Sabunçuda qeyri-qanuni qoşulan su birləşmələri ləğv edilib
Digər xəbərlər

Sabunçuda qeyri-qanuni qoşulan su birləşmələri ləğv edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planına uyğun olaraq Sabunçu rayonu ərazisində içməli sudan qanunsuz istifadələrin aşkarlanması, su itkilərinin minimuma endirilməsi israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində sudan uçotsuz sayğacdankənar istifadə halları aşkarlanıb.

Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən daş sexi kafenin sahibləri texniki şərt almadan şəbəkəyə özbaşına müdaxilə edərək qeyri-qanuni xətt çəkib. Daş sexinin sahibi "Azərsu" ASC əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq çəkilişə mane olub.

Həyata keçirilən nəzarət tədbirləri zamanı Zabrat dairəsində fəaliyyət göstərən dərzi, bərbər, ət kəsimi, avtoyuma, telefon satışı məntəqəsində, Maştağa-Zabrat yolunda yerləşən dekorativ ağacların satışı kafe kimi fəaliyyət göstərən obyektlərin, Savalan yaşayış massivində vasitəçilər tərəfindən tikilən fərdi evlərin sudan qeyri-qanuni istifadə etdikləri aşkarlanıb.

Nəzarət tədbirləri zamanı aşkarlanmış qeyri-qanuni birləşmələr ləğv edilib. Qeyd edək ki, 2023- ilin yanvar-aprel aylarının operativ məlumatlarına əsasən ümumilikdə, 4817, Sabunçu rayonunda isə 1365 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün "Azərsu" ASC tərəfindən hüquq-mühafizə orqanlarına təqdim olunub.

"Respublika".