20 sentyabr

Azərbaycanda olan hadisələr

1918 – 26 Bakı komissarı Türmənistanda Ağcaqum çölündə güllələnib.

1991 – Xankəndi şəhərində Şuşa-Ağdam yolunu birləşdirən Xəlifəliçay üzərindəki körpü partladılıb. Cinayəti törətmiş Artur Amramyan həbs olunub və 15 il müddətində azadlıqdan məhrum edilib.

1993 – Azərbaycan parlamenti MDB-yə üzv olmaq haqqında qərar qəbul edib.

1994 – Bakıda ümummilli liderimiz Heydər Əliyevin başçılığı və təşəbbüskarlığı ilə "Əsrin Müqaviləsi" adlı neft sazişi imzalanıb. Böyük Britaniyanın "BP", ABŞ-ın "AMOCO", "Penzol", Rusiyanın "Lukoyl" və "TPAO" şirkətləri bir konsorsiumda birləşiblər.

1994 – Azərbaycan Prezidenti Heydər Əliyev Əsrin “Müqaviləsi” ilə BP (Böyük Britaniya), AMOKO, Penzol (ABŞ), Lukoil və TPAO (Rusiya) şirkətlərindən ibarət konsorsiumuna Xəzərdə neft hasil etmək hüququ verməsinin Rusiya qanunsuz olduğunu elan edib.

2004 – Naxçıvanda "Azərbaycanlıların soyqırımı mərkəzi" yaradılıb.


Dünyada olan hadisələr

E.ə. 480 – Yunanlar farslar üzərində qələbə qazanıb.

E.ə. 331 – Makedoniyalı İsgəndər Fərat çayını keçib.

622 – Məhəmməd peyğəmbər və onun ardıcılları Məkkədən Mədinəyə hicrət ediblər.

1066 – Norveç və İngiltərə arasında norveçlilərin qələbəsi ilə başa çatan Fulford Döyüşü olub.

1187 – Səlahəddin Əyyubi Səlibçilərə qarşı Qüdsü mühasirəyə alıb.

1378 – Eyni anda iki Roma Papası seçilib – VI Urban və VII Klement. Katolik Kilsəsində təxminən 40 il davam edən Böyük çətinliklər (Sxizm) başlayıb.

1519 – Portuqaliyalı səyyah Fernan Magellan 270 nəfər və 5 gəmiylə İspaniyadan yola çıxıb.

1633 – Qalileo Qaliley, Yerin Günəş ətrafında fırlandığını söylədiyi üçün Roma İnkvizisiyası Məhkəməsində mühakimə olunub.

1792 – Fransada boşanmağa icazə verilib.

1802 – I Aleksandr Rusiyada köhnəlmiş kollegiyaları əvəz edən nazirliklərin yaradılması haqqında fərman imzalayıb. İlk mərhələdə 8 nazirlik yaradılıb: hərbi, dəniz, xarici işlər, daxili işlər və polis, ədalət, maliyyə, ticarət və xalq təhsili nazirlikləri.

1854 – Krım müharibəsi zamanı Alma döyüşü baş verib. Döyüşdə koalisiya qüvvələri (İngiltərə, Fransa, Osmanlı) qalib gəlib.

1862 – Velikiy Novqorodda “Rusiyanın Minilliyi” abidəsinin açılışı olub.

1862 – Sankt-Peterburqda ilk rus konservatoriyası qurulub.

1870 – İtaliyanın birləşməsi başa çatıb. İtalyan qoşunları, Papalıq Dövlətini işğal edərək Romaya girib və Roma krallığın paytaxtı elan edilib. Papa IX Piy yeni hökumətlə danışıqlardan imtina edib, Vatikandakı sarayına qapanıb, özünü və varislərini "Vatikan əsirləri" elan edib. Bu vəziyyət 1929-cu ilə qədər davam edib.

1878 – Sankt-Peterburqda Rusiyada ilk qadın universiteti olan Ali Bestujev Kursları açılıb.

1909 – İngiltərə Parlamenti, ingilis və holland dillərini rəsmi dillər olaraq tanıyan Cənubi Afrika Konstitusiyasını təsdiqləyib.

1917 – Kanada Parlamenti cəbhədə döyüşən əsgərlərin analarına, arvadlarına və bacılarına səs vermək hüququ verib.

1919 – "Pravda" qəzeti "Proletarlar, atlanın!" şüarını irəli sürüb. Sonradan, şüar toplantıları bitirən bir tosta çevrilib.

1922 – Fransa və İtaliya qoşunları Çanaqqaladan geri çəkiliblər.

1928 – İtaliyada "Ali Faşist Təşkilatı" ölkənin ən ali qanunverici orqanı olub.

1933 – Türkiyənin Baş naziri İsmet İnönü və xarici işlər naziri Tevfik Rüştü Arasın Sofiyaya səfəri zamanı 6 mart 1929-cu il tarixli Bolqarıstan-Türkiyə Neytrallıq Anlaşmasının müddəti uzadılıb.

1939 – Qırmızı Ordunun Polşa kampaniyası zamanı Qrodno uğrunda döyüş başlayıb. Döyüş sentyabrın 22-dək davam edib.

1946 – Fransada Kann kinofestivalının ilk açılış mərasimi olub.

1952 – Türkiyə NATO-ya üzv qəbul olunub.

1954 – İlk Fortran proqramı tərtib edildi və işə salınıb.

1963 – BMT-nin sessiyası zaman Kennedi SSRİ-yə kosmos sahəsində əməkdaşlıq təklif edib.

1974 – Hondurasda baş verən tufan nəticəsində 10 min nəfər həlak olub.

1977 – Vyetnam BMT-yə üzv qəbul olunub.

1979 – Yüksək enerjili şüalanmanı qeydə almaq üçün orbitə astronomik rəsədxana buraxılıb.

1979 – Mərkəzi Afrika İmperatoru Jan-Bedel Bokassa devrilib.

1981 – İran 149 solçunu edam etdiyini açıqlayıb.

1984 – Beyrutdakı ABŞ səfirliyinə hücum edən partlayıcı yüklənmiş maşının partlaması nəticəsində 40 nəfər həlak olub.

1988 – Türk idmançı Naim Süleymanoğlu Seul Olimpiya Oyunlarında ağır atletika üzrə 6 dünya rekordu qırıb.

1990 – Cənubi Osetiya qondarma "müstəqilliyini" elan edib.

1992 – Referendumda Fransa vətəndaşlarının əksəriyyəti ölkənin Avropa Birliyinə üzvlüyünə səs verib.

1995 – Türkiyədə Deniz Baykal, Necdet Menzirin istefasını rədd edən Baş nazir Tansu Çillerlə birlikdə rəhbərlik etdiyi DYP-CHP Koalisiya Hökumətini pozub. Tansu Çiller hökumətin istefasını Prezident Süleyman Dəmirələ təqdim edib.

1999 – Antverpendə (Belçika) "Fahişələr Məktəbi" açılıb. Kurslara yalnız "yeni başlayanlar" deyil, həm də peşəkar bacarıqlarını artırmaq istəyənlər də qeyd oluna bilərdi. Üç ay sonra məktəb ictimai təşkilatların təzyiqi ilə bağlanıb.

2000 – Tayvan hakimiyyəti, müəllifin baş hərfləri ilə adlandırılan məşhur kompüter virusu CIH-in yaradıcısı 25 yaşlı Cheng Yin-Haonu həbs edib. Virus xalq arasında "Çernobıl" olaraq bilinir, çünki onun versiyalarından biri 26 aprel, Çernobal AES-də qəzanın ildönümündə aktivləşir.

2002 – Şimali Osetiyanın Karmadon dərəsindəki Kolka buzlağının sürüşməsi nəticəsində Sergey Bodrov və "Messenger" filminin çəkiliş qrupu (cəmi 125 nəfər) ölüb.

2002 – İsrail əsgərləri Fələstinin baş naziri Yasir Ərəfatın qərargahı yerləşən üç binanı dağıdıblar.

2003 – Litva əhalisinin 67%-i Avropa Birliyinə daxil olmağın lehinə səs verib.

2008 – Pakistanın paytaxtı İslamabaddakı Marriot Oteldə terror hücumu baş verib. Terror hücumu nəticəsində Çexiyanın səfiri də daxil olmaqla 54 nəfər həlak olub, 266 nəfər yaralanıb.


Bayramlar və xüsusi günlər

  • Azərbaycanda Neftçiləri Günü.

Doğumlar

1486 – Arthur, Uels Şahzadəsi, İngiltərə kralı VII Henri və York taxtının varisi Elizabetin böyük oğlu (ö. 1502).

1758 – Jan-Jak Dessalin, müstəqil Haiti dövlətinin qurucusu və "İmperator I Jacques" (1804-1806) adı altında ilk hökmdar, Haitinin milli qəhrəmanı (1806-cı ildə öldürülüb).

1778 – Fddey Bellingshausen, alman əsilli rus dənizçisi, Antarktidanı kəşf edənlərdən biri (ö. 1852).

1810 – Nissage Saget, Haiti dövlət xadimi, 1867-ci ildə müvəqqəti dövlət başçısı, 1869-1874-cü illərdə Haitinin 10-cu prezidenti (ö. 1880).

1833 – Ernesto Teodoro Moneta, italyan jurnalist, Nobel Sülh Mükafatı laureatı (1907) (ö. 1918).

1842 – Ceyms Dyuar, şotlandiyalı fizik və kimyaçı, ilk termosların ixtiraçısı (ö. 1923).

1872-Moris Qustav Qamelen, Fransa hərbçisi, general, İkinci Dünya Müharibəsində Fransa ordusunun baş komandanı (ö. 1958).

1874 – Nikolay Semaşko, Sovet partiya və dövlət xadimi, Xalq Sağlamlığı Komissarı (1918-1930) (ö. 1949).

1906 – Vera Faddeyeva, sovet riyaziyyatçısı, xətti cəbr üzrə mütəxəssis, SSRİ Dövlət Mükafatı laureatı (ö. 1983).

1921 – Kurt Knispel, İkinci Dünya Müharibəsində ən məhsuldar alman tankçısı (ö. 1945).

1925 – Ananda Mahidon, Tayland kralı (ö. 1946).

1928 – Murtuz Ələsgərov, 1996-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Sədri (ö. 2012).

1929 – Vittorio Taviani, italyan rejissor və ssenarist (ö. 2018).

1932 – Rəfiqə Əliyeva, Azərbaycanın görkəmli kimya alimi,kimya elmləri doktoru,professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik), "Şöhrət" ordeni laureatı, Əməkdar elm xadimi (ö. 2017).

1934 – Sofi Loren (əsl adı Sofia Villani Shikolone), İtalyan kino aktrisası və müğənnisi, Oskar, beş Qızıl Qlobus mükafatı və digər mükafatlar laureatı.

1940 – Burhanuddin Rabbani, Əfqanıstan Prezidenti (ö. 2011).

1988 – Həbib Nurməhəmmədov, qarışıq döyüş sənəti üzrə avar əsilli rusiyalı döyüşçü, UFC çempionu (2018).