4 dekabr

Azərbaycanda olan hadisələr

1988 – Azadlıq meydanındakı mitinqin dağıdılmasından sonra Azərbaycanda kütləvi tətillər başlayıb.


Dünyada olan hadisələr

1154 – İngilis kardinalı Nikolas Breakspeare Roma Papası seçilib.

1674 – Çikaqo şəhərinin əsası qoyulub.

1791 – “The Observer”-in (dünyada ilk bazar günü qəzeti) ilk nömrəsi nəşr olunub.

1881 – “Los Angeles Times” qəzetinin ilk sayı nəşr olunub.

1851 – 2 dekabr dövlət çevrilişindən sonra Paris küçələrində dəhşətli qırğın baş verib. Çevrilişə qarşı etiraz aksiyasında iştirak etməyən çoxlu sayda insan öldürülüb və ya əsir götürülərək güllələnib.

1864 – İkan döyüşü başlayıb. Bu döyüşdə kazak Serov 114 nəfərlik dəstəsi ilə təkbaşına Alimkulun 10 minlik Kokand ordusuna qarşı döyüşüb və qalib gəlib.

1897 – Osmanlı İmperiyası ilə Yunanıstan arasında sülh müqaviləsi imzalanıb.

1912 – Bolqarıstan, Yunanıstan, Serbiya və Monteneqro Türkiyə ilə barışıq imzalayıb və bununla da 2 ay davam edən Birinci Balkan Müharibəsi başa çatıb.

1918 – ABŞ Prezidenti Vudro Vilson Birinci Dünya Müharibəsi ilə bağlı sülh danışıqları üçün Versala gəlib. O, Avropaya gələn ilk ABŞ prezidenti olub.

1922 – Hovard Karter Firon Tutanxamonun məzarını ziyarət etmək üçün xalqa icazə verib.

1929 – Türkiyədə türk pul vahidinin dəyərini artırmaq üçün alınacaq tədbirlərlə hər yerdə yerli malların istifadəsini nəzərdə tutan bir fərman nəşr olunub.

1934 – Leninqradda "Leninqrad Mərkəzi" qondarma əksinqilabi təşkilatına üzv olmaqda ittiham olunan 23 nəfər Kirovun qətlində ittiham edilərək həbs edilib.

1937 – Bolşeviklərin Ümumittifaq Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda NKVD-nin rəhbəri N.Yejov N. Buxarini və A. Rıkovu antisovet təşkilatında iştirakda ittiham edib.

1939 – Sovet hökuməti Finlandiyanın sülh danışıqlarına başlamaq təklifini rədd edib.

1943 – İnönü, Çörçill və Ruzvelt arasında Qahirə konfransı keçirilib.

1945 – ABŞ Senatı səsvermə yolu ilə BMT-yə üzv olmaq qərarına gəlib (BMT 24 oktyabr 1945-ci ildə yaradılıb).

1946 – Moskvada “Kiçikhəcmli Avtomobil Zavodunda” ilk minik avtomobili Moskviç-400 istehsal edilib.

1948 – SSRİ Nazirlər Sovetinin Xalq Təsərrüfatında Qabaqcıl Texnologiyanın Tətbiqi üzrə Dövlət Komitəsi İ.S.Bruk və B.İ.Rameyevin 10475 nömrəli rəqəmsal elektron kompüter ixtirasını qeydə alıb.

1954 – BMT Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) yaratmağa qərar verib. Təşkilatın nizamnaməsi 1956-cı il oktyabrın 26-da Nyu-Yorkda keçirilən təsis konfransında təsdiq edilib və 29 iyul 1957-ci ildə qüvvəyə minib.

1961 – Doğuşa nəzarət həbləri İngiltərədə sərbəst şəkildə satışa çıxarılıb.

1974 – Maskelyada (Şri-Lanka) DC-8 təyyarəsinin qəzaya uğraması nəticəsində 191 nəfər həlak olub.

1978 – "Xalq Məbədi" təriqətinə mənsub 913 nəfər Qayana meşələrindəki bazalarında zəhər içərək kütləvi şəkildə intihar ediblər.

1979 – Adanada (Türkiyə) İnşaat Peşə Liseyinin bəzi tələbələri məktəbin pəncərələrində patrulluq edən əsgərlərə atəş açaraq dinamit atıblar.

1981 – ABŞ Kəşfiyyat Birliyi yaradılıb.

1987 – SSRİ Nazirlər Soveti Krım və Krasnodar diyarının bəzi yaşayış məntəqələrində Krım tatarlarının qeydiyyatının məhdudlaşdırılması haqqında fərman qəbul edib.

1998 – Endeavour kosmik gəmisi (STS-88) göyərtəsində Beynəlxalq Kosmik Stansiya Birliyinin (Unity) ikinci modulu ilə uğurla buraxılıb.


Bayramlar və xüsusi günlər

  • Tonqada Dövlətin Elan Edilməsi Günü.

Doğumlar

34 – Aulus Persius Flak, Romalı şair-satirik (ö. 62).

1595 – Jan Şaplen, fransız yazıçısı, ədəbiyyat nəzəriyyəçisi, Fransa Akademiyasının təşkilatçılarından və ilk üzvlərindən biri (ö. 1674).

1747 – Aleksandr Baranov, Şimali Amerikadakı rus yaşayış məntəqələrinin ilk Baş rəhbəri (1790-1818) (ö. 1819).

1750 – Henri Gregoire, yepiskop, Böyük Fransa İnqilabının lideri, zənci köləliyinin əleyhdarı (ö. 1831).

1811 – Fərəc bəy Ağayev, Çar ordusunun azərbaycanlı sərkərdəsi, general-leytenant (ö. 1891).

1892 – Fransisko Franko, İspaniyanın diktatoru və hökmdarı (1939-1975), generalissimus (ö. 1975).

1908 – Alfred Hershey, amerikalı bakterioloq və genetik, Nobel mükafatı laureatı (1969) (ö. 1997).

1927 – Aptullah Kuran, türk akademik, yazıçı və Boğaziçi Universitetinin qurucusu (ö. 2002).

1932 – Ro Dae Woo, general, Cənubi Koreyanın keçmiş prezidenti (1988-1993).

1963 – Sergey Bubka, Sovet və Ukrayna idmançısı, dayaqla tullanma üzrə 35 qat dünya rekordçusu, Olimpiya çempionu (1988), 10 qat dünya çempionu.