Paytaxtın bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur
Gündəm

Paytaxtın bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur

Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.

"Respublika" Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, hazırda yollardakı vəziyyət belədir:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, metro “20 Yanvar” stansiyası istiqamətində;

4. Tbilisi prospekti, hər iki istiqamətdə;

5. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

6. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından metronun “Koroğlu” stansiyası istiqamətində (dairəyə qədər);

7. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

8. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

9. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Babək prospekti, mərkəz istiqamətində;

11. Qara Qarayev prospekti, metronun “Qara Qarayev” stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

13. Sabunçu-Zabrat şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq müşahidə olunur.