Paytaxtda hazırda sıxlıq müşahidə edilən yollar
Gündəm

Paytaxtda hazırda sıxlıq müşahidə edilən yollar

Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.

"Respublika" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hazırda yollardakı vəziyyət belədir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, "Çermet" körpüsündən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. "20 Yanvar" dairəsində;

4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

5. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

6. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

7. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.