Bakıda “Yaşıl Dünya Naminə” Bitki Sağlamlığı Forumu keçirilir
Ekologiya

Bakıda “Yaşıl Dünya Naminə” Bitki Sağlamlığı Forumu keçirilir

Bakıda “Yaşıl Dünya Naminə” Bitki Sağlamlığı Forumu işə başlayıb.

"Respublika" xəbər verir ki, forumda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli, Nazirlər Kabineti Aparatının, Milli Məclisinin Aqrar Siyasət Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər vəzifəli şəxsləri, habelə Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının, FAO-nun və digər beynəlxalq təşkilatların rəhbər şəxsləri iştirak edirlər.

Forumun işinə mayın 22-də yekun vurulacaq.