TBMM sədri Kurtulmuş Krım Tatar Sürgününün 80-cı il dönümü ilə bağlı paylaşım edib
Türk dünyası

TBMM sədri Kurtulmuş Krım Tatar Sürgününün 80-cı il dönümü ilə bağlı paylaşım edib

Türkiyə parlamentinin sədri Numan Kurtulmuş Krım tatarlarının deportasiyasının 80-ci il dönümü ilə bağlı paylaşım edib.

O, bu barədə sosial şəbəkə hesabında yazıb:

“Krım tatarlarının deportasiyasının 80-ci ildönümündə bu böyük qırğında həlak olan krımlı qardaşlarımızın kədərini ürəkdən hiss edirəm və onların acılarını bölüşürəm. Mədəniyyət və kimliklərinin qorunması başda olmaq üzrə krımlı soydaşlarımızın hüquqlarını müdafiə etməyə və beynəlxalq platformalarda ən qətiyyətli şəkildə dəstəkləməyə davam edəcik”, - paylaşımda deyilib.