Nazir: Qonşu dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətində xüsusi yerə malikdir
Gündəm

Nazir: Qonşu dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətində xüsusi yerə malikdir

Qonşu dövlətlərlə münasibətlər xarici siyasətimizdə xüsusi, prinsipial yerə malikdir. İl ərzində qardaş Türkiyə, həmçinin Rusiya və Gürcüstanla ali səviyyədə baş tutan görüşlər və əldə olunmuş razılaşmaların praktik səviyyədə icrası ikitərəfli əməkdaşlığın inkişafını təmin edib.

"Respublika" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçdiyi mətbuat konfransında bildirib.

Nazir deyib ki, cari ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı terror hücumu münasibətlərdə ciddi gərginliyə səbəb olub, səfirliyin heyəti təxliyə edilib. Buna baxmayaraq, münasibətlərin perspektivləri barədə müzakirələr davam etdirilib, yüksək səviyyəli təmaslar baş tutub.