Azərbaycanda olan hadisələr
1993 – Azərbaycan MDB-yə daxil olub.
1992 – Azərbaycan Respublikası İndoneziya ilə diplomatik əlaqələr qurub.
2008 – Bakıda dünya gənclərinin 4-cü məşğulluq Sammiti (YES) keçirilib.
Dünyada olan hadisələr
1566 – 11-ci Osmanlı Sultanı II Səlim taxta çıxıb.
1664 – Yeni Hollandiya (Şimali Amerikanın şərq hissəsi) Qubernatoru Piter Steyvesant kapitulyasiya aktını imzalayıb və Yeni Amsterdam şəhərini (indiki Nyu-York) ingilislərə təhvil verib.
1724 – Paris Fond Birjası qurulub.
1801 – Rusiya Gürcüstanın şərq hissəsini işğal edib (Azərbaycanlıların məskunlaşdığı ərazilər). İlin əvvəlində Kartli-Kaxetiya krallığı Rusiya İmperiyasına daxil edilib və I Aleksandrın manifesti ilə Gürcüstan əyalətinin bir hissəsi elan edilib.
1812 – Argentinanın İstiqlal Müharibəsi zamanı Manuel Belgranonun komandanlığı altında olan vətənpərvər qoşunlar ilə Xuan Pio de Tristanın komandanlığı altında olan kral qoşunları arasında Tukuman Döyüşü baş verib.
1825 – Argentina-Braziliya müharibəsinin başlamasına səbəb olan Rinkon döyüşü baş verib.
1830 – Belçika İnqilabı baş verib, Belçika Müvəqqəti Hökuməti yaradılıb.
1838 – Tsemes çayının deltasında Novorossiysk şəhərinin inşasına səbəb olan bir istehkam tikintisi başlayıb.
1869 – Amerika bazarında iki iş adamının kütləvi şəkildə qızıl külçələr alması böyük panikaya səbəb olub (Qara Cümə).
1916 – Rus pilot K.K.Artseulov ilk dəfə bilərəkdən "spin" (“ştopor”) edib və təyyarəni oradan çıxarıb.
1922 – 11 sentyabr 1922-ci ildə Yunanıstanda üsyan baş verib.
1922 – Afyonkarahisar əyalətinin Bolvadin mahalı Yunan işğalından azad edilib.
1932 – Hindistanda toxunulmaz kastaya səs hüququ verilib.
1934 – "Pravda" qəzeti ilk dəfə Stalini "Böyük sükançı" adlandırıb.
1940 – İkinci Dünya Müharibəsi əsnasında, 129 İngilis bombardmançısı Berlində sənaye hədəflərini bombalayıb, lakin sis səbəbindən 6 bombadan başqa hamısı hədəflərə düşməyib.
1944 – Amerika Almaniyanın müharibədən sonrakı quruluşu haqqında "Plan Morqentau Planı" nəşr edilib. Plana görə Almaniyada sənayenin tamamilə məhdudlaşdırılması və sırf kənd təsərrüfatı ölkəsinə çevrilməsi planlaşdırılırdı.
1948 – “Honda Motor” şirkətinin əsası qoyulub.
1953 – Hollivudda ilk panoramlı filmin premyerası olub.
1957 – ABŞ prezidenti D.Eyzenxauzer, ümumtəhsil məktəbinə gedən doqquz qara məktəblini irqçilərdən qorumaq üçün Little Rocka (ABŞ-da şəhər) 1000 paraşütçü göndərib.
1960 – ABŞ-da ilk nüvə enerjili təyyarə gəmisi “Enterprise” buraxılıb.
1960 – Türkiyədə 27 may çevrilişi ilə hakimiyyətdən uzaqlaşdırılan Demokrat Partiyası rəhbərliyini mühakimə etmək üçün Ali Ədalət Məhkəməsi qurulub.
1968 – Svazilend dövləti Birləşmiş Millətlər Təşkilatına qəbul edilib.
1970 – "Luna-16" (SSRİ) planetlərarası stansiyası Yerə Ay torpağı gətirib.
1973 – Qvineya Bisau müstəqilliyini elan edib.
1979 – Sovet idmançıları Lyudmila Belousova və Oleq Protopopov İsveçrədən siyasi sığınacaq istəyiblər.
1980 – Əfqan mücahidlər bir ayda 1500 sovet əsgərini məhv etdiklərini bəyan ediblər.
1981 – Ermənilərin (“ASALA”) Türkiyənin Parisdəki konsulluğunda törətdikləri terror aktı nəticəsində konsulluğun bir işçisi həlak olub, konsul Kaya İnal ağır yaralanıb.
1987 – Süleyman Dəmirəl yekdilliklə DYP Fövqəladə Konqresinin sədri seçilib. Dəmirəl 12 sentyabr hərbi çevrilişindən sonra rəsmən siyasətə qayıtdı.
1989 – Papa II İohan Pavel Qalileyin haqlı olduğunu təsdiq edib.
1990 – SSRİ Ali Soveti Mixail Qorbaçova bazar iqtisadiyyatına keçid üçün fövqəladə səlahiyyətlər verib.
1993 – Rusiyada İnsan Haqları Komissiyası yaradılıb.
1996 – Nüvə sınaqlarının qadağan edilməsi haqqında saziş imzalanmaq üçün aclıq elan edilib.
1998 – Lionda (Fransa) ilk dəfə insan əli transplantasiyası əməliyyatı keçirilib.
2013 – Pakistanın Bəlucistan əyalətinin Avaran şəhəri yaxınlığında 7.7 bal gücündə zəlzələ meydana gəlib. Ən azı 825 nəfər ölüb, yüzlərlə insan yaralanıb.
2015 – Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı izdiham nəticəsində ən azı 769 nəfər ölüb, 900-dən çox adam yaralanıb.
Bayramlar və xüsusi günlər
- Qvineya-Bisaunun Müstəqillik Günü.
Doğumlar
936 – Fena Hüsrev, Büveyhoğulları hökmdarı (ö. 983).
1501 – Cirolamo Kardano, italyan riyaziyyatçı, mexanik, həkim, filosof (ö. 1576).
1717 – Horas Uolpol, ingilis yazıçısı, qotik roman janrının banisi (ö. 1797).
1801 – Mixail Ostroqradskiy, rus riyaziyyatçısı və mexaniki, Sankt-Peterburq Elmlər Akademiyasının akademiki (ö. 1862).
1820 – Knyaz Alexandr Dondukov-Korsakov, rus hərbçisi və dövlət xadimi, Qafqaz kampaniyalarının və Krım müharibəsinin iştirakçısı (ö. 1893).
1857 – Mövsüm bəy Xanlarov, Azərbaycanın ilk kimyaçı alimi (ö. 1921).
1870 – Georges Claude, fransız kimya mühəndisi və ixtiraçısı (ö. 1960).
1870 – Helmer Hansen, norveçli qütb tədqiqatçısı, R.Amundsenin Cənub Qütbünə və Şimal-Qərb Yoluna ekspedisiyada yoldaşı (ö. 1956).
1877 – Georgi Dyuperron, rus futbolunun və Rusiyadakı Olimpiya hərəkatının banisi (ö. 1934).
1878 – Şarl Ferdinand Ramu, isveçrə yazıçısı (ö. 1947).
1884 – İsmet İnönü, türk general və siyasətçisi (ö. 1973).
1884 – Hugo Şmeisser, alman atıcı silah konstruktoru (ö. 1953).
1898 – Howard Walter Flory, avstraliyalı farmakoloq, patoloq, Nobel mükafatı laureatı (1945) (ö. 1968).
1902 – Ruhullah Musəvi Xomeyni, iranlı siyasətçi, Böyük Ayətullah, 1979-cu il İslam İnqilabının lideri (ö. 1989).
1911 – Konstantin Çernenko, Sovet partiya və dövlət xadimi, 1984-1985-ci illərdə Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi (ö. 1985).
1930 – Con Yanq, Ayı ziyarət edən amerikalı astronavt (ö. 2018).
1936 – Əminə Yusifqızı, aktrisa, Azərbaycan Respublikasının xalq artisti, “Şöhrət” ordeni laureatı.
1955 – Alexandr Bəşirov, Sovet və Rus film, televiziya və dublyaj aktyoru, kinorejissor, ssenarist, prodüser.