66,6 milyard manatlıq sənaye məhsulu
İqtisadiyyat

66,6 milyard manatlıq sənaye məhsulu

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ildə 66,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, qeyri-neft-qaz sektorunda məhsul istehsalı 8,0 faiz artmışdır.

Sənaye məhsulunun 67,4 faizi mədənçıxarma sektorunda, 27,1 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Mədənçıxarma sektorunda əmtəəlik qaz hasilatı 4,2 faiz artmışdır.

                                                                                                                      “Respublika”.