Politoloq:
Gündəm

Politoloq: "Forbes jurnalı beynəlxalq hüququ nəzərə almayıb"

Bildiyiniz kimi, “Forbes” jurnalında Azərbaycanla bağlı qərəzli məqalə yayımlanıb. Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Forbes”də yayımlanmış qərəzli məqaləyə münasibət bildirib. Orada yer alan və həqiqəti əks etdirməyən iddialarla bağlı Hacıyev öz narahatlığını bildirərək qeyd edib ki, Euelina Oçabın müəllifi olduğu məqalə Ermənistanın təbliğat maşını tərəfindən istifadə edilib. Şübhəsiz ki, bu, ölkəmizə qarşı yönəlmiş ilk qaralama kampaniyası deyil. Bundan öncə də haylar anti-Azərbaycan hərəkətləri ilə ictimayiəti çaşdırmağa çalışıb.

Mövzu ilə bağlı “Respublika”ya verdiyi açıqlamada politoloq Məhəmməd Əsədullazadə təəssüf hissi bildirib ki, "Forbes" jurnalında anti-Azərbaycan məqaləsi yer alıb və burada Ermənistanın uzunmüddətli işğalına, erməni separatizminə haqq qazandırılıb:

"Bu məqalədə beynəlxalq hüquq isə ümumiyyətlə nəzərə alınmayıb. "Forbes" kimi dünya tirajlı belə bir jurnalda anti-Azərbaycan təbliğatının aparılması, jurnalın da obyektivliyinə şübhə yaradır. Hesab edirəm ki, Azərbaycan Respublikası Prezidentinin  Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu məsələ ilə bağlı reaksiyası beynəlxalq hüquqa söykənir. Burada Ağdam- Xankəndi yolunun təklifi ilə bağlı məsələnin qeyd edilməsi, etnik azərbaycanlıların Ermənistandan deportasiyaya məruz qalması, erməni separatizminin hələ davam etməsi, məhz Ermənistanın da bunu dəstəkləməsi, əlbəttə ki, orada yazılanların demək olar ki, üstündən xətt çəkdi. Azərbaycan rəsmisi bununla da Forbes jurnalında yayımlanan erməni yalanlarına həsr edilən məqaləni demək olar ki, fioskoya uğratdı. Çünki Azərbaycanın mövqeyi ABŞ və Qərb tərəfindən də ciddi şəkildə dəstəklənir, beynəlxalq hüquqa söykənir. Məhz cənab Hacıyev heç də humanitar blokadanın olmadığını, Azərbaycan daima oradakı ermənilərə humanitar yol üçün imkan verdiyini xüsusilə də vurğulayıb”.

Töhfə SƏMƏDOVA,

"Respublika".