“Narkomaniyaya yox deyək!” mövzusunda konfrans
Region

“Narkomaniyaya yox deyək!” mövzusunda konfrans

Azərbaycan Dövlət Aqrar Universitetində Gəncə şəhər İcra hakimiyyəti, Gəncə şəhər Ağsaqqalar Şurası, ADAU-nın kollektivi və DİN Gəncə şəhər Baş polis İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Doğum Gününə və Beynəlxalq narkotik və narkobiznesə qarşı mübarizə gününə həsr edilmiş “Narkomaniyaya yox deyək!" devizi altında konfrans keçirilib.

Konfransda ADAU-nın rektoru, dosent Zəfər Qurbanov dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın törətdiyi fəsadlardan, onun insan sağlamlığına vurduğu zərərlərdən, narkotik vasitələrə aludəçiliyin asılılıq yaratmasından ətraflı söz açıb. Çıxış edənlərdən Gəncə şəhər Ağsaqqallar Şurasının İdarə heyətinin üzvü, ehtiyatda olan polkovnik-leytenantı Ramiz Sadıxov, ADAU-nın Əczaçılıq kafedrasının müəllimi Samirə Quluyeva, ADAU-nın Əczaçılıq kafedrasının baş müəllimi Sakit Atakişiyev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, ADAU-nın Əczaçılıq ixtisası üzrə tələbə Həmid Səfərov, Baş Narkotiklərlə mübarizə İdarəsinin Qərb Bölgəsində regional şöbənin xüsusi və mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis kapitanı Əmrah Cəfərov, Tibb Kollecinin direktoru Mehman Rzayev narkomaniya bəlasının qarşısının alınması üçün cəmiyyətdə, xüsusi ilə də gənclərimizin qorunması istiqamətində lazımi profilaktik tədbirlərin həyata keçirilməsini vurğulayıblar.

Zabit XƏLİLOV,

“Respublika”.