Azərbaycanda olan hadisələr
2009 – Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşü keçirilib.
Dünyada olan hadisələr
1240 – Batı xanın rəhbərlik etdiyi Qızıl Orda ordusu Kiyev şəhərini fəth edib.
1492 – Kolumbun ilk ekspedisiyası Haiti adasını kəşf edib.
1492 – Xristofor Kolumb qızıl axtarmaq üçün Santa Dominqo adasına çatb.
1741 – Rusiyada saray çevrilişi nəticəsində I Pyotrun qızı Yelizaveta Petrovna Anna Leopoldovnanı devirərək taxta çıxıb.
1790 – ABŞ Konqresi Nyu-York şəhərindən Filadelfiya şəhərinə köçürülüb.
1862 – ABŞ prezidenti Abraham Linkoln Minnesotadakı Sioux üsyanında iştirak edən 303 yerli aborigendən 39-nun asılmasına qərar verib, qərar dekabrın 26-da icra olunub.
1865 – ABŞ konstitusiyasına köləliyi qadağan edən bənd əlavə edilib.
1877 – “The Washington Post” qəzetinin ilk sayı nəşr olunub.
1877 – Tomas Edison ilk dəfə səsi lentə yazıb.
1905 – Krasnoyarsk Respublikası elan edilib.
1909 – Saratov Universitetinin əsası qoyulub.
1912 – Misir Amarnasında qazıntılar zamanı Nefertitinin büstü aşkar edilib.
1917 – Finlandiya parlamenti Rusiyadan ayrılaraq müstəqil dövlət statusu almaq barədə qərar qəbul edib.
1921 – İngiltərə-İrlandiya müqaviləsi imzalanıb, ona əsasən düz bir il sonra (6 dekabr 1922) İrlandiya müstəqillik qazanıb.
1922 – Kanadada ilk dəfə xəstələrin müalicəsində insulindən istifadə olunub.
1937 – Türkiyə 1927-ci ildə imzalanmış Türkiyə-Suriya mehriban qonşuluq müqaviləsini ləğv edib.
1938 – Fransa və Almaniya dostluq müqaviləsi imzalayıblar.
1940 – Yunanıstan Albaniyanın Premete kəndini işğal edib.
1971 – Hindistan Pakistanın tərkibindən çıxan Şərqi Pakistan əyaləti əsasında birtərəfli qaydada dövlət müstəqilliyini elan edən Banqladeş Xalq Respublikasını tanıyıb. Bu səbəbdən Pakistan Hindistanla bütün diplomatik əlaqələri kəsib.
1991 – Bolqarıstan Respublikasının Konstitusiyası qüvvəyə minib.
1991 – Ukrayna Silahlı Qüvvələri yaradılıb.
1997 – Rusiya Hərbi Hava Qüvvələrinin An-124 hərbi-nəqliyyat təyyarəsi İrkutskda yaşayış binasının üzərinə düşüb. 72 nəfər həlak olub.
2000 – Atom nömrəsi 116 olan kimyəvi element Livermor kəşf edilib.
2008 – Yunan iğtişaşları: Alexandros Grigoropoulos adlı 15 yaşlı gənc Afinada polis gülləsi ilə vurulduqdan sonra ölkədə iğtişaşlar başlayıb.
Bayramlar və xüsusi günlər
- Azərbaycanda Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü.
- İspaniyada Konstitusiya günü.
- Finlandiyanın Müstəqillik günü.
- Ekvadorda paytaxt Kito şəhərinin əsasının qoyulması günü.
Doğumlar
1600 – Nikolo Adjiuinti, italyan riyaziyyatçısı, fizik, müəllim (ö. 1635).
1642 – İohan Kristof Bax, alman bəstəkarı və orqan ifaçısı, J.S.Baxın böyük əmisi (ö. 1703).
1742 – Nikola Leblan, fransız kimya texnoloqu (ö. 1806).
1778 – Cozef Lui Qay-Lüssak, fransız kimyaçısı və fiziki, Fransa Elmlər Akademiyasının üzvü (ö. 1850).
1786 – Georg Bodmer, isveçrəli mexanik və ixtiraçı (ö. 1864).
1797 – Naum Vekilxarci, alban yazıçısı, alban əlifbasının variantının müəllifi (ö. 1846).
1931 – Zəki Mürən, türk musiqiçisi (ö. 1996).
1991 – Yasəmin Adar, türk qadını güləşçi.