4 oktyabr

Azərbaycanda olan hadisələr

1994 – S.Hüseynovun və Cavadov qardaşlarının dövlət çevrilişi cəhdi olub.

1994 – Prezident Heydər Əliyev oktyabr dövlət çevrilişi cəhdi ilə bağlı televiziya və radio ilə Azərbaycan xalqına müraciət edib.

2001 – Moskvada Ümumdünya Azərbaycanlıları Konqresinin I qurultayı keçirilib.

2020 – Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri erməni təcavüzkarlarından azad edilib.


Dünyada olan hadisələr

23 – Çinin paytaxtı Şiandaki bir kəndli üsyanında İmperator Vanq Manq linç edilib.

1535 – İncil ilk dəfə ingilis dilində çap edilib.

1582 – Papa XIII Qriqori Qriqorian təqvimini təqdim edib, ertəsi gün 15 oktyabr elan edilib.

1675 – Hollandiyalı fizik Kristian Hyqens cib saatını patentləşdirib.

1812 – Krımda Nikitskiy Botanika Bağının əsası qoyulub.

1824 – Meksika Respublikası elan edilib.

1830 – Belçika Hollandiyadan müstəqilliyini elan edib.

1853 – Rus Admiral Q.Nevelskoy Saxalində Rusiya bayrağını qaldırıb.

1853 – Osmanlı və Rus imperiyaları arasında Krım müharibəsi başlayıb.

1883 – İstanbul-Paris dəmir yol xətti açılıb.

1887 – Fransız qəzeti "International Herald Tribune" qəzetinin ilk nömrəsi çıxıb.

1910 – Portuqaliya respublika elan edilib.

1911 – Londonda ilk eskalator istismara verilib.

1916 – Romanov-na-Murmane (Murmansk) şəhərinin əsası qoyulub.

1923 – SSRİ Dövlət Bankı qurulub.

1934 – Enriko Fermi neytronları yavaşlatmaq effektini kəşf edib.

1952 – İkinci Dünya Müharibəsində Müttəfiq Qoşunların Baş Komandanı Eisenhower, 20 illik fasilədən sonra ABŞ prezidentliyini qazanan ilk Respublikaçı namizəd olub.

1957 – SSRİ tərəfindən Yerin ilk süni peyki buraxılıb.

1959 – İlk dəfə Ayın görünməyən tərəfinin fotoşəkillərini çəkən Luna-3 kosmik aparatı buraxılıb.

1976 – Çelyabinsk Dövlət Universitetinin rəsmi açılışı olub.

1978 – Ecevitin başçılıq etdiyi Türkiyə hökuməti 4 yeni Amerika bazası (Sinop, Pirinçlik, Belbaşı və Kargaburun) açmaq qərarına gəlib.

1980 – 38 müsəlman dövləti Əfqanıstandan sovet qoşununun çıxarılması üçün BMT-yə müraciət edib.

1991 – Baltikyanı ölkələr istisna olmaqla, bütün SSRİ respublikalarının rəhbərləri iqtisadi əməkdaşlıq haqqında müqavilə imzalayıblar.

1992 – Amsterdamda Boeing 747 təyyarəsinin qəzaya uğraması nəticəsində 43 nəfər həlak olub, 26 nəfər yaralanıb.

1993 – Rusiya Prezidenti Boris Yeltsin, Ali Sovetin dağılması ilə bağlı fərmanını həyata keçirmək üçün Moskvaya zirehli qoşunlar gətirərək parlament binasına basqın edib.

1994 – İsveçrədə “Günəş Məbədi Ordeni”nin 48 üzvü özünü diri-diri yandırıb.

1999 – ABŞ-da İnternet Cinayətlərinə Nəzarət və İdarəetmə Mərkəzi yaradılıb.

2001 – Qara dəniz üzərində Tu-154 təyyarəsinin qəzaya uğraması nəticəsində 78 nəfər həlak olub.

2006 – WikiLeaks veb saytı istifadəyə verilib.

2007 – Kinşasa yaxınlığında (Konqo) An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində 52 nəfər həlak olub.

2012 – Türkiyənin Suriya qanun layihəsi 320 lehinə və 120 əleyhinə səslə qəbul edilib.


Bayramlar və xüsusi günlər

  • Lesotonun Müstəqillik Günü.

Doğumlar

973 – Əl-Biruni, orta əsr özbək ensiklopedik alimi və mütəfəkkiri (ö. 1048).

1816 – Ejen Potye, fransız şairi və inqilabçısı, İnternasionalın müəllifi (ö. 1887).

1822 – Ratherford Byorçard Hayes, ABŞ-ın 19-cu prezidenti (1877-1881) (ö. 1893).

1895 – Rixard Zorge, Bakıda anadan olmuş alman əsilli jurnalist, Sovet kəşfiyyatçısı, Sovet İttifaqı Qəhrəmanı (1944-cü ildə edam edilib).

1903 – Con Vinsent Atanasov, amerikalı fizik, riyaziyyatçı, elektrik mühəndisi, ilk elektron kompüterin ixtiraçılarından biri (ö. 1995).

1916 – Vitali Qinzburq, sovet və rus fiziki, SSRİ Elmlər Akademiyasının akademiki, Nobel mükafatı laureatı (2003) (ö. 2009).

1923 – Anatoli Falkoviç, Sovet və Azərbaycan teatr və kino aktyoru (ö. 1994).

1924 – Sona Aslanova, Azərbaycanın tanınmış opera müğənnisi, aktrisa (ö. 2011).

1965 – Yevqeniy Kasperskiy, rus proqramçı, informasiya təhlükəsizliyi mütəxəssisi.