Şəhidlərin xatirəsinə ehtiram
Gündəm

Şəhidlərin xatirəsinə ehtiram

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib.

AZƏRTAC xəbər verir ki, Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsin dən paytaxtımızın mənzərəsini seyr edən Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə Şəhidlər xiyabanının tarixi şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.