25 noyabr

Azərbaycanda olan hadisələr

1667 – Şamaxıda baş vermiş zəlzələdə 80 min nəfər həlak olub.

1932 – SSRİ EA Qafqazşünaslıq Elmi Tədqiqat İnstitutunun bazasında Ümumittifaq Akademiyasının Zaqafqaziya Filialı təsis edilib. Bir müddət sonra isə, Ümumittifaq Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan şöbəsi açılıb.

1967 – Bakı metropoliteni fəaliyyətə başlayıb.

1991 – Moskvada Nizami Gəncəvinin abidəsinin açılışı olub.

1991 – İlk dəfə Azərbaycanda İranın sənaye malları sərgisi keçirilib, sərgi 5 dekabrda başa çatıb.

1997 – Bakıda GUAM blokunun (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) təşkil edilməsinə dair protokol imzalanıb.

2000 – Abşeron yarımadasında 7 bal gücündə zəlzələ baş verib, köhnə tikililər ciddi xəsarət alıb, 26 nəfər həyatını itirib.

2008 – Azərbaycanda ilk dəfə dövlət büdcəsindən kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsinə vəsait ayrılıb.

2020 – Kəlbəcər rayonu Azərbaycan Ordusunun tam nəzarətinə keçib.


Dünyada olan hadisələr

1120 – Normandiya sahillərində “Ağ Gəmi” La-Manş boğazında qəzaya uğrayıb və İngiltərə taxt-tacının varisi Uilyam Adelin də daxil olmaqla çoxlu sayda anqlonorman aristokratı ölüb. Uilyam Adelin ölümü 1130-1140-cı illərdə İngiltərədə feodal anarxiyasına səbəb olub.

1177 – Monjisar döyüşü baş verib. Əyyubilər (Səlahəddin Əyyubinin komandanlığı altında) ilə Qüds krallığı arasında baş vermiş döyüşdə Cüzam xəstəsi olan 16 yaşındakı Qüds kralı IV Boduin sayca az olan ordusu ilə Səlahəddin Əyyubini məğlub edib. Ağır şəkildə məğlub olan müsəlman ordusundan çox az əsgər sağ qalıb.

1783 – Amerika Müstəqillik Müharibəsi başa çatdıqdan sonra sonuncu İngilis qoşunları Nyu-Yorku tərk edib.

1867 – Alfred Nobel dinamiti ixtira edib.

1870 – İstanbulda ilk yumor jurnalı "Diyojen"in ilk nömrəsi nəşr olunub.

1922 – Türkiyənin Ədirnə şəhəri azad edilib.

1924 – Kazım Özalp Paşa Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

1934 – Mustafa Kamal Atatürk İsmət Paşaya "İnönü" soyadını verib.

1936 – Almaniya və Yaponiya Anti-Komintern paktı imzalayıblar.

1941 – Kral döyüş gəmisi Barham, Sollum (Aralıq dənizi) yaxınlığında U-331 sualtı qayığı tərəfindən torpeda ilə vurulub. Gəminin sursat anbarının partlaması nəticəsində ekipaj üzvlərindən demək olar ki, heç biri sağ qalmayıb.

1941 – Finlandiya anti-Komintern paktına qoşulub.

1946 – Moskva Fizika-Texniki İnstitutu yaradılıb.

1950 – Çin ordusu BMT qüvvələrinin ağır məğlubiyyəti ilə nəticələnən ilk böyük hücuma başlayıb.

1958 – BMT-nin yeni iş dövrü ilə əlaqədar olaraq, Ahmet Adnan Saygunun bəstələdiyi “Yunus Əmrə” Oratoriyası Nyu-Yorkda nümayiş etdirilib. Orkestrə və xora dirijor Leopold Stokovski rəhbərlik edib.

1961 – Dominikan Respublikasında dövlət başçısının sərəncamı əsasında siyasi xadim olan Mirabal bacıları vəhşicəsinə öldürülüb.

1967 – ABŞ prezidenti Consonun Kipr üzrə xüsusi nümayəndəsi Sayrus Vens Afinanın təkliflərini Ankaraya gətirib. NATO-nun baş katibi Manlio Brosio da vasitəçilik üçün Ankaraya gəlib. BMT Təhlükəsizlik Şurası müharibənin qarşısını almağa çağırıb.

1973 – Dövlət çevrilişi nəticəsində Yunanıstan prezidenti Andres Papandreu hakimiyyətdən uzaqlaşdırılıb.

1975 – Surinam Hollandiyadan müstəqilliyini qazanıb.

1977 – BMT İsrailin ərəb torpaqlarını işğal etməsini pisləyən qətnamə qəbul edib.

1985 – Sovet Hərbi Hava Qüvvələrinin An-12BP nəqliyyat təyyarəsi Anqolada vurulub, 23 nəfər həlak olub.

1992 – Çexoslovakiya iki müstəqil dövlətə – Çex Respublikası və Slovakiyaya parçalanıb.

1998 – Türkiyədə 55-ci Hökumət etimadsızlıq sualı ilə devrilib. Dövlət Naziri Güneş Taner vəzifədən gedib. Baş nazir Məsud Yılmaz istefa ərizəsini prezident Süleyman Dəmirələ təqdim edib.

1999 – Türkiyədə Ali Apellyasiya Məhkəməsinin 9-cu Cəza Kollegiyası PKK lideri Abdullah Öcalana verilən ölüm hökmünü qüvvədə saxlayıb.

2001 – Kələ-i Cəngi qalasında ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarının təhqiramiz hərəkətlərinə etiraz olaraq əsir götürülmüş talibanların üsyanı baş verib.

2001 – Türkiyənin ilk və yeganə yəhudi muzeyi olan 500-cü İl Vəqfi Türk Yəhudiləri Muzeyi açılıb.

2009 – Səudiyyə Ərəbistanının Ciddə şəhərində güclü yağışın səbəb olduğu daşqın 122 nəfərin ölümü ilə nəticələnib.


Bayramlar və xüsusi günlər

  • Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Günü.
  • Bosniya və Herseqovinanın Milli Günü.
  • Surinamın Müstəqillik Günü.
  • Türkmənistanda Məhsul bayramı.

Doğumlar

1814 – Julius Robert von Mayer, alman həkimi, təbiətşünas, termodinamikanın birinci qanununu əsaslandıran alim (ö. 1878).

1844 – Karl Benz, alman mühəndisi, ixtiraçı, avtomobil sənayesinin pionerlərindən biri (ö. 1929).

1881 – XXIII İoann, 261-ci Roma Papası (1958-1963) (ö. 1963).

1885 – Mirzhakip Dulatov, qazax şairi, yazıçısı, Qazaxıstanda milli azadlıq hərəkatının liderlərindən biri (ö. 1935).

1889 – Rəşad Nuri Güntəkin, Türk yazıçı-dramaturqu. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yaşıl Gecə”, “Yarpaq tökümü” və “Anadolu qeydləri” kimi əsərlərin müəllifi (ö. 1956).

1915 – Augusto Pinochet, Çili prezidenti (1974-1990), diktator (ö. 2006).

1917 – Alparslan Türkeş, Türk hərbçi, siyasətçi, Milliyətçi Hərəkat Partiyasının qururcusu və ilk sədri (ö. 1997).

1918 – İmran Qasımov, Azərbaycan dramaturqu və kinossenaristi, Azərbaycan Yazıçılar İttifaqının katibi (1967–1981), 1939-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR xalq yazıçısı (1979), Azərbaycan SSR dövlət mükafatı (1980) və "Lenin" ordeni (1978) laureatı (ö. 1981).

1941 – Riaz Əhməd Qohar Şahi, Pakistanın ruhani lideri, Anjuman Serfaroşan-e-İslam dini hərəkatının banisi (ö. 2001).

1981 – Xabi Alonso, ispan futbolçusu.