Xankəndidə silah-sursat aşkarlanıb
Gündəm

Xankəndidə silah-sursat aşkarlanıb

Fevralın 22-də Xankəndi şəhəri ərazisində silah-sursat aşkar edilib.

"Respublika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 8 müxtəlif markalı avtomat silahı, 3 tapança, 1 pulemyot, 3 tüfəng, 8 qumbara, 43 patron darağı, 2297 müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.