Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək
Elm və təhsil

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək

Gələn ay Şuşada "Şuşa Türk Dövlətləri Birliyinin Mədəniyyət İncisidir" adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək.

"Respublika" xəbər verir ki, tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunacaq.

Türk dövlətlərinin istedadlı gəncləri Şuşada bir araya gələrək türk xalqlarının mədəniyyət incilərini təqdim edəcəklər.