7 dekabr

Azərbaycanda olan hadisələr

1918 - Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk iclası keçirilib.

1922 - Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti Mərkəzi İcraiyyə Komitəsi (DQMV MİK) seçilib.


Dünyada olan hadisələr

1678 - Lui Enpen Niaqara şəlaləsini kəşf edən ilk avropalı olub.

1703 - Böyük Britaniyanın cənubunda indiyə qədər qeydə alınan ən böyük fırtına baş verib. Küləyin sürəti saatda 120 milə çatıb, 10 minə yaxın insan ölüb, 100 gəmi batıb.

1787 - Delaver ABŞ Konstitusiyasını ratifikasiya edən ilk ştat olub.

1792 - Brüsseldə Belçikanın müstəqilliyini tələb edən nümayiş fransız ordusu tərəfindən amansızcasına yatırılıb.

1836 - Martin Van Buren ABŞ-ın 8-ci prezidenti seçilib.

1905 - Moskva üsyanı başlayıb. Moskvaya daxil olan çar orduları ilə üsyançılar arasında şiddətli toqquşmalar baş verib.

1917 - ABŞ Avstriya-Macarıstana qarşı müharibə elan edib.

1921 – Kilis (Türkiyə) fransız işğalından azad edilib.

1934 – Rusiyada Kirov, Omsk, Orenburq vilayətləri və Krasnoyarsk diyarı yaradılıb.

1941 - İkinci Dünya Müharibəsi: Yaponiya Pearl Harbora hücum edbi və ABŞ müharibəyə daxil olub.

1941 - İkinci Dünya Müharibəsi: Kanada Finlandiya Macarıstan, Rumıniya və Yaponiyaya müharibə elan edib.

1953 - İsrailin dövlət başçısı David Ben Qurion istefa verib.

1966 - Suriya kral Hüseynin İordaniya taxt-tacından salınmasını tələb edib.

1972 – “Apollon” proqramında Aya sonuncu eniş edən “Apollon 17” kosmik gəmisinin buraxılışı olub.

1975 - İndoneziya ordusu Portuqaliyanın müstəmləkəçiliyindən yeni müstəqillik qazanmış Şərqi Timoru özünə birləşdirib. Lissabon Cakarta ilə əlaqələri kəsib.

1977 - Misir Yaxın Şərqdə onun sülh təşəbbüsünə qarşı çıxan kommunistlərə cavab olaraq SSRİ, Almaniya Demokratik Respublikası, Macarıstan və Çexoslovakiyada mədəniyyət mərkəzlərini bağlayıb.

1982 - Texasda (ABŞ) ölüm hökmü ilk dəfə inyeksiya yolu ilə həyata keçirilib.

1983 - İberiyaya məxsus Boeing 727 və DC-9 təyyarələri Madrid hava limanının uçuş-enmə zolağında sıx dumanda toqquşub: 93 nəfər həlak olub.

1984 - BMT-nin üzvü olan ölkələr SSRİ-nin dövlət terrorizmini pisləyən qətnamə qəbul edib.

1985 - Terrorçular Parisdə mağazalar şəbəkəsində 41 nəfərin ölümünə səbəb olan partlayışlar törədiblər.

1987 - Kaliforniyanın Paso Robles şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb: 43 nəfər həlak olub.

1988 - Ermənistanın şimalında baş verən güclü zəlzələ nəticəsində Leninakan, Kirovakan və Spitak şəhərləri yerlə yeksan olub. Rəsmi mənbələrə görə ölənlərin sayı 25000 nəfəri keçib (məlumatlar ziddiyyətlidir). Təbii fəlakət zonasına ilk kömək Azərbaycandan gəlib.

1989 - Litva parlamenti çoxpartiyalılığa icazə vermək üçün Konstitusiyaya düzəliş edib.

1991 - Sankt-Peterburqda Petrovskaya Elmlər və İncəsənət Akademiyası yaradılıb.

1996 - "Kolumbiya" kosmik gəmisi 17 gün, 15 saat, 54 saniyəlik rekordla 11,2 milyon kilometr məsafə qət etdikdən sonra Floridada yerə enib.

1993 - Pentaqon Nevadada xəbərdarlıqsız 204 atom sınağı keçirildiyini bəyan edib.

2002 - Türkiyə Gözəli Azra Akın Londonda Dünya Gözəli seçilib.

2004 - Həmid Kərzai Əfqanıstan prezidenti vəzifəsinə başlayıb.


Bayramlar və xüsusi günlər

  • Beynəlxalq Mülki Aviasiya Günü.
  • Orenburq vilayətinin yaranma günü (1934).
  • ABŞ - Milli Anma Günü (Pörl Harbora hücum, 1941)

Doğumlar

903 - Əbdürrəhman əl-Sufi, Səlcuklu astronomu və riyaziyyatçısı (ö. 986).

1545 - Henri Stüart, Şotland kraliçası Meri Stüartın əri (ö. 1567).

1805 - Jan Eugene Robert-Hudin, isveçrəli illüzionist, "müasir sehrin atası" (ö. 1871).

1808 - Aleksandr Voskresenski, üzvi kimyaçı, "Rus kimyasının babası" (ö. 1880).

1810 - Teodor Şvann, alman histoloqu və fizioloqu, hüceyrə nəzəriyyəsinin müəllifi (ö. 1882).

1875 - Fətəli Xan Xoyski, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri, Azərbaycanın siyasi xadimi, müxtəlif vaxtlarda ADR-in Nazirlər Şurasının sədri, daxili işlər, ədliyyə, hərbi, xarici işlər naziri, ADR-in ilk baş naziri (1920-ci ildə Tbilisidə İrəvan parkında 2 erməni tərəfindən arxadan atəş açılaraq öldürülüb).

2003 - Katarina-Amalia, Hollandiya şahzadəsi.