Qanvermə aksiyası
Digər xəbərlər

Qanvermə aksiyası

İrsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım etmək və cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etmək məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində qanvermə aksiyası keçirilib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən verilən məlumata görə, qanvermə aksiyasında idarə və müəssisələrdə çalışan əməkdaşlar fəal iştirak ediblər. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin mütəxəssisləri bildiriblər ki, götürülən qan nümunələri laboratoriyada hərtərəfli müayinə edildikdən sonra onlardan talassemiyalı, hemofiliyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkənlərin qanla təmin edilməsinə dəstək çağırışına uyğun olaraq bu könüllü humanitar aksiyanın keçirilməsi ənənə halını alıb. Bu tədbir ölkəmizdə qan bankının yaradılması, irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

“Respublika”.