27 sentyabr

Azərbaycanda olan hadisələr

1534 – I Süleymanın başçılıq etdiyi Osmanlı qoşunu Təbrizi tutub.

1994 – Azərbaycan Respublikası ərazisində MDB dövlətlərindən olan əlillərin iştirak etdiyi super-marafon başa çatıb.

2020 – Azərbaycanın qalibiyyəti ilə sona çatmış, 44 gün davam edən İkinci Qarabağ Müharibəsi (Vətən Müharibəsi) başlayıb.

2020 – Azərbaycanda hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edilib.

2020 – Ermənistanın dövlət strukturlarına məxsus çox sayda məxfi sənədlər azərbaycanlı hakerlər tərəfindən ələ keçirilib.


Dünyada olan hadisələr

1130 – Cənubi İtaliya və Siciliya vahid Siciliya krallığına birləşdirilib.

1480 – İspaniya hökmdarları İzabella Kastilskaya və Ferdinand Araqonskiy, Papa IV Sikstanın icazəsi ilə İspan inkvizisiyasını qurublar.

1529 – Qanuni Sultan Süleymanın komandanlığı altındakı Osmanlı Ordusu tərəfindən Vyananın ilk mühasirəsi başlayıb.

1540 – İsa ordeni (Cizvitlər) Papalıq tərəfindən rəsmən tanınıb.

1590 – VII Urbanus, tacqoyma mərasimini görmədən, seçildikdən 13 gün sonra ölüb və bu da onu tarixin ən qısa hökmranlıq edən Papası edib.

1605 – Kirchholm Döyüşündə IX Karlın komandanlığı altında olan İsveç qoşunları Xodkeviçin komandanlığı altında olan Litva qoşunları tərəfindən məğlub edilib.

1672 – Royal African Company (İngiltərə) Afrika qul ticarətində inhisar (monopoliya) əldə edib.

1669 – 21 illik mühasirədən sonra Heraklion qalasının süqutu ilə Osmanlı bütün Kriti fəth edib.

1709 – Şimal müharibəsinin ən böyük döyüşü olan Poltava döyüşü baş verib.

1781 – Rusiyanın tərkibində Kiyev, Çernigov, Novqorod-Severski qubernatorluqları qurulub.

1791 – Fransa yəhudiləri vətəndaşlıq əldə ediblər.

1821 – Meksika İspaniyadan müstəqillik qazanıb.

1822 – Jan Fransua Şampolyon, Rosetta Daşının deşifrə edilməsi haqqında məlumat verib.

1825 – İngiltərədə ilk ictimai dəmir yolu hərəkət etməyə başlayıb. Darlinqtondan Stoktona 24 km / saat sürətlə gedən qatarda 450 sərnişin yolçuluq edib.

1854 – Britaniya Adalarından Yeni Dünyaya üzən "Arctic" buxar gəmisinin "SS Vesta" (Fransa) gəmisi ilə toqquşması nəticəsində 350 nəfər ölüb.

1863 – Rusiyada ilk uşaq bağçası Sankt-Peterburqda açılıb.

1885 – Xarkovda Rusiyanın ilk ali texniki təhsil müəssisəsi olan Cənubi Rusiya Texnologiya İnstitutu açılıb.

1893 – İlk Ukrayna mətbu orqanı olan "Svoboda" qəzeti Jersey City-də nəşr olunmağa başlayıb.

1905 – Albert Eynşteyn, məşhur E = mc² təklif edən "Bədənin ətaləti içindəki enerjidən asılıdırmı?" əsərini nəşr edib.

1919 – Merzifonu (Türkiyə) işğal edən ingilislər şəhəri tərk ediblər.

1922 – Yunan kralı I. Konstantin Anadolu məğlubiyyətindən sonra taxtını tərk etmək məcburiyyətində qaldı.

1939 – Varşava kapitulyasiya olunub və almanların Polşaya hücumu başa çatıb.

1940 – Almaniya, İtaliya və Yaponiya Berlində Üçlü Pakt imzalayıb.

1941 – Suriya müstəqil dövlət elan edilib.

1959 – "Vera" tufanı Yaponiyada 5 minə yaxın insanın ölümünə səbəb olub.

1960 – Avropanın ən yüksək qülləsi olan Ostankino televiziya qülləsinin təməlində ilk dəmir-beton bloklar qoyulub.

1961 – Sierra-Leone BMT-nin 100-cü üzv dövləti olub.

1962 – İraq Kürd lideri Mustafa Bərzanidən qaçan 1500 nəfərlik Bradost qəbiləsi Türkiyədən sığınacaq istəyib.

1962 – Yəmən Ərəb Respublikası (Şimali Yəmən) qurulub. Polkovnik Salal hakimiyyəti ələ keçirib. 22 may 1990-cı ildə Cənubi Yəmən ilə birləşərək Yəmən Respublikası olub.

1966 – Türkiyənin sənaye naziri Mehmet Turqut sənayeçilərdən kapitalizmin düşmənlərinə qarşı müharibə aparmalarını istəyib.

1970 – Misirdə Ərəb Zirvəsi toplanıb: İordaniya kralı Hüseyn və Fələstin Azadlıq Təşkilatının lideri Yasir Ərəfat atəşkəs müqaviləsi imzalayıblar.

1973 – Seçki turu üçün Ispartaya gələn CHP Sədri Bülent Ecevit daş və şüşə atəşinə tutulub.

1976 – Ankarada "Dövlət Təhlükəsizlik Məhkəmələrinə Yox" mitinqi keçirilib.

1990 – SSRİ İnterpola qoşulub.

1990 – Yakutiya ASSR suverenliyini elan edib.

1993 – Gürcüstan Suxumi üzərində nəzarəti itirib.

1996 – Taliban Kabulu ələ keçirdikdən sonra Əfqanıstan Demokratik Respublikasının keçmiş prezidenti Məhəmməd Nəcibullahı asıb.

1998 – Google qurulub.

2001 – Norveç hökuməti riyazi araşdırmalar üçün Abel mükafatı təsis edib.

2003 – Rusiyanın Altay Respublikasında 7,5 bal gücündə zəlzələ baş verib (Çuya zəlzələsi).

2007 – Kanaveral kosmodromundan Delta-2 raketi daşıyıcısı ilə Vesta və Serera asteroidlərini öyrənmək üçün hazırlanmış Amerika Dawn kosmik gəmisi buraxılıb.

2007 – Nyu-Yorkda GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası keçirilib.

2008 – Nyu-Yorkda Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.


Bayramlar və xüsusi günlər

  • Azərbaycanda Vətən Müharibəsi Qurbanlarını Anım Günü.
  • Ümumdünya Turizm Günü.
  • Ümumdünya Lal-karlar Günü.
  • Polşada Polşa Dərin Dövləti Günü.
  • Rusiyada Məktəbəqədər Təhsil İşçiləri Günü.
  • Ukraynada Təhsil işçiləri və Məktəbəqədər Təhsil İşçiləri Günü.

Doğumlar

1601 – XIII Ədalətli Lüdovik, Fransa kralı (1610-1643) (ö. 1643).

1622 – Karel Dujardin, hollandiyalı rəssam və çap ustası (ö. 1678).

1824 – Benjamin Quld, amerikalı astronom, meteoroloq, “American Astronomical Journal”-ın təsisçisi (ö. 1896).

1896 – Aleksey Antonov, Sovet hərbçisi, SSRİ Silahlı Qüvvələri Baş Qərargah rəisi (1945-1946) (ö. 1962).

1907 – Almas İldırım, Azərbaycan şairi (ö. 1952).

1918 – Martin Ryle, ingilis radioastronomu, fizika üzrə Nobel mükafatı laureatı (1974) (ö. 1984).

1932 – Yaş Çopra, hindli rejissor, prodüser və ssenarist (ö. 2012).

1952 – Dumitru Dorin Prunariu, rumıniyalı kosmonavt, Rumıniya Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı.

1954 – Larri Uoll, amerikalı proqramçı, Perl proqramlaşdırma dilinin yaradıcısı.

1976 – Françesko Totti, italyan futbolçu, dünya çempionu (2006).