27 yanvar

Azərbaycanda olan hadisələr

2008 – "Xəzər Lənkəran" Sankt-Peterburqda Birlik Kubokunu qazanıb.


Dünyada olan hadisələr

98 – Nervanın ölümündən sonra Trayan Roma imperatoru olub.

1302 – İtalyan şairi, italyan ədəbi dilinin banisi Dante Aliqyeri Florensiyadan sürgün edilib.

1521 – Mastaba döyüşü: Osmanlıda Şam Canberdi Qazali üsyanı yatırılıb.

1606 – Barıt sui-qəsdi: Qay Foks və digər sui-qəsdçilərin mühakiməsi başlayaraq, 31 yanvarda onların edam olunması ilə başa çatıb.

1695 – II Əhmədin vəfatı ilə II Mustafa Osmanlı sultanı olub.

1785 – Corciya Universiteti (ABŞ) təsis edilib.

1880 – Tomas Edison elektrik lampasının patentini alıb.

1915 – ABŞ Hərbi Dəniz Qüvvələri Haitini işğal edib.

1918 – Amerikalı yazıçı Edqar Rays Burrouz tərəfindən yaradılan "Tarzan" haqqında ilk film ABŞ-da “Meymunların Tarzanı” kimi nümayiş etdirilib. Aktyor Elmo Linkoln böyük ekranın ilk Tarzanı olub.

1918 – Finlandiyada vətəndaş müharibəsi başlayıb.

1924 – V.İ.Leninin dəfn mərasimi keçirilib.

1935 – Samara şəhəri Sovet partiyasının lideri Valerian Kuybışevin şərəfinə Kuybışev adlandırılıb.

1944 – "Yanvar ildırımı" əməliyyatı nəticəsində Leninqradın blokadasının tamamilə götürülməsi başa çatıb.

1945 – Auşvitsdəki (Polşa) nasist konsentrasiya düşərgəsinin məhbusları azad edilib.

1948 – ABŞ-da maqnitofonlar satışa çıxarılıb (Wire Recording, 149 dollar).

1956 – “Mobil” Türkiyədə neft kəşfiyyatı lisenziyası alan ilk xarici neft şirkəti olub.

1958 – Kiprdə 10 min türk "Taksim" lehinə nümayiş keçirib. İngilis əsgərləri zirehli maşınlarla icma üzərinə yürüş edib, yaralananlar olub.

1967 – Kosmosun tədqiqi və istifadəsi sahəsində dövlətlərin fəaliyyət prinsipləri haqqında beynəlxalq müqavilə bağlanıb. Bununla da kosmos bütün bəşəriyyətin mülkiyyəti elan edilib və kosmosda nüvə silahının yerləşdirilməsinə qadağa qoyulub.

1967 – “Apollon-1” sınaq sınaq zamanaın qəzaya uğrayıb, 3 astronavt ölüb.

1973 – Vyetnamda müharibəni dayandırmaq və sülhü bərpa etmək üçün Paris sazişi imzalanıb.

1973 – Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydar və konsul Bahadır Dəmir erməni təşkilatı ASALA tərəfindən qətlə yetirilib.

1974 – Kipri ​​Yunanıstana vermək istəyən EOKA lideri Yorqo Qrivas Kiprdə ürək tutmasından ölüb.

1981 – İtaliyanın Milan şəhərində "3 oktyabr" erməni terrorçu qrupu üzvlərinin törətdiyi partlayış nəticəsində, "Svis Eyr" aviaşirkətinin bürosuna ciddi ziyan dəyib, küçədən keçən iki nəfər İtaliya vətəndaşı yaralanıb

1983 – Ən uzun sualtı tunel Seikanın tikintisi (53,85 km, Honsyu – Hokkaydo) tamamlanıb.

1996 – Yunan və Türk jurnalistlərin Bodrum yaxınlığındakı Kardak qayalarına ayrı-ayrılıqda bayraqlar sancması Türkiyə ilə Yunanıstan arasında gərginlik yaradıb.

2010 – Apple iPad-ı istehsal etdiyini elan edib.

2011 – Ərəb baharı: Sənada 16 mindən çox etirazçının nümayişi ilə Yəmən inqilabı başlayıb.

2013 – Braziliyanın Santa Maria şəhərində “Kiss” gecə klubunda yanğın baş verib, 242 nəfərin ölüb, 630 nəfər yaralanıb.

2017 – ABŞ-da Mendeleyevin elementlərin dövri sistemində 117-ci element olan tennessin elementinin adlandırılması mərasimi keçirilib.

2020 – Almaniya, Kamboca və Şri-Lankada ilk dəfə COVID-19 qeydə alınıb.


Bayramlar və xüsusi günlər

  • Beynəlxalq Holokost Qurbanlarını Anma Günü.
  • Türkmənistanda Vətən Müdafiəçisi Günü.

Doğumlar

1571 – I Şah Abbas, 1587-1629-cu illərdə Səfəvilər dövlətinin hökmdarı (ö. 1629).

1621 – Tomas Uillis, ingilis tibb alimi, ingilis yatrokimyaçılarının liderlərindən biri (ö. 1675).

1687 – İohan Baltasar Neuman (ö. 1753), barokko və rokoko dövrünün ən görkəmli alman memarı.

1756 – Volfqanq Amadey Motsart, dahi Avstriya bəstəkarı, Avropa klassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri, virtuoz orqan ifaçısı, pianoçu (ö. 1791).

1832 – Lyuis Kerroll (əsl adı Çarlz Lutvic Dodqson), ingilis yazıçısı, riyaziyyatçısı və filosofu, "Alisa möcüzələr ölkəsində" kitabının müəllifi (ö. 1898).

1848 – Toqo Heihachiro, Yaponiya İmperiyası Donanmasının marşalı, 1904-1905-ci illər Rus-Yapon müharibəsində Yaponiya Birləşmiş Donanmasının komandanı (ö. 1934).

1859 – II Vilhelm, Alman İmperiyasının 3-cü kayzeri və Birinci Dünya Müharibəsinin əsas təşəbbüskarlarından biri olan Prussiya kralı (1888-1918) (ö. 1941).

1879 – Pavel Bajov, rus sovet yazıçısı, Ural nağıllarının müəllifi, folklorşünas, jurnalist (ö. 1950).

1906 – Sara Aşurbəyli, Azərbaycan alimi, tarixçisi və şərqşünası, tarix elmləri doktoru (1966), Azərbaycan SSR əməkdar elm xadimi (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986) (ö. 2001).

1924 – Rauf Denktaş, Şimali Kipr Türk Respublikasının qurucusu və I prezidenti (1975-2005) (ö. 2012).

1932 – Boris Şahlin, sovet gimnastı, 7 qat olimpiya çempionu (ö. 2008).

1934 – Edit Kresson, Fransanın Baş Naziri (1991-1992), Fransa hökumətinin başında duran ilk və hələ də yeganə qadın.

1936 – Samuel Ting, Çin və Amerika nüvə fizikası, Nobel mükafatı laureatı (1976).

1938 – Viktor Jdanoviç, sovet folqa ustası, 3 qat Olimpiya çempionu.

1940 – Petr Luçinski, Sovet və Moldova siyasətçisi, Moldova Prezidenti (1997-2001).

1974 – Ole Einar Bjoerndalen, norveçli biatlonçu, 8 qat Olimpiya çempionu, 20 qat dünya çempionu.

1985 – Erik Radford, Kanada fiqurlu konkisürəni (cüt konkisürmə), Olimpiya komandası çempionu (2018), dəfələrlə dünya çempionu və dörd qat qitə çempionu.