5 oktyabr

Azərbaycanda olan hadisələr

2020 – Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini erməni işğalından azad edib.


Dünyada olan hadisələr

869 – İstanbulda toplanan IV Şurada alınan qərarlar nəticəsində Şərq və Qərb kilsələri arasındakı ayrılma daha da dərinləşib.

1450 – Bavariya hersoqu IX Luis xristian olmaqdan imtina edən yəhudilərin qovulmasını əmr edib.

1502 – Xristofor Kolumb Kosta-Rikanı kəşf edib.

1526 – Osmanlı İmperiyası ilə Macarıstan Krallığı arasında Beçne Döyüşü Osmanlı zəfəri ilə sona çatıb.

1632 – Sibir Xanlığını (indiki Yakutiya) Rusiya işğal edib və öz tərkibinə qatıb.

1795 – Qudzon Körfəzi Kompaniyası sonralar Kanadanın Edminton şəhəri olacaq bir ticarət məntəqəsinin inşasına başlayıb.

1813 – İngiltərə – Amerika Müharibəsi zamanı Temse Döyüşü baş verib. Bu döyüşdə Şauni xalqının lideri və Hindu Qəbilələri İttifaqının başçısı Tekumse öldürülüb.

1823 – İlk tibbi jurnal olan “Lanset” İngiltərədə nəşr olunub.

1864 – Hindistanda qasırğa 60000 nəfərin həyatına son qoyub.

1877 – Nimipu tayfasının başçısı Cozefinin təslim olması ilə ABŞ-ın şimal-qərbində yerli amerikalıların (hinduların) müqaviməti sona çatıb.

1896 – Alman fiziki Vilhelm Rentgen yeni elektromaqnit dalğalarını kəşf edib. Bu dalğalar sonradan "rentgen şüaları" adlandırılıb.

1908 – Avstriya-Macarıstan İmperiyası Osmanlı tərəfindən idarə olunan Bosniya və Herseqovinanın ilhaq edildiyini elan edib.

1908 – Bolqarıstanın Osmanlı İmperatorluğundan müstəqilliyini elan edib.

1910 – Portuqaliyada respublika qurulub.

1911 – İtalyan ordusu Trablusqarpı işğal edib.

1914 – Tarixdə ilk hava döyüşü baş verib.

1925 – Ernest Heminqueyin ilk kitabı ABŞ-da nəşr olunub ("Zamanımızda" adlı kiçik bir hekayələr toplusu).

1930 – İngiltərənin R101 dirijablının qəzaya uğraması nəticəsində 48 nəfər ölüb.

1931 – Türkiyənin Baş naziri İ.İnönü və xarici işlər naziri Arasın Yunanıstana səfərləri əsnasında, 1930 Türk-Yunan Dostluq Anlaşması qüvvəyə minib.

1938 – Nasist Almaniyası yəhudi pasportlarının ləğv olunduğunu elan edib.

1944 – Fransada qadınlar səsvermə hüququ qazanıb.

1947 – Afinada keçirilən Aralıq dənizi Atletika Yarışlarında Türkiyə birinci olub.

1948 – Türkmənistanın Aşqabad şəhərində baş verən böyük zəlzələdə 110 min insan həyatını itirib.

1952 – Leninqrad (Sankt-Peterburq) səmasında İl-12 və TS-62 təyyarələrinin toqquşması nəticəsində 31 nəfər həlak olub.

1954 – Yuqoslaviya və İtaliya Triest ətrafındakı mübahisəli əraziləri bölüblər.

1958 – Fransada 5-ci Respublika elan edilib və Şarl de Qoll prezident seçilib.

1960 – Cənubi Afrikada keçirilən referendumda respublika rejiminə keçid qəbul edilib.

1970 – Ənvər Sadat Misir prezidenti seçilib.

1988 – Çili milli plebissiti, 56% səslə Pinoçetin istefasının lehinə səs verib.

1991 – SSRİ Beynəlxalq Valyuta Fondu ilə ilk əməkdaşlıq müqaviləsini imzalayıb.

1991 – Cakartada C-130 təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədə olan 134 nəfərdən 133-ü həlak olub, 1 nəfər sağ qalıb.

1993 – Boris Yeltsin Rusiyada müxalifət partiyalarının və qəzetlərin fəaliyyətini qadağan edbi.

1999 – Londonda Paddington Stansiyası yaxınlığında qatar qəzasında 31 nəfər ölüb.

2000 – Serbiya prezidenti Slobodan Miloşeviç istefa verib.

2008 – Qırğızıstanda baş verən zəlzələ nəticəsində 75 nəfər həlak olub.


Bayramlar və xüsusi günlər

  • Ümumdünya Müəllimlər Günü.
  • Tacikistanda Dövlət Dili Günü.
  • Portuqaliyada Respublika Günü.

Doğumlar

1712 – Françesco Guardi, italyan rəssam, Venesiya Vedutistlər məktəbinin nümayəndəsi (ö. 1793).

1781 – Bernard Bolzano, Çex riyaziyyatçısı və filosofu (ö. 1848).

1813 – Antonio Gutierrez, əsəri C.Verdinin "Troubadour" operasının əsasını qoyan ispan yazıçısı (ö. 1884).

1829 – Çester Alan Artur, ABŞ-ın 21-ci prezidenti (1881-1885) (ö. 1886).

1864 – Lui Jan Lyumier, fransız ixtiraçı, kinorejissor, Lyumier qardaşlarının ən kiçiyi (ö. 1948).

1879 – Frensis Rous, ilk onkogen virusu kəşf edən amerikalı patoloq, Nobel mükafatı laureatı (1966) (ö. 1970).

1882 – Robert Qoddard, amerikalı alim, müasir raket sənayesinin pionerlərindən biri (ö. 1945).

1902 – Rey Krok, amerikalı restorator, McDonald's restoran şəbəkəsinin qurucusu (ö. 1984).

1920 – Meliton Kantariya, Sovet İttifaqı Qəhrəmanı, Reyxstaq binasının damına Qələbə Bayrağı asan Sovet əsgərlərindən biri (ö. 1993).

1930 – Pavel Popoviç, Sovet kosmonavtı, iki dəfə Sovet İttifaqı Qəhrəmanı (ö. 2009).

1935 – Xəyyam Mirzəzadə, Azərbaycan bəstəkarı, pedaqoq, professor, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı (ö. 2018).

1952 – Emoməli Rəhmonov, Tacikistan prezidenti (1992-ci ildən).

1964 – Eldar İsgəndərzadə, Azərbaycanlı şair-dramaturq, ssenari müəllifi, kino redaktoru, "Qızıl qələm" və "Həsən bəy Zərdabi" mükafatçısı.

1975 – Keyt Uinslet, ingilis aktrisası, Oskar, Britaniya Akademiya Film mükafatı, BAFTA, Qremmi mükafatı, Qızıl Qlobus mükafatı laureatı.

1976 – Ramzan Kadırov, Çeçenistan prezidenti (2007-ci ildən).

1981 – Çjan İnin, Çin idmançısı, stolüstü tennis üzrə 4 qat Olimpiya çempionu.

1982 – Saori Yoşida, Yapon sərbəst güləşçi, 3 qat Olimpiya çempionu, 13 qat dünya çempionu.