21 yanvar

Azərbaycanda olan hadisələr

1732 – Səfəvilər dövləti ilə Rusiya arasında Rəşt müqaviləsi imzalanıb.

1992 – Azərbaycan İsveçrə və Lixtenşteynlə diplomatik əlaqələr qurub.


Dünyada olan hadisələr

1522 – Rodos Osmanlı Donanması tərəfindən fəth edilib.

1774 – Osmanlı Sultanı III Mustafa ölüb. I Əbdülhəmid taxta çıxıb.

1698 – Hollandiyadakı Böyük Səfirlikdən ayrılan I Pyotr könüllülərlə birlikdə Londona gəlib.

1775 – Milliyyətcə Don kazaxı, Kəndli üsyanının lideri, Yemelyan İvanoviç Puqaçov Moskvada Bolotnaya meydanında edam edilib.

1793 – Böyük Fransız İnqilabı: XVI Lüdovik məhkəmə qərarı ilə millətin azadlığına və dövlətin ümumi təhlükəsizliyinə qarşı sui-qəsddə günahlandırılaraq edam edilib.

1854 – Lambay adası yaxınlığında “RMS Tayleur” gəmisinin batması nəticəsində 362 nəfər ölüb.

1899 – Opel ilk avtomobilini istehsal edib.

1908 – Nyu-York Şəhər Şurasının qərarı ilə qadınlara ictimai yerlərdə siqaret çəkmək qadağan edilib.

1911 – İlk Monte Karlo Rallisi keçirilib.

1919 – İnqilabi İrlandiya Parlamenti ölkənin müstəqilliyini elan edib.

1920 – Birinci Dünya Müharibəsindən sonra Paris Sülh Konfransı başa çadıb.

1921 – İtaliya Kommunist Partiyası yaradılıb.

1925 – SSRİ Yaponiya tərəfindən tanınıb və Yapon qoşunları Uzaq Şərqi tərk edib.

1925 – Albaniya Respublikası elan edilib.

1941 – İkinci Dünya Müharibəsi: Avstraliya və Böyük Britaniya qoşunları Tobruk-Liviyaya hücum edib.

1942 – İkinci Dünya Müharibəsi: Şimali Afrika Cəbhəsində Rommelin Kirenaikaya hücumu başlayıb.

1951 – Koreyadan ilk xəstə və yaralılar qrupu Ankaraya gəlib.

1954 – Dünyanın ilk nüvə sualtı qayığı "Nautilus" ABŞ-da suya buraxılıb.

1968 – Vyetnam müharibəsinin ən məşhur və mübahisəli döyüşlərindən biri olan Kxeşanın mühasirəsi başlayıb.

1977 – İtaliyada aborta icazə verilib.

1977 – ABŞ Prezidenti Cimmi Karter Vyetnam müharibəsi fərarilərinin demək olar ki, hamısını əfv edib.

1990 – Türkiyədə Adnan Oktar və onun tərəfdarı olduğu iddia edilən 66 kişi və 68 qadın nəzarətə alınıb.

1992 – İstanbulda evlərdə təbii qazdan istifadə edilməyə başlanılıb.

1997 – Atatürkçü Düşüncə Dərnəyi Baş nazir Necmettin Erbakandan iqamətgahda verdiyi nahar dəvətinə görə şikayətçi olub.

1999 – Amerika tarixində ən böyük narkotik əməliyyatı: Sahil Mühafizəsi tərəfindən saxlanılan gəmidə 4300 kq kokain ələ keçirilib.

2001 – Filippində vitse-prezident Gloria Macapagal Arroyo küçə və hərbçilərin təzyiqi altında Cozef Estradanı əvəz edərək prezident olub.

2003 – Meksikanın Kolima ştatında 7,6 bal gücündə zəlzələ baş verib. 29 nəfər ölüb, 300 nəfər yaralanıb, 10 minə yaxın insan evsiz qalıb. Zəlzələ nəticəsində 2005 bina dağılıb, 6615 binaya ziyan dəyib.

2012 – Türkiyədə ilk üz transplantasiyası həyata keçirilib.

2017 – Hindistanın cənub-şərq hissəsində yerləşən Andhra Pradeş ştatında dəmiryolu qəzası baş verib (41 nəfər ölüb, 68 nəfər yaralanıb).

2019 – Alderney adasından 13 kilometr aralıda argentinalı futbolçu Emiliano Salanın olduğu Piper PA-46 Malibu təyyarəsi qəzaya uğrayıb.


Doğumlar

1743 – Con Fitç, ABŞ-da ilk buxar gəmisini düzəldən amerikalı ixtiraçı (ö. 1798).

1819 – Horace Wells, əməliyyat zamanı anesteziyadan ilk istifadə edən amerikalı diş həkimi (ö. 1848).

1824 – Tomas Cekson, Amerika Vətəndaş Müharibəsi zamanı Konfederasiya ordusunun generalı (ö. 1863).

1855 – Con Brauninq, amerikalı odlu silahların ixtiraçısı və dizayneri (ö. 1926).

1869 – Qriqori Rasputin, Rusiya imperatoru II Nikolayın ailəsinin və saray zadəganlarının sevimlisi (1916-cı ildə öldürülüb).

1898 – Əhməd şah Qacar, Qacarlar nəslindən olan sonuncu İran şahı (1909-1925) (ö. 1930).

1903 – İqor Kurçatov, nüvə fiziki, akademik, sovet atom bombasının yaradıcısı (ö. 1960).

1905 – Kristian Dior, fransız modelyer (ö. 1957).

1907 – Əlisöhbət Sumbatzadə, tarix elmləri doktoru (1948), professor (1954), AMEA-nın müxbir üzvü (1954), həqiqi üzvü (1958), Azərbaycan SSR-nin (5-ci çağırış) deputatı və Rəyasət heyətinin üzvü (1959-1963), görkəmli Azərbaycan iqtisadçısı və tarixçisi (ö. 1992).

1924 – Şəfiqə Axundova, Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1998), "Şöhrət" ordeni laureatı (2005). Şərqdə ilk opera yazan qadın bəstəkar hesab olunur (ö. 2013).

1950 – Zəlimxan Yaqub, Azərbaycanın xalq şairi (2005), ictimai xadim, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (1995-2005) (ö. 2016).

1999 – Rubina Əli, hind kino aktrisası (“Xarabalıqdan milyonçu” filmi).