Ekoloji Təhlükəsizlik Xidməti: Göyçayda selin çaya gətirdiyi zibillər təmizlənir
Ekologiya

Ekoloji Təhlükəsizlik Xidməti: Göyçayda selin çaya gətirdiyi zibillər təmizlənir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Göyçay rayonunda yağan leysan yağışlar nəticəsində Qarabaqqal kəndində yerləşən tullantı poliqonundakı zibillərin sel vasitəsilə çaya gətirilməsi ilə bağlı məsələyə münasibət bildirib.

"Respublika" xəbər verir ki, Xidmət rəsmisi Akif Məmmədov bildirib ki, idarə olunmasına cavabdeh qurum olan Göyçay rayon Kommunal Təsərrüfat Birliyidir.

"Hazırda Xidmətin əməkdaşlarının nəzarəti altında çay tullantıların idarə olunmasına cavabdeh qurum olan Göyçay rayon Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənir", - deyə məlumatda vurğulanıb.