Qızıl son 3 ayın ən yüksək səviyyəsinə çatıb
İqtisadiyyat

Qızıl son 3 ayın ən yüksək səviyyəsinə çatıb

Qızıl qiymətləri bu həftə Yaxın Şərqdə şiddətlənən münaqişələr səbəbilə son 13 həftənin ən yüksək səviyyəsinə çatıb.

"Respublika" xəbər verir ki, qızıl qiymətləri bu həftə yüzdə 2,4 faiz artaraq ard-arda ikinci həftə də yüksəlişini davam etdirir.

Spot bazarlarda qızılın qiyməti həftənin son ticarət günündə iyulun 20-dən bəri ən yüksək səviyyəyə çatıb. Belə ki, qızıl qiymətləri 1,982 dollara qədər yüksəliş göstərib.

Nurlan ABDALOV,

"Respublika".