Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb
Sosial həyat

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edilib.

Bu barədə "Respublika"ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, işğaldan azad olunmuş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində mayın 8-də həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.