Azərbaycanda olan hadisələr
2008 – Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilib.
2008 – Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında «İkiqat vergi tutmalarının aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya imzalanıb.
Dünyada olan hadisələr
1307 – Fransa Kral Şurası, krallıqdakı bütün Tampliyerləri həbs etmək qərarı verib.
1499 – Bazel müqaviləsinə əsasən, İsveçrə Konfederasiyası Müqəddəs Roma İmperatorluğundan müstəqilliyini əldə edib.
1692 – Salemdə (ABŞ) son səkkiz "cadugər" asılıb.
1789 – Rımnik döyüşündə general A.V.Suvorov və şahzadə F.Koburqun komandanlığı altındakı Rusiya -Avstriya qoşunları Osmanlı ordusunu məğlub edib.
1792 – Fransa Burjua İnqilabı zamanı Fransa Respublikası elan edilib. Bu, Fransa Cümhuriyyət təqviminin başlanğıc nöqtəsi idi.
1862 – Avraam Linkoln bütün kölələrin 1 yanvar 1863-dən etibarən azad olacağını elan edir.
1869 – Dünyanın ilk poçt açıqçaları Avstriyada buraxılıb.
1877 – Kanada hökuməti Alberta əyalətinin hinduları ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
1908 – Bolqarıstan Osmanlı İmperatorluğundan müstəqillik qazanıb.
1921 – Latviya, Litva və Estoniya Millətlər Cəmiyyətinə qəbul edilib.
1927 – Syera Leone də köləlik ləğv edilib.
1928 – Fransada ilk ATS açılıb.
1932 – Kral İbn Səud rəhbərlik etdiyi ölkəyə öz adını verib (Səudiyyə Ərəbistanı).
1935 – SSRİ Xalq Komissarları Sovetinin fərmanı ilə Qırmızı Orduda şəxsi hərbi rütbələr verilib.
1937 – İspaniyada vətəndaş müharibəsi başlayıb.
1937 – Ukrayna SSR ərazisində Jitomir, Poltava və Nikolaevsk bölgələri yaradılıb.
1939 – SSRİ və Almaniya əvvəlcədən Polşada Visla boyunca öz aralarında sərhəd qurublar.
1944 – Qırmızı Ordu Tallinn şəhərini nasistlərdən azad edib.
1949 – SSRİ-də ilk nüvə silahı sınaqları keçirilib.
1955 – İngiltərədə kommersiya televiziya yayımı başlayıb.
1959 – Avropanı Amerika ilə birləşdirən ilk sualtı kabel xəttinin açılışı olub.
1960 – Mali Fransadan müstəqillik qazanıb.
1965 – Kəşmir vilayəti üstündə Hindistan-Pakistan müharibəsi sona çatıb.
1974 – BMT Baş Assambleyasında, ilk dəfə olaraq Fələstin Azadlıq Təşkilatının və Fələstin xalqının səlahiyyətli nümayəndəsi olaraq lideri Yasir Ərəfatın tanınması anlamına gələn müstəqil "Fələstin məsələsi" olaraq gündəmə daxil edilib.
1980 – İran-İraq müharibəsi başlanyıb.
1986 – Türkiyədə 12 sentyabr hərbi çevrilişindən sonra Alparslan Türkeş ilk dəfə Milliyyətçi İş Partiyasının (MÇP) İstanbul mitinqində çıxış edib.
1989 – Qazax dili Qazaxıstanın dövlət dili elan edilib.
1991 – Tacikistanda Kommunist Partiyası qadağan edilib.
1991 – Müstəqil Kosovo Respublikası elan edilib.
1993 – Suxumi döyüşü. Abxaziya qoşunları Tu-154 sərnişin təyyarəsini vurub. 108 nəfər həlak olub.
1993 – Alabamada (ABŞ) Sunset Limited Express qəzası. Qatarın körpüdən Mobil çayına düşməsi nəticəsində 47 nəfər həlak olub.
1994 – Efiopiyada yaşı 4,4 milyon olan insanın qalıqları tapılıb. Bu, hazırda dünyanın ən qədim insanı hesab olunur.
2000 – Səhmlərin qiymətinin düşməsi səbəbindən “Microsoft”un qurucusu və rəhbəri Bill Qeytsin sərvəti 22 milyard dollar azalıb, ancaq "qalan" 63 milyardı 2008-ci ilə qədər dünyanın ən varlı adamı titulunu saxlamağa kifayət edib.
2006 – Yapon elmi peyki "Hinode" Günəş fizikası sahəsində araşdırma aparmaq üçün M-V raketinin köməyi ilə Utinoura kosmodromundan buraxılıb.
2010 – İsraildə dini olmayan vətəndaşlar üçün vətəndaş nikahı haqqında qanun qüvvəyə minib.
Bayramlar və xüsusi günlər
- Ümumdünya Fillərin Müdafiəsi Günü.
- Ümumdünya “Avtomobilsiz gün” Günü.
- Bolqarıstanın Müstəqillik Günü.
- Latviya və Litvada Baltların Birlik Günü.
- Malinin Müstəqillik Günü.
- Ukraynada Partizan Şöhrəti Günü.
Doğumlar
1211 – İbn-i Xaliklikan, XIII əsr tarixçisi, hüquqşünası və şairi (ö. 1282).
1601 – Anna Avstriyskaya, Fransa Kraliçası, Kral XIII Lüdovikin həyat yoldaşı (ö. 1666).
1741 – Peter Pallas, Rusiyanın fauna və florasını ilk dəfə təsvir edən alman təbiətşünası (ö. 1811).
1791 – Maykl Faraday, ingilis fizik və kimyaçı, elektromaqnit induksiyasını kəşf edən, generatorun yaradıcısı (ö. 1867).
1892 – Pyotr Baranov, Sovet hərbçisi və partiya lideri, SSRİ Hərbi Hava Qüvvələrinin və təyyarə sənayesinin qurucularından biri (ö. 1933).
1901 – Nadejda Alliluyeva, SSRİ lideri İ.V.Stalinin ikinci arvadı (ö. 1932).
1901 – Çarlz Huggins, amerikalı cərrah, onkoloq, hormon terapiyasının banisi, Nobel mükafatı laureatı (1966) (ö. 1997).
1903 – Andrey Markov, sovet riyaziyyatçısı (ö. 1979).
1904 – Ellen Çerç, amerikalı tibb bacısı və dünyanın ilk stüardessası (ö. 1965).
1905 – Eygen Zenger, alman raket mühəndisi, Beynəlxalq Astronavtika Federasiyasının ilk prezidenti (ö. 1964).
1920 - Əhmədiyyə Cəbrayılov, İkinci dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri. Fransanın Hərbi medalı, Hərbi xaç, Könüllü hərbi xidmət xaçı, Müharibədə yaralanma medalı, Döyüşçü xaçı, 1914-1918 müharibəsi yadigar medalı, Könüllülər cəmiyyəti medalı, Milli tanınma medalı laureatı. Qarabağ müharibəsi şəhidi - Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun atası (ö. 1994).
1976 – Ronaldo (tam adı Ronaldo Luis Nazariu de Lima), braziliyalı futbolçu, iki qat dünya çempionu (1994, 2002).
1984 – Tiaqu Silva, Braziliyalı futbolçu.
1989 – Sabina Lisitski, alman tennisçi, qadınların xidmət sürəti üzrə dünya rekordçusu.
1992 – Emin Mehdiyev, azərbaycanlı futbolcu (“Neftçi”).