Türkiyəli nazir: TDT regiondakı sülh və sabitliyə ciddi töhfə verir
Türk dünyası

Türkiyəli nazir: TDT regiondakı sülh və sabitliyə ciddi töhfə verir

Türk Dövlətləri Təşkilatı (TDT) regiondakı sülh və sabitliyə ciddi töhfə verir.

“Respublika” xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş TDT-yə üzv ölkələrin sosial siyasət nazirlərinin birinci toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, TDT bu gün dünyada sayılıb-seçilən təşkilatlardan biridir.

Nazir qeyd edib ki, TDT ölkələri arasında əməkdaşlıq ailə və sosial xidmətlər sahəsində də inkişaf etdirilir: "Bundan sonra da bu istiqamətdə ortaq işlər görəcəyik".