Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyadan
Məktublar

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

28 May – Müstəqillik Günü münasibətilə Zati-alinizə Paraqvay Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi qardaşlıq salamlarımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və firavanlıq, Paraqvay Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmlənməsini arzulayıram.

Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bir daha bəyan edirəm.

Santyaqo PENYA,

Paraqvay Respublikasının Prezidenti.