İstirahət zonalarında polis əməkdaşlarının fasiləsiz xidməti davam etdirilir
Gündəm

İstirahət zonalarında polis əməkdaşlarının fasiləsiz xidməti davam etdirilir

İsti hava şəraiti ilə əlaqədar vətəndaşların istirahət zonalarına kütləvi hərəkəti nəzərə alınaraq polis əməkdaşlarının fasiləsiz xidməti davam etdirilir.

 

"Respublika" xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı məqsədilə polis əməkdaşları tərəfindən xidmət təşkil olunub. Respublikanın bütün turizm zonalarına —su hövzələrinə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla naryad qrupları ərazilərə təhkim olunub.

 

Köməyə ehtiyacı olan şəxslərə çağırışlar üzrə operativ köməkliklər göstərilir.