25 fevral

Azərbaycanda olan hadisələr

628 – Sasanilər imperiyasının sonuncu böyük şahı II Xosrov oğlu II Kavad tərəfindən devrilib.

1992 – Azərbaycan və Yəmən arasında diplomatik əlaqələr qurulub.

2016 – Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (1998), Dağıstanın xalq artisti (2008) İlhamə Quliyeva vəfat edib (d. 1943).


Dünyada olan hadisələr

138 – Roma imperatoru Adrian Antonin Piyi oğlu kimi qəbul edir və faktiki olaraq onu varisi edib.

1831 – Ruslarla üsyançı qoşunlar arasında Qroxov döyüşü baş verib (1830-cu il Polşa üsyanının yatırılmasının bir hissəsi).

1836 – Samuel Kolt revolver odlu silahı üçün ABŞ patenti alıb.

1848 – Fransada İkinci Respublika elan edilib.

1856 – Paris Konqresi öz işinə başlayıb və Paris müqaviləsinin imzalanması ilə yekunlaşıb.

1916 – Verden döyüşündə Almaniya qoşunları Fransa müdafiəsinin əsas yeri olan Fort Duomonu döyüşsüz ələ keçirib.

1918 – Almaniya qüvvələri Estoniyanın işğalını demək olar ki, başa çatdırmaq üçün Tallini zəbt edib.

1921 – Gürcüstanın paytaxtı Tbilisi şiddətli döyüşlərdən sonra işğalçı Rusiya qoşunlarının əlinə keçib və ruslar Gürcüstan Sovet Sosialist Respublikasını elan ediblər.

1924 – SSRİ ilə Avstriya Respublikası arasında diplomatik əlaqələr qurulub.

1932 – Adolf Hitlerə Almaniya vətəndaşlığı verilib. Beləliklə, Weimar Respublikasında 1932-ci ildə keçiriləcək prezident seçkilərində Hitlerin iştirak etməsi mümkün olub.

1933 – Təyyarə gəmisi kimi inşa edilən ilk ABŞ donanma gəmisi USS Ranger suya salınıb.

1943 – Tələt Paşanın Almaniyada balyalanmış cənazəsi İstanbula gətirilib. Həmin gün Hürriyyət-i Əbədiyə təpəsində dəfn edilib.

1945 – Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb.

1954 – Camal Əbdül Nasir Misirin baş naziri olub.

1956 – Sovet İttifaqının rəhbəri Nikita Xruşşov "Şəxsiyyətə pərəstiş və onun nəticələri haqqında" adlı çıxışında İosif Stalini pisləyib.

1964 – Məhəmməd Əli (Cassius Clay) Miami Beach-Florida matçında Sonny Listonu məğlub edərək ağır çəkidə boks çempionu olub.

1964 – Leninqradda ürək cərrahı Vasili Kolesov döyünən ürək üzərində SSRİ-də ilk uğurlu koronar arteriya şuntlama əməliyyatını həyata keçirib.

1964 – Eastern Air Lines Douglas DC-8-21 təyyarəsinin Nyu-Orlean yaxınlığında qəzaya uğraması nəticəsində 58 nəfər həlak olub.

1977 – "Rossiya" otelində yanğın baş verdi, nəticədə 42 nəfər ölüb, 52 nəfər yaralanıb.

1991 – İraq Küveytdən çıxma qərarını elan edib. Beləliklə, Amerika və Müttəfiq Qüvvələrin həyata keçirdiyi “Səhra fırtınası” əməliyyatı başa çatıb. Fevralın 28-də atəşkəs sazişi imzalanıb.

1991 – Varşava Müqaviləsi Təşkilatının Siyasi Məşvərət Komitəsinin növbədənkənar iclası keçirilib. Blokun hərbi orqanlarının ləğvi barədə qərar qəbul edilib.

1994 – İbrahim Məscidi Qətliamı: Hebron şəhərində Baruch Qoldşteyn adlı bir yəhudinin açdığı atəş nəticəsində 29 fələstinli ölüb, 125 nəfər yaralanıb. Qoldşteyn qəzəbli kütlə tərəfindən linç edilib. Sonrakı iğtişaşlarda 26 fələstinli və 9 israilli həlak olub.

1999 – Qazaxıstanda müstəqillik elan edildikdən sonra ilk əhalinin siyahıyaalınması başlayıb.

2001 – Moldovada növbədənkənar parlament seçkiləri keçirilib.

2003 – İraq böhranı ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin xarici ölkələrə göndərilməsi və Türkiyədə xarici silahlı qüvvələrin olması üçün hökumətə səlahiyyət verilməsi üçün Baş nazirə səlahiyyət verilməsi məsələsi Türkiyə Böyük Millət Məclisinə təqdim edilib.

2008 – Türkiyədə müğənni Bülent Ersoyun bir proqramda söylədiyi sözlərə görə "insanları əsgərlikdən soyutmaq" iddiası ilə barəsində istintaq başladılıb. 18 dekabr tarixli qərar iclasında Məhkəmə Kollegiyası, o, “Uşaq dünyaya gətirsəydim əsgərliyə göndərməzdim” sözlərini fikir azadlığı çərçivəsində nəzərə alaraq Ersoya bəraət verib.

2010 – Kiyevdə Ukrayna prezidenti Viktor Yanukoviçin andiçmə mərasimi keçirilib.

2020 – İsveçrə və Xorvatiyada ilk dəfə COVID-19 qeydə alınıb.


Bayramlar və xüsusi günlər

  • Gürcüstanda Sovet İşğalı Günü.
  • Küveytdə Milli Gün.

Doğumlar

1304 – İbn Battuta, məşhur ərəb səyyahı və taciri (ö. 1377).

1643 – II Əhməd, Osmanlı İmperiyasının sultanı (1691-ci ildən) (ö. 1695).

1682 – Giovanni Battista Morgagni, italyan həkimi, patoloji anatomiyanın banisi (ö. 1771).

1725 – Nikolas Cozef Cugnot, fransız mühəndisi, ilk özüyeriyən maşının ixtiraçısı (ö. 1804).

1778 – Xose de Sa- Martin, 1810-1826-cı illərdə Latın Amerikasında ispan koloniyalarının müstəqilliyi uğrunda gedən müharibənin liderlərindən biri, Argentinanın milli qəhrəmanı (ö. 1850).

1881 – Abdulla Şaiq (əsl adı: Abdulla Axund Mustafa oğlu Talıbzadə), azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940) (ö. 1959).

1894 – Konstantin Xrenov, sovet alimi, elektrik qövsü və hiperbar qaynaq texnologiyasının yaradıcısı, Ukrayna Elmlər Akademiyasının akademiki (ö. 1984).

1907 – Sabahattin Əli, türk yazıçısı və şairi (ö. 1948).

1928 – Paul Elvström, danimarkalı yaxtaçı, 4 qat Olimpiya çempionu, 20-ci əsrin Danimarkasının ən yaxşı idmançısı (ö. 2016).

1929 – Azər Abdullayev, Azərbaycan qoboyçalanı, elmlər doktoru, professor, Azərbaycanın əməkdar artisti (2008) (ö. 2010).

1935 – Oktay Sinanoğlu, türk nəzəri kimyaçı və molekulyar bioloq (ö. 2015).

1950 – Nestor Kirchner, Argentinanın keçmiş prezidenti (2003-2007) (ö. 2010).

1953 – Xose Mariya Aznar, İspaniyanın keçmiş baş naziri (1996-2004).

1958 – İradə Aşumova, Azərbaycan atıcısı, 2004-cü il Afina Olimpiadasının bürünc medalçısı.

1959 – Aleksey Balabanov, rusiyalı rejissor, ssenari müəllifi və prodüser. "Eybəcərlər və insanlar haqqında" filmində rejissor işinə görə "Nika" mükafatının sahibi, "Qardaş" və "Müharibə" filmlərinə görə "Kinotavr" kinofestivalın ikiqat mükafatçısı (ö. 2013).

1962 – Birgit Fişer, alman kayakçısı, 8 qat Olimpiya çempionu, 28 qat dünya çempionu.

1976 – Rəşidə Cons, ABŞ aktrisası.

1988 – Zou Kay, Çinli gimnast, 5 qat Olimpiya çempionu (2008, 2012), 5 qat dünya çempionu.

1989 – Hans Christer Holund, norveçli xizəkçi, 3 qat dünya çempionu.

1999 – Canluici Donnarumma, italyan futbolçusu, qapıçı.