22 yanvar

Azərbaycanda olan hadisələr

1972 – Moskvada Nazim Əliverdibəyovin "Muğam" baletinin premyerası keçirilib.

1990 – Heydər Əliyevin 20 Yanvar hadisələri ilə əlaqədar tarixi bəyanatı olub.

1998 – Azərbaycan Prezidenti Heydər Əliyev ölüm hökmünün ləğv edilməsi haqqında təşəbbüslə çıxış edib.


Dünyada olan hadisələr

871 – Basinq döyüşü: Danimarkalı işğalçı Vikinqlər Basinqdə Anglo-Saksonlar üzərində qələbə çalıblar.

888 – Spoleteli Guido İtaliya kralı elan edilib.

1506 – Papa II Julius İsveçrə qvardiyalarını Vatikanda xidmət etməyə dəvət edib. İsveçrə qvardiyaları o vaxtdan bəri papanın iqamətgahını qoruyur.

1517 – I Səlimin idarə etdiyi Osmanlı İmperiyası Məmlük dövlətini məğlub edərək, Ridaniyə döyüşündə indiki Misiri ələ keçirib. Bu qalibiyyətdən sonra xəlifəlik osmanlılara keçib.

1580 – İstanbul Rəsədxanası Sultan III Murad tərəfindən dağıdılıb.

1724 – I Pyotr Rusiya İmperiyasının dövlət qurumlarının işçilərinin qanunları və nizamnamələri bilmək öhdəliyi və qanunlara əməl etməməyə görə cərimələrlə cəzalandırılaraq qanunları bilməyərək özlərinə haqq qazandırmağın qadağan edilməsi haqqında fərman verib.

1771 – Folklend adaları İspaniya tərəfindən Britaniyaya verilib.

1842 – İlk dəfə veterinar məktəbi (baytarlıq məktəbi) Türkiyədə açılıb.

1863 – Polşada Yanvar üsyanı başlayıb.

1905 – Sankt-Peterburqda "Qanlı bazar günü". Birinci Rus İnqilabının başlanğıcı.

1906 – Rusiya İmperiyasında Çita Respublikası çar qoşunları tərəfindən məğlub edilib.

1918 – Ukrayna Mərkəzi Radası IV Universal ilə Ukrayna Xalq Respublikasının müstəqilliyini elan edib.

1932 – Yerebatan məscidində ilk türkcə Quran Hafiz Yaşar (Okur) tərəfindən oxunub.

1939 – Kolumbiya Universitetindən bir qrup alim uran atomunu parçalamağa müvəffəq olub.

1944 – ABŞ və Böyük Britaniya silahlı qüvvələrinin alman qoşunlarına qarşı Anzio-Nettunskaya strateji hərbi əməliyyatı başlayıb.

1946 – Elektrik lampasının satışı sərbəstləşdirilib.

1949 – Maonun orduları Pekini ələ keçirib.

1950 – İstanbul Yunan-Roma güləşi komandası İstanbulda Paris komandasını 7-1 hesabı ilə məğlub edib.

1963 – Fransa ilə Qərbi Almaniya arasında əməkdaşlıq haqqında Yelisey Müqaviləsi Şarl de Qoll və Konrad Adenauer tərəfindən imzalanb.

1969 – SSRİ Silahlı Qüvvələrinin kiçik leytenantı Viktor İlyin L.İ.Brejnevə sui-qəsd cəhdi edib.

1972 – Brüssel müqaviləsi imzalanıb. Bu müqaviləyə əsasən Böyük Britaniya, İrlandiya, Danimarka və Norveç 1973-cü il yanvarın 1-dən Avropa İqtisadi Birliyinin (AİB) üzvü olublar.

1973 – ABŞ-da abort Ali Məhkəmə tərəfindən qanuniləşdirilib.

1983 – İki erməni terrorçusu Türk hava yollarının Parisdəki bürosuna əl qumbaraları atıb. Partlayışlar nəticəsində heç kim xəsarət almayıb. Terrorçulardan biri həbs olunub. ASALA terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

1987 – Ali Sağlamlıq Şurası Türkiyədə süni mayalanma praktikasına başlamağı qərara alıb.

1988 – Türkiyədə Nazım Hikmətin vətəndaşlıq hüquqlarını qaytarması üçün kampaniya başladılıb.

1989 – Sovet İttifaqında ilk dəfə "Dünya Gözəllik Müsabiqəsi" keçirilib. Yarışmada Türkiyəni təmsil edən Meltem Hakarar birinci seçilib.

1990 – Sovet İttifaqı lideri Qorbaçov qiyamı yatırmaq üçün Qırmızı Ordu əsgərlərinin Azərbaycana göndərildiyini rəsmən elan edib.

2005 – Şimali Koreyanın xarici işlər naziri Kim Kye Qvan KXDR-in nüvə dövləti olduğunu elan edib.

2007 – Bağdaddakı bombalı türror aktlarında 73 nəfər ölüb, 138 nəfər yaralanıb.

2009 – ABŞ prezidenti Barak Obama Quantanamo həbs düşərgəsinin bağlanması ilə bağlı fərman imzalasa da, Konqresin etirazı səbəbindən fərman icra olunmayıb.

2018 – Mikki Maus 90 illik yubileyi çərçivəsində Hollivudda Şöhrət Xiyabanında öz ulduzunu alıb.


Doğumlar

1440 – İvan III Vasilyeviç, Moskvanın Böyük Hersoqu (1462-ci ildən), onun dövründə Rusiya nəhayət monqol-tatar boyunduruğundan azad edilib (ö. 1505).

1788 – Lord Bayron (George Gordon Byron), ingilis romantik şairi (ö. 1824).

1796 – Karl Klaus, rus kimyaçısı, əczaçı, rutenium kimyəvi elementinin kəşfçisi (ö. 1864).

1892 – Bəhruz Kəngərli, Azərbaycan rəngkarlıq sənətində akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə novatorluğa yol açmış ilk Azərbaycanlı rəssam (ö. 1922).

1893 – Böyükağa Mirsalayev, Azərbaycan marifçisi, Zaqafqaziya KP(b)MK-nın II katibi, 1925-ci ildə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Qazax Rayon Komitəsinin, 1927-ci ildə isə Nuxa (Şəki) Rayon Komitəsinin birinci katibi, 1929-cü ildə Azərittifaqın rəyasət heyətinə sədri, 1930-ci ildə Lənkəran dairə icraiyyə komitəsinin sədri (1938-ci ildə güllələnib).

1898 – Sergey Eyzenşteyn, sovet teatr və kino rejissoru, ssenarist, rəssam və pedaqoqu, RSFSR əməkdar incəsənət xadimi (1935) (ö. 1948).

1904 – Arkadi Qaydar (əsl adı Qolikov), rus sovet uşaq yazıçısı, ssenarist, jurnalist, müharibə müxbiri (ö. 1941).

1908 – Lev Landau, Bakılı sovet fiziki, akademik, Nobel mükafatı laureatı (1962) (ö. 1968).

1909 – Martha Norelius, amerikalı üzgüçü, üçqat olimpiya çempionu (1924 və 1928) (ö. 1955).

1944 – Hacı İsmayılov, Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (2000), Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini.

1950 – Fəxrəddin Şahbazov, Azərbaycan jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi (ö. 1991).

1967 – Yekaterina Sabo, rumıniyalı gimnast, 4 qat Olimpiya çempionu (1984).

1973 – Rogerio Seni, braziliyalı futbolçu, tarixdə ən çox qol vuran qapıçı, dünya çempionu (2002).

1987 – Astrid Yakobsen, norveçli xizəkçi, Olimpiya çempionu, üçqat dünya çempionu.

1997 – Fan Zhendong, Çin stolüstü tennisçisi, Olimpiya çempionu (2020), dəfələrlə dünya çempionu.