italyan riyaziyyatçısı (ö. 1565).

1649 – XIII Benedikt (Pietro Francesco Orsini de Gravina), 245-ci Roma Papası (1724-cü ildən) (ö. 1730).

1650 – Nell Qvin, ingilis teatr aktrisası (ö. 1687).

1786 – Jak Filip Mari Binet, fransız riyaziyyatçısı, mexaniki və astronomu (ö. 1856).

1802 – Jan-Batist Boussingault, fransız kimyaçısı, elmi kənd təsərrüfatı kimyasının banilərindən biri (ö. 1887).

1861 – Solomon Guggenheim, amerikalı sənət hamisi, Nyu-Yorkda Müasir İncəsənət Muzeyinin yaradıcısı, incəsənəti dəstəkləmək üçün Guggenheim Fondunun yaradıcısı (ö. 1949).

1883 – Mir Möhsün Nəvvab, görkəmli Azərbaycan şairi, XIX əsrin ictimai xadimi, rəssam, xəttat, musiqişünas-alim, musiqi məvlislərinin yaradıcısı, “Təzkireyi-Nəvvab”ın müəllifi (ö. 1918).

1893 – Sukhe-Bator (Damdin Sukhe-Bator), Monqolustan inqilabının lideri, Monqolustan Xalq İnqilab Partiyasının yaradıcılarından biri (ö. 1923).

1901 – Jascha Heifetz, yəhudi əsilli rus və amerikalı musiqiçi, 20-ci əsrin ən böyük skripkaçısı (ö. 1987).

1913 – Teodor Simovski, XX əsrin görkəmli alimi, ərəbşünas, “Qurani-Kərim”in rus dilində ilk poetik tərcüməçisi, XV Şirvan poeziyasının parlaq nümayəndəsi Ətaallah Ərranini kəşf etmiş tədqiqatçı (ö. 2012).

1929 – John Henry Holland, amerikalı alim, genetik alqoritmlərin "atası" (ö. 2015).

1938 – Tatyana Samusenko, sovet folqa ustası, üçqat olimpiya çempionu, beşqat dünya çempionu (ö. 2000).

1952 – Park Geun-hye, Cənubi Koreyalı qadın siyasətçi, Koreya Respublikasının 11-ci prezidenti (2013-2017).

1956 – Adnan Oktar (təxəllüsü Harun Yəhya), Türkiyədə Adnan hoca kimi tanınan kult (təriqət) lideri. Oktar, adını verdiyi və Mehdi inancına dayanan kult hərəkatının qurucusu və lideridir. 1980-ci illərdə xalq tərəfindən tanınmağa başladı və cinsi istismar, şantaj və təhdid kimi cinayətlərin yanında zəngin uşaqları valideynlərindən ayırmaqla gündəmə gəldi.

1957 – Sona Mikayılova, Azərbaycan teatr, kino və dublyaj aktrisası.

1962 – Stalik Xankişiyev, Azərbaycan kulinarı, yazıçı və fotoqraf. Əsasən şərq mətbəxinə həsr olunan kulinariya kitablarının müəllifidir.

1962 – Filip Klodel, fransız yazıçısı və kinorejissoru

1963 – Andrey Kiska, slovak iş adamı və ictimai xadim, Slovakiya Respublikasının Prezidenti (2014 – 2019).

1977 – Şakira (Şakira İzabel Mebarak Ripoll), Kolumbiyalı müğənni, bəstəkar, rəqqasə, prodüser, xoreoqraf və model.

1981 – Nizami Paşayev, azərbaycanlı ağır atlet, 4 qat Dünya və 1 qat Avropa çempionu.

1983 – Anastasiya Davudova, rusiyalı idmançı, 5 qat Olimpiya çempionu, sinxron üzgüçülük üzrə 13 qat dünya çempionu.

1987 – Jerar Pike, ispaniyalı futbolçu, dünya çempionu (2010) və Avropa çempionu (2012), müğənni Şakiranın əri.

2000 – Dmitri Loginov, rusiyalı snoubordçu, üçqat dünya çempionu.