Sahibə Qafarova Şalva Pauaşviliyə başsağlığı məktubu göndərib
Gündəm

Sahibə Qafarova Şalva Pauaşviliyə başsağlığı məktubu göndərib

Avqustun 5-də Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın Raça dağlıq bölgəsində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı ilə əlaqədar Gürcüstan parlamentinin sədri Şalva Papuaşviliyə başsağlığı məktubu göndərib.

“Respublika” xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məktubda Milli Məclisin sədri bu ağır faciə ilə əlaqədar gürcüstanlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından dərin hüznlə başsağlığı verib, təbii fəlakətin ağır nəticələrinin tezliklə aradan qaldırılması diləklərini ifadə edib.