Yeddi ayda qeyri-neft məhsulları sırasında ən çox elektrik enerjisi ixrac olunub
İqtisadiyyat

Yeddi ayda qeyri-neft məhsulları sırasında ən çox elektrik enerjisi ixrac olunub

Azərbaycanda cari ilin yanvar-iyul aylarında ixrac edilən qeyri-neft məhsulları siyahısında elektrik enerjisi birinci olub. 

"Respublika" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust sayına istinadla xəbər verir ki, yeddi ayda ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (314,5 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (124,2 milyon ABŞ dolları) ikinci, pambıq mahlıcı (79,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.