Şuşa bəyannaməsi tarixi əhəmiyyətə malikdir
Digər xəbərlər

Şuşa bəyannaməsi tarixi əhəmiyyətə malikdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada ölkələrimiz arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalaması müstəsna siyasi tarixi əhəmiyyətə malikdir.

 Prezidentlər İlham Əliyev Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsi ilə iki ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.

Bəyannaməyə əsasən, tərəflər iki dost qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlərin vəziyyətindən məmnunluq ifadə edərək siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinin qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd ediblər. Azərbaycan Türkiyə hər iki ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması modelləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər.

Şuşa Bəyannaməsində yer alan müddəaya əsasən, iki ölkənin-Azərbaycan Türkiyənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlıq möhkəmləndiriləcək. Azərbaycan Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcək. Azərbaycan Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi üçüncü dövlətlərə qarşı yönəldilməyib, bununla bağlı Bəyannamədə xüsusi müddəa yer alıb.

İki qardaş ölkə çox böyük fəxarət hissi ilə bildirirlər ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, doğma torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Bu yolda Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini Azərbaycan yüksək qiymətləndirir.

Azərbaycan Türkiyə Qafqaz regionunda sabitliyin təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi nəqliyyat əlaqələrinin bərpası, eləcə region dövlətləri arasında münasibətlərin normallaşdırılması uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır.

Şuşa Bəyannaməsinin müddəasına əsasən, tərəflər Türkiyənin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətinə verdiyi töhfənin regiondakı sülhün, sabitliyin rifahın təmin edilməsində mühüm rol oynadığını vurğulayırlar. Tərəflər minalanmış ərazilərin təmizlənməsini əsas götürməklə Ermənistanın işğalından azad edilmiş rayonlarda həyatın normalaşdırılması istiqamətində fəaliyyətlərini dəstəkləyəcəklər.

İmzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə iki ölkə arasındakı əlaqələri yüksək zirvəyə qaldırır. Yəni, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə bir çox digər qarşılıqlı bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə bir-birinin yanında olub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatında qeyd etmişdir ki, imzalanmış Bəyannamə tarixə əsaslanır: “Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk gələcək nəsillərə yol göstəririk”.

Bu Bəyannamənin 2021-ci il tarixində imzalanması təsadüfi deyildir. Çünki, düz 100 il bundan əvvəl tarixi Qars müqaviləsi imzalanmışdır. Məhz 100 ildən sonra azad edilmiş Şuşa şəhərində Müttəfiqlik Bəyannaməsinin imzalanması böyük rəmzi məna daşıyır. Şuşa Bəyannaməsində Azərbaycan Türkiyənin beynəlxalq müstəvidə birgə əməkdaşlığı, fəaliyyətləri, siyasi əlaqələri, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti bir çox önəmli məsələlər öz əksini tapır.

Şuşa Bəyannaməsində ticarət-iqtisadi münasibətlərə gəlincə, milli iqtisadiyyatların ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər yer alır. Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsi çox əhəmiyyətli hesab edilir. Bu layihənin həyata keçirilməsi ilə çox böyük əhəmiyyət kəsb edən Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır.

Həmçinin vurğulanır ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir.

İmzalanmış bu tarixi sənəd özündə Azərbaycan türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi qarşılıqlı dəstəyin verilməsini ehtiva edir.

Fərid MUSTAFAYEV,

AMEA Torpaqşünaslıq Aqrokimya İnstitutunun

Gənc Alim Mütəxəssislər Şurasının sədri.