Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində talassamiya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlara kömək göstərmək dövlətimizin humanitar siyasətinin əsas istiqamətlərindəndir. İmişli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ-nin dəstəyi ilə rayonda qanvermə aksiyası keçirildi. İmişli rayonunun Mərkəzi Xəstəxanasının inzibati binasında təşkil edilən aksiyada Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon sakinləri iştirak etdilər. Aksiya zamanı yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq. Respublikada artıq ənənə halını alan bu nəcib aksiyaya İmişli rayonundan 150 dən artıq könüllü qoşulub.
Ərəstun ABDULOV,
“Respublika”.