26 noyabr

Azərbaycanda olan hadisələr

1924 – Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Əsasnaməsi dərc edilib.

1991 – Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edilib.

1991 – Paritet əsasında Azərbaycan Respublikası Ali Sovetində 25 nəfər “demblok”, 25 nəfər “komblok” deputatlarından ibarət Milli Şura yaradılıb.

1991 – Post-sovet məkanında ilk müstəqil televiziya – ANS TV yayıma başlayıb.

1996 – Azərbaycan Respublikası ilə Mali arasında diplomatik əlaqələr qurulub.

2002 – İşgəncələrin qarşının alınması üzrə Avropa Komitəsi (CPT) Azərbaycana ilk dövri səfərinə başlayıb.

2006 – İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim edib.


Dünyada olan hadisələr

1394 – Seul Koreyanın paytaxtı olub.

1548 – Qanuni Sultan Süleymanın komandanlığı altında Osmanlı ordusu Hələbə daxil olub.

1812 – Napoleon qoşunu məğlub olaraq Rusiyadan geri çəkilməyə başlayıb.

1865 – Lewis Carrollun yazdığı “Alisa möcüzələr diyarında” kitabı ilk dəfə nəşr olunub.

1917 – Milli Xokkey Liqası (NHL) yaradılıb. İlk dəfə NHL-ə 5 klub daxil idi: Montreal Canadiens, Montreal Wanderers, Ottawa Senators, Quebec Bulldogs və Toronto Arenas.

1922 – Gelibolu (Türkiyə) azad edilib.

1922 – Arxeoloq Hovart Karter Misir fironu Tutanxamonun sarkofaqını açıb.

1924 – Böyük Xalq Xuralı Monqolustan Xalq Respublikasını elan edib və dünyanın ikinci sosialist dövlətinin konstitusiyasını təsdiq edib.

1925 – Sovet TБ-1 (ANT-4) bombardmançı təyyarəsi ilk uçuşunu edib.

1939 – Sovet-Fin müharibəsinin başlanmasının rəsmi səbəbi olan Maynil insidenti baş verib.

1941 – Vitse-admiral Tuiçi Naqumonun komandanlığı altında Yapon donanmasının zərbə qüvvəsi Kuril adalarında Hitokappu körfəzindəki (Kasatka) bazanı tərk edərək Pearl Harbora yollanıb.

1942 – Sovet ordusu Stalinqradda əks hücuma başlayıb.

1943 – Vorkutaya (Rusiya, Komi) şəhər statusu verilib.

1943 – Belorusiya Cəbhəsinin qoşunları Qomel-Reçitsa əməliyyatı zamanı Qomel şəhərini azad ediblər.

1950 – Türkiyə Koreyada müharibəyə qoşulub.

1959 – “Pioner” seriyasından olan Amerika kosmik gəmisinin uğursuz buraxılışı olub: kosmik gəmi Atlantik okeanına düşüb.

1962 – ABŞ Türkiyədəki raket bazalarını çıxarmaq qərarına gəlib.

1965 – İlk Fransız peyki "Asterix" orbitə buraxılıb.

1969 – Səudiyyə Ərəbistanı ilə Yəmən arasında silahlı münaqişə başlayıb.

1976 – “Microsoft”un yeni ticarət nişanı Nyu-Meksiko Dairə Katibliyində qeydə alınıb.

1978 – İranda mollalar əhalini Pəhləvi rejiminə qarşı kütləvi tətilə çağırıb və ölkə iflic vəziyyətinə gəlib.

1979 – Boeing 707 Taif yaxınlığında qəzaya uğrayıb, 156 nəfər həlak olub.

1983 – Polkovnik-leytenant Stanislav Petrov Sovet İttifaqının raketlərin erkən xəbərdarlıq sistemində nasazlığı görüb və mümkün nüvə müharibəsinin qarşısını alıb.

1988 – Beynəlxalq ekipaj (Aleksandr Volkov, Sergey Krikalev, Jan-Lup Kretyen) ilə birlikdə "Soyuz TM-7" pilotlu kosmik gəmisi buraxılıb.

1991 – Buqulmada An-24 təyyarəsinin qəzaya uğraması nəticəsində 41 nəfər həlak olub.

1993 – Almaniya PKK-nı terror təşkilatı kimi tanıyıb.

1994 – Çeçen müxalifətinin dəstələri Qroznıya uğursuz hücum edib. Hücumda iştirak edən rus hərbçiləri Dudayevin tərəfdarları tərəfindən əsir götürülüb.

2003 – Concorde səsdən sürətli sərnişin təyyarəsinin son uçuşu olub.

2005 – Hind milyoneri Vijaypat Singhania aerostatla 21291 metr yüksəyə qalxaraq dünya rekordunu təzələyib.

2008 – Bombeydə terror hücumlar nəticəsində 173 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.


Bayramlar və xüsusi günlər

  • Azərbaycan Kəlağayısı Günü.
  • Beynəlxalq Çəkməçilər Günü. Çəkməçilərin peşə bayramı.
  • Dünya İnformasiya Günü.

Doğumlar

1138 – Səlahəddin Əyyubi, Misir, Suriya, Yəmən, Hicaz və Fələstinin soltanı və Əyyubilər dövlətinin ilk hökmdarı (ö. 1193).

1607 – Con Harvard, Harvard Universitetinin varlığına borclu olduğu amerikalı kolonist (ö. 1638).

1893 – Aleksandr Lebedev, rus sovet fiziki, SSRİ Elmlər Akademiyasının akademiki (ö. 1969).

1894 – Norbert Wiener, amerikalı riyaziyyatçı, kibernetikanın banilərindən biri (ö. 1964).

1927 – Həsən Mirzə, filologiya elmləri doktoru, dilçi-türkoloq, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin üzvü (ö. 2015).

1928 – Müxlis Cənizadə, Azərbaycanın teatr, kino və dublyaj aktyoru, bədii qiraətçi, Azərbaycan SSR əməkdar artisti (1960) (ö. 1972).

1939 – Tina Törner (Anna Mey Bullok) amerikalı müğənni, bəstəkar, aktrisa və rəqqasə, səkkiz Qremmi mükafatı laureatıdır.

1943 – Alisa Stroqaya, balet artisti, müəllim, RSFSR-in əməkdar artisti.

1948 – Qalina Prozumenşçikova, üzgüçülük üzrə ilk sovet olimpiya çempionu (1964), üçqat dünya çempionu (ö. 2015).

1949 – İvan Patsaykin, rumıniyalı kanoeçi, 4 qat Olimpiya çempionu.