3 dekabr

Azərbaycanda olan hadisələr

1988 – Azərbaycan SSR-də mövcud olan hərbi hakimiyyət Azadlıq meydanına 17 noyabrdan yığılmış mitinqçilərə meydanı boşaltmaq əmri verib. Dekabrın 4-nə keçən gecə hərbçilər zorla meydanı boşaldıb mitinq iştirakçılarını həbs ediblər.

1994 – "Gürcüstan və Azərbaycan dostluq evi" İctimai İttifaqı təsis olunub.

1996 – ATƏT-in Lissabon zirvə görüşü başa çatıb. 53 dövlət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul edib.


Dünyada olan hadisələr

1586 – Kartof ilk dəfə Kolumbiyadan İngiltərəyə gətirilib.

1609 – Qalileo Qaliley teleskopu ixtira edib.

1775 – “Alfred” gəmisində Amerika bayrağı ilk dəfə rəsmi olaraq qaldırılıb.

1800 – Fransız generalı Moro Hohenlinden (Bavariya) döyüşündə avstriyalıları məğlub edib.

1810 – İngiltərə Mavrikiyi fransızlardan geri alıb.

1818 – İllinoys ABŞ-ın 21-ci ştatı olub.

1910 – Paris avtosalonunda mühəndis Jorj Klod ixtira etdiyi neon lampasını təqdim edib.

1912 – Bolqarıstan, Yunanıstan, Serbiya və Monteneqro Türkiyə ilə Çatalca atəşkəsi imzalayıb. 1913-cü il yanvarın 23-də Çatalcada döyüşlər yenidən başlayıb.

1918 – Birinci Dünya Müharibəsindən sonra Londonda Müttəfiqlərin Konqresi başa çatıb. Almaniyanın müharibə təzminatını ödəməsi qərara alınıb.

1944 – Yunanıstanda kommunistlər və kralçılar arasında vətəndaş müharibəsi başlayıb.

1956 – Böyük Britaniya və Fransa Süveyşdən çəkildiklərini elan ediblər.

1966 – Naməlum Əsgərin qalıqları Kreml divarının yanında basdırılıb.

1967 – Tibb tarixində ilk ürək transplantasiyası əməliyyatı Keyptaun (Cənubi Afrika) Groot Shute Xəstəxanasında həyata keçirilib: ölümcül yaralanmış 25 yaşlı qadının ürəyini 55 yaşlı xəstəyə köçürülmə əməliyyatı professor Kristian Barnard tərəfindən aparılıb.

1969 – Boeing 707 təyyarəsi Karakasdan (Venesuela) havaya qalxarkən suya düşüb, 62 nəfər həlak olub.

1971 – Üçüncü Hind-Pakistan müharibəsi başlayıb.

1972 – Convair 990 təyyarəsi Tenerifedə (Kanar adaları) havaya qalxarkən qəzaya uğrayıb, 155 nəfər həlak olub.

1973 – "YUPİTER-10" kosmik peyki ilk dəfə Yerə Yupiterin tam həcmli şəkillərini göndərib.

1979 – Ayətullah Ruhullah Xomeyni İranın ilk dini lideri olub.

1981 – Türkiyədə Bülent Ecevit dörd aylıq həbs cəzasını çəkmək üçün Ankara Mərkəzi Qapalı Həbsxanasına salınıb.

1984 – Hindistan. Bhopal fəlakəti: Pestisid zavodunda metil izosiyanat sızması 18000-dən çox insanın ölümünə və yüz minlərlə insanın yaralanmasına səbəb olub.

1989 – ABŞ prezidenti Corc Buş və Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov ölkələrinin artıq rəqib olmadığını elan ediblər. Bu gün Soyuq Müharibənin bitməsinin rəsmi tarixi kimi tarixə düşüb.

1991 – SSRİ DTK-sı ləğv edilib.

1992 – İlk SMS göndərilib.

1994 – Sony özünün ilk PlayStation video oyun konsolunu dünyaya təqdim edib.

1997 – Piyada əleyhinə minaların istifadəsini, istehsalını, yığılmasını və ixracını qadağan edən Ottava Müqaviləsi imzalanıb.

1999 – İkinci Çeçen Müharibəsi: Rus qoşunları Çeçenistanın üçüncü böyük şəhəri Arqunu ələ keçirib.

2002 – Ümumdünya Ərzaq Proqramı Afrikada 38 milyon insanın aclıqla üzləşdiyini açıqlayıb.

2006 – Venesuelada prezident seçkilərində polkovnik Uqo Çaves qalib gəlib.


Bayramlar və xüsusi günlər

  • Beynəlxalq Əlillər Günü (BMT).
  • Ümumdünya Kompüter Qrafikası Günü.
  • Rusiyada Naməlum Əsgərin Anım Günü.

Doğumlar

1447 – II Bəyazid və ya Sultan Bəyazid-i Vəli, Osmanlı İmperiyasının 8-ci padşahı. Atası Fateh Sultan Mehmed, anası Sitti-Mükrimə Xatundur. Taxta keçəndə imperiyanın ərazisi 511.000 km² Asiyada, 1.703.000 km² Avropada olmaqla, cəmi 2.214.000 km² idi. Onun ölümündə Osmanlı imperiyasının ərazisi böyüyərək təxminən 2.375.000 km² idi (ö. 1512)

1898 – Mixail Koşkin, sovet mühəndis-konstruktoru, T-34 tankının yaradıcısı (ö. 1940).

1911 – Nino Rota (əsl adı Giovanni Rota Rinaldi), italyan bəstəkarı, Oskar, Qızıl Qlobus və Qremmi mükafatları laureatı (ö. 1979).

1924 – Con Bakus, amerikalı riyaziyyatçı, Fortran proqramlaşdırma dilinin yaradıcısı (ö. 2007).

1953 – Şikar Şikarov, Azərbaycanın Milli Qəhrəmanı (ö. 1992).